•1•

395 40 40
                                    

Gözlərini ağır-ağır açmağa başlayanda artıq ətrafdakı səsləri rahatlıqla eşidə və anlaya bilirdi. Uzun müddətli uğultu artıq yox olub getmişdi. Ancaq özünü hələ də çox yorğun hiss edirdi, hələ gözlərini açmağa cəhd edəndə anlamışdı bunu. Sanki gözlərinin üstündə tonlarla ağırlıq var idi. Oyanar oyanmaz qadın silüeti ilə qarşılaşdı. Tanımadığı qadın "Bugün daha yaxşısınız elə deyilmi yoldaş,polkovnik?" deyəndə mayor artıq harada olduğunu yavaş-yavaş dərk eləməyə başlamışdı. Cavab vermək istədi amma damağındakı quruluq bir bıçaq kimi boğazına sancıldı. Bu gözlənilməz anda sadəcə bir neçə dəfə öskürə bildi. Tanımadığı qadın nə olduğunu anlamış kimi ona şkafın üstündəki ağzı bağlı qrafindən ilıq su verdi. Polkovnik suyu içənə qədər suya ehtiyacı olduğunu anlamamışdı. "O" dedi təkcə "O, yaxşıdırmı?" qarşısındaki qadın gülərüz sima ilə "Cənab Mayor, siz dincəlməlisiniz." dedi.Deməyə heçbir söz tapmadı. Gözlərini yummaqla kifayətləndi. Üstündəki yorğunluq ona belə çox gəlirdi bu dəfə. Bu cür yorğunluğa nə mənəvi nə də fiziki cəhətdən öyrəşməmişdi. Uşaqlıqdan bəri dəcəl,dikbaş,hər dediyini edən biri idi və bu yorğunluq heç onluq deyildi. Nəhayət başını qaldırıb ətrafına baxanda çox səliqəli xəstəxana palatasında olduğunu dərk eləmişdi. Elə bununlada xatirəsində qalan son dəhşətli səhnələr bir sel kimi zehninə hücum eləmişdi. Tək xatırladığı isə Qubadlıya,yoldaşlarının yanına gedərkən olduqları maşının roket hücumuna tuş gəlməsi idi. Ağlında sadəcə o var idi. Bəs indi o necədi? Qısa müddətdə də olsa çox yaxınlaşmışdı Xudu ilə hətta qardaşdan da yaxın olmuşdular. Görəsən o necədi?

Ölsəm BağışlaHikayelerin yaşadığı yer. Şimdi keşfedin