XOCALI FACİƏSİ: HOCALI FACİASI

74 13 7
                                    

Xocalı soyqırımı - 1992-ci il fevralın 25-dən26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi.[2] Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir.[2]Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi.[2] "DQR" hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə orderlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar.[2] Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir.[2]

Xocalı soyqırımıƏsas münaqişə: Dağlıq Qarabağ müharibəsiHollandiyanın Haaqa şəhərində Xocalı soyqırımı abidəsiTarix26 fevral 1992YeriXocalı, AzərbaycanSəbəbiXocalı şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsiNəticəsi613[1] (AR rəsmi məlumatı)Münaqişə tərəfləri

Ermənistan Silahlı Qüvvələri

Muzdlu dəstələr

366-cı motoatıcı alay

Xocalının polis dəstəsi
Xocalı ərazi özünümüdafiə batalyonu

XOCALI FACİƏSİHikayelerin yaşadığı yer. Şimdi keşfedin