Filosoflar oteli

5 0 0
                                    

"Filosoflar heç din xadimi öldürməmişdir, halbuki din xadimləri çoxlu filosof öldürmüşdür"

Fransa, Paris 1749.

Saat: 7:30, Latın bölgəsi, Estrapade küç., ev 20

Dinə, dövlətə və krala qarşı olduğu hesab edilən Deni Didro 6 aydır ki, polis tərəfindən təqib edilirdi.

Deni Didro? (Denis Diderot)

Ailəsinin ən böyük arzusu olan kilsə həyatından imtina edən, gələcəyin yazıçısı, filosofu və dramaturqu...

Didronun atası Didye maddi vəziyyəti yerində olan, Lanqrda bıçaqçı dükanı işlədən biri idi. Ölümündən sonra oğluna iki yüz min frank miras qoymağı düşünən ata, uşaqlarını yüksək mövqeydə görmək istəyirdi. Lakin həmin dövrdə burjuaziyanın yolundan getməyin tək istiqaməti var idi: oğlan uşaqlarını rahib olaraq yetişdirmək, qızlarını imkanlı monastıra yerləşdirmək... Yaşlı adam bu yoldan gedərək oğlanları Deni və Pyer-Didyeni yezuit kollecinə (XVI əsrdə mövcüd olan İsa dərnəyi), qızını isə bir monastıra yerləşdirdi. Deni sonraları "La Religieuse" adlı romanında bacısının başına gələnləri izah edirdi. Ehtimal olunur ki, rahibə bacısının monastırda ölümü onu dindən uzaqlaşdırmışdı. Balaca qardaşı isə Lanqr kafedralının seçilən rahiblərindən birinə çevrilmişdi. Lakin illər boyu qardaşı Didronun dinsizliyi onun önünə gətirilirdi. Qəribəsi, atasının rahib kimi görmək istədiyi oğlu materialist olmuşdu. (Materialistlər təbiətdə və kainatda olan bütün hadisələrin maddə və onun törəmələri olduğunu və var olan hər şeyin fizika qanunları çərçivəsində baş verdiyini iddia edirdilər)

1729-cu ildə ailəsi Denini Parisin Arkur kollecinə göndərir. 1732-ci ildə isə Paris Universitetinin incəsənət fakültəsində magistr elmi rütbəsi alır. Lakin Parisə gəldikdən sonra qədimi dillərə və riyaziyyata olan marağı onu dindən, teologiyadan uzaqlaşdırır. Atasının etirazlarına baxmayaraq, rahib olmayacağını təkidlə dilinə gətirirdi. Qızı de Vandeulun yazdığına görə, Deni atasına, "Adam öldürməyə niyyəti olmadığı üçün həkim olmaq istəmədiyini, vəkil olmağı isə könül rahatlığı ilə qəbul edə biləcəyini, lakin bütün ömrü boyu başqalarının işlərini görməkdən diksindiyini" deyirdi. Atası ona ultimatum göndərərək Lanqra geri dönməyini istədi, əks halda artıq pul göndərməyəcəyini bildirdi. Sizcə, o, nə cavab verdi? Əlbəttə ki, geri dönməyəcəkdi. Parisdə qaldı. Bu hadisə 1733-1734–cü illərdə baş vermişdi. Bundan sonra Deni Didronun əsl həyatı başlayır. Tavan arasında qapısı hər kəsə açıq bir otaqda, əynində köhnə geyimdə yaşayırdı. Anası on il ərzində oğluna biraz pul göndərmək imkanına sahib olmuşdu. Didro riyaziyyat, daha sonraları ingilis dilindən dərslər verir, bəziləri üçün yazılar və nitqlər hazırlayaraq həyatını keçindirirdi. Bu illərdə, o, Ann-Antuanetta Şompionla tanış oldu. Ailələrinin razılığı olmadan 1743–cü ildə gizlincə evləndilər. Hazırladığı yazılarından və tərcümələrindən daimi qazanc gəlməyə başlamışdı. İngilis dilindən üç cildlik T.Stenyanın "Yunan tarixi" kitabını tərcümə etdi. Bundan sonra isə Buffonun ön söz yazdığı və idarəsində olan iki dostu ilə altı cildlik R.Ceymsin "Tibb ensiklopediya lüğəti"nin tərcüməsini etdi. Böyük ehtimalla, geniş ensiklopedik lüğətin hazırlanmasına da elə bu dövrdə qərar verir. Bir müddətdən sonra isə tərcümə işini təxirə salaraq, öz xarakterini ifadə edən əsərlər yazmağa başlayır. Onun düşüncələri ideoloji liderlik edən burjuaziyanın inkişafına uyğun olaraq formalaşmışdı. Həqiqətən də, XVIII əsrin ilk və ikinci yarısında siyasi həyatın nəbzi şiddətlə vururdu. Bu, xüsusən də, özünü katolik kilsəsinin dünyagörüşünə yönələn dağıdıcı tənqidləri üzə çıxarırdı. Müasir, böyük fikir və siyasət adamının dediyi kimi:

You've reached the end of published parts.

⏰ Last updated: Mar 25, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

Filosoflar oteliWhere stories live. Discover now