SOLMUŞ QƏRƏNFİL
Ətrafdakı dərin səssizliyi küləyin həzin vıyıltısı və iki nəfərin ayaq səsləri pozurdu.Beş yaşlı bir oğlan uşağı ilk dəfə gəldiyi bu məkanı qəribsəmiş ətrafa diqqətlə baxırdı.Biraz irəlilədikdən sonra artıq yavaş-yavaş alışmağa başladı.İçindəki qorxu və hüzn dolu duyğuların səngiməsiylə nənəsinin əlini buraxmış hətda ondan qabağa keçərək irəliləməyə başlamışdı.Buranın kədər dolu xatirəsindən,həyatın onun ailəsinə yaşatdığı bu acı imtahandan xəbərsiz olduğu o qədər bəlliydiki..gülüşündən,atılıb düşməsindən,o məsum baxışlarından.
İlk dəfə gəlməsinə baxmayaraq sanki dəfələrcə gəlmişcəsinə tam orda dayandı.Bir neçə dəqiqə baxdıqdan sonra əlini ona uzadıb həyəcan dolu baxışlarla nənəsinə səsləndi.
"Nənə!!!!ona bax"
Yaşlı qadın gülümsəyərək "hə" mənasında başını salladı. Nəvəsinin saçını tumarlayaraq üzündən öpdü.
Məzar daşının üzərini təmizlədikdən sonra solmuş qərənfilləri bir kənara qoyaraq yeniləriylə dəyişdirdi.Dərin nəfəs alıb iç çəkərək məzar daşının üzərindəki şəkilə baxdı.Hər zamanki kimi gülümsəyirdi..Bir anlıq gözləri doldu yaşlı qadının..bu zamana kimi zərrə qədər belə səngiməyən o dərt yenə içini bürümüşdü.Başını məzar daşına söykədi İllərdi həsrətində olduğu qoxusunu sanki məzar daşında duymağa çalışırdı.Yenə göz yaşlarını içinə ataraq ona heç vaxt cavab verə bilməyəcək qəhramanına səsləndi."Görürsən necə böyüyüb Torpağım.səni heç görməyib.sadəcə şəkillərdə görməsiylə necədə tanıdı səni,bu qədər məzar içindən necə də tapdı.Sənə bənzəyir Torpağım həm də çox. "
Balaca torpaq nənəsinin kənara qoyduğu solmuş qərənfillərlə oynayır bir yandan da nənəsinin məzara baxaraq danişmasini heyrətlə izləyirdi.Axı o məzar daşının ardında birinin yatdığını, bir zamanlar danişdığını,güldüyünü, onların ailəsinin bir üzvü olduğunu anlamırdı.Torpaq nənəsinin əlindən tutaraq ona səsləndi
"Bax nənə bu güllərə. Ölüblər onlar.Anam demişdi ki gülləri qoparsan solar.Nənə bəs onda niyə o qərənfilləri torpaqdan qoparıblar?"
Bu suali eşidəndə heçnə deyə bilməmişdi.Gözləri dolmuş,sanki ürəyinə dağ çəkilmişdi.Axı oda illərdir bu sualin cavabını axdarır , onun içidə bu sualın cavabı üçün yanıb tutuşurdu.
~27.09.2020
Böyük bir sevinclə evə tərəf qaçmağa başladı.Kəndin başında qəssab Əhməd kişi onun qaçaraq gəldiyini görüb uca səslə səsləndi."Torpaq bala nolub hara tələsirsən"
Torpaq elə surətlə qaçırdiki özünü güclə saxladı və həyəcanlı şəkildə Əhməd kişini qucaqladı.
"Gedirəm Əhməd dayı gedirəm"
"-Bala hara belə?haradır yolun?"
"Qarabağa ay dayı!!! Qarabağa!!" deyərək Əhməd kişinin ağzını belə açmasına fürsət vermədən qaçaraq evə tərəf getdi.Evə çatırdı küçənin başinda bir anlıq ayaq saxladı Üzündəki o sevinc və təbəssümun yerini qərarsızlıq,kədər aldı.Ailəsinə bunu necə deyəcəkdi.Axı onlarin xəbəri yox idi.Döyüşlərə könullu yazilmişdi.Qarabağ onu gözleyirdi axı.Ailesini çox sevirdi ancaq nə qeder sevsədə vətənin dar günündə otura bilməzdi.O alçaqlardan qisas alma isdəyi sanki ruhunu əsir almişdi.
Dərin nəfəs aldıqdan sonra evə tərəf yollandı.İçəri girdikdə Qərənfil ona səsləndi."Torpaq harda qaldın? gəl süfrə hazırdır"
Hərkəs masa arxasinda əyləşmiş Torpağin gəlməsini gözləyirdi.
Süfrəyə oturduqda dahada böyük dərt sarmişdi içini......
Oğlum hara getmişdin?" deyə atası soruçdu.Cavab verə bilmirdi.Sadəcə baxırdi..
ŞİMDİ OKUDUĞUN
Solmuş Qərənfil.(qısa hekayə)
Non-FictionAxı qərənfili torpaqdan niyə qoparırlar? soyuq məzar daşının üzərində solmaq onların qismətidirmi məgər?? onlarda öz torpaqlarında solmağa layiq deyillərmi?? Qərənfildə torpağından insafsizca qoparılan çiçəklərdən biridir.Səbəbsiz yerə,öz mənafeyin...