CF-251

185 32 20
                                    

(Elmi janrda yazlıb. Dünyanın ən bahalı radioaktiv maddəsinin izotopu CF-251-in gətirdiyi fəlakət haqqında.)

***

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

***

İl 2035.

"Kalifornium izotopu olan CF-251 zavodunun partlaması üzərindən 14 il keçib. Yer kürəsinin sadəcə qərbində (Şimali Amerika və Cənubi Amerika-da) həyat var. CF-251 insanlığın sonunu gətirdi.

Alimlər başqa planetdə yaşamaq üçün hesablamalar və araşdırmalar aparır. Bizimlə qalın"

Xəbərləri ekran qarşısındaki tamaşaçılara çatdırdıqdan sonra aparıcı çağırdığı qonağa, Vanessa Martinə döndü.

-Vanessa xanım, partlayış haqqında danışa bilərsiniz?

Vanessa ağır-ağır danışmağa başladı.

-Görürsünüz, artıq yeriyə bilmirəm. 14 ildir özümə təzə gəlmişəm..Bu..bu partlayış sadəcə dəhşət idi. İnsanlığın, hətta yer kürəsinin sonunu gətirdi. Biz sadəcə Afrikaya təsir edəcəyini düşünnüşdük, amma Asiya, Avropa, Avstraliya, bütün qitələr.. hamısı..məhv oldu. Qeyd ettiyim kimi, bu sadəcə dəhşət idi. CF-251-in təsəvvürümüzə belə gətirmədiyimiz fəlakəti idi. CF-251-in tapılması fəlakətin başlanğıcı idi.

14 il əvvəl•

-Salam! Adım Saimadır, 9 yaşım var,-demişdi mavinin ən gözəl tonunda gözləri olan balaca qız ona tutulan mikrafona.

Bura Somalidir, ən çox aclıqdan əziyyət çəkən ölkələrdən biri.

Bu jurnalistlər isə buraya aclığa görə gəlməmişdilər. Böyük dövlət başçılarının da qeyd etdiyi kimi "böyük tapıntı" üçün gəlmişdilər.

Ətrafda sayılmayacaq dərəcədə çox insan var idi. Hamı, bu gün olacaq böyük açlışa gəlmişdi. Böyük tapıntının açılışına.

Ancaq bilmirdilər ki, elə təmtaraqla açılışına etdikləri "böyük tapıntı" onların sonuna çatacaq, həm onların həm də insanlığın, bütün Yer kürəsinin.

Təxmini iki il bundan əvvəl, burada, yəni Somalidə axtarış edən bir qrup insan dünyanın ən bahalı element olan Kalifornium-un izotopunu tapmışdılar. CF-251.

Elementin bir qramı iyirmi beş-iyirmi yeddi milyon dollar idi təxminən. Burada isə Kalifornium təxmin oluna bilməyəcək qədər çox miqdarda idi. Bu isə artıq sərvət demək idi.

Artıq üzərindən iki il keçmişdi "böyük tapıntı"nın tapılmasının. Bu zaman ərzində AES, yəni Atom Elektirik Stansiyası, tikilmişdi. Bu gün onun açılış günü idi, bütün böyük dövlət başçıları burada idi, ən başda Amerika Birləşmiş Ştatlarının prezidenti və layihənin aparıcısı olan Mr.Attew.

CF-251(watys_top10)Where stories live. Discover now