Bəzən heyat plan qurduğumuz kimi olmaz. Bəzən deyil çox zaman əslində. Ümidsizliyə qapılaraq həyatdan, insanlardan, cəmiyyətdən küserik ve bu zaman neqativ enerji bizim daxili aləmimizə hakim olar. Belə hallarda özümüz hiss etmesek bele üzümüzde pis əhval-ruhiyyə olar, bu ise bizi insanlardan uzaqlaşdırar. Her kəslə pis danışarıq, günahı bütün insanlarda görərik. Lakin həyatdan küsmək əvəzinə bir də bele düşünün:Ne baş verirse insanların xeyrinə baş verir. Bizim pis bildiyimiz bir hadisənin altında, bəlkə, böyük xezine gizlenib. Xezinenin açarı ise sizin sebrinizdə gizlidir. Nece deyerler: Sebr eden derviş sonda muradına çatmışdır.)
Daim heyatda pozitiv olun. Heyat o qeder qısadır ki, kimise qirmağa deymez.Unutmayın, bu günü, bu saatı esla yenidən yaşamayacaqsız. Her gün bizə verilən bir şansdır. Baxın, necə şanslıyıq! Hər gün yuxudan bizi oyadan bir tanrı var, ailəmiz, bizi sevən insanlar var. Hamiya qarşı gülərüz olun. Sizin bir gülüşünüz, bəlkə də bir insanın probleminin həlli ola biler. Seher yuxudan duran zaman güzgüde gözəl olduğunuzu, bu günün gözə keçəcəyini təkrar edin. Heyat gözəldir, bu günü yaşamaq isə sizin öz elinizdədir...