•2•

198 33 30
                                    

Düşünməkdən dağ boyda cüssəsi kiçik bir yumağa dönmüşdü. Özüdə hiss edirdi bu dəfə taleyin oyunu onu üzü üstə qoymuşdu. Nəsə boşluq hiss edirdi. Sol yanı bu boşluğun altında əzilirdi sanki. Bu dəfə deyirdi özü-özünə bu dəfə digərlərindən tamamilə fərqlidi. Gözlərini yumub özünü sorğulamaq istədi amma Xudayarın siması gözünün qabağına gəldi. Yenə gülürdü eynilə onu ilk dəfə gördüyü gün güldüyü kimi. Mayor ilk gündən anlamışdı ondakı saflığı və 2016-cı ildən bəri bəlkə ilk dəfə o da dərindən gülmüşdü. Aprel döyüşlərində ən yaxın sirdaşını itirdikdən sonra ağır günlər keçirmişdi. Ondan bəri heç kəslə yaxın olmamışdı. İllər,aylar onu qəlbi daşdan yonulmuş heykələ çevirmişdi. Amma Xudayar elə ilk andan isitmişdi onun qəlbini. Bəlkə də taleyləri oxşardı deyə düşünürdü polkovnik, bəlkə məhz buna görə həyat onları ən dar məqamda bir-birinə qardaş,sirdaş etmişdi. Düşüncələrindən sıyrılıb gözlərini tavana zillədi. Stəkanı almaq üçün sol qolunu qaldırmaq istəsə də alınmadı. Dəhşətlə sol qoluna baxdı."Qəzada ağır yaralanmışdınız,yoldaş polkovnik, qolunuzda düz 3 qırıq və 24 tikiş var. Buna görədə hərəkət etdirə bilmirsiniz." dedi ucaboylu həkim. Sərt baxışlarını həkimə çevirdi "Haçana kimi?" dedi sakit amma qalın səsi ilə. Həkim səmimi şəkildə gülümsəyib "Ən geci bir aya tamamilə düzələcəksiniz. Heç narahat olmayın. İndi sizə yeməyinizi gətirəcəklər. Yeməkdən sonra ağrıkəsici iynə və gündəlik qəbul etməli olduğunuz dərmanları verəcəklər. Dincəlməliniz,polkovnik, siz bizə ayaqüstə lazımsınız." dedi və sakitcə aralıq qapıdan çıxdı. İndi özünə daha çox nifrət edirdi. Başqasına möhtac olmuşdu. Bu həyat onu heç vaxt qəbul etməyəcəyi hər vəziyyətə salmışdı. Mənliyinə kiməsə möhtac olmağı sığışdırmasa da həkim ilə razı idi. Vətəninə və xalqına yalnızca sağlam və ayaqüstə xidmət edə bilərdi. Özüdəki hələ müharibə bitməmişdi. Qabaqda onu necə ağır günlər gözləyirdi. Odurki ən geci 1 həftəyə buradan çıxmalı idi. Düşüncələrini qapıdan əlində podnos ilə gələn xəstəxana işçisi böldü. Ortayaşlı bu qadın qarşısındakı adama ana nəvazişi ilə yaxınlaşdı. Onu görər görməz gözləri doldu qadının.Necə də qardaşıma oxşayır deyə düşünürdü içindən."Adım Tamelladı. Burda xidmətçiyəm,xala qurban." deyə özünü tanıtdı. Əslində deyəsi çox sözü varıydı amma susmağı seçdi Tamella. Bəlkə də heç ona maraqlı deyil ona görə niyə başqa şey danışım deyə fikirləşirdi."Kənan Şahnəzərov." dedi polkovnik sadəcə.Əslində o da bilirdi qarşısındakı qadının nəsə demək istədiyini amma onu buna məcbur edə bilməzdi. Tamella elə buna bənd imişki düz Kənanın gözlərinin içinə baxdı. Qeyri-ixtiyari bir əlini Kənanın üzünə aparıb sığalladı. 92-ci ildə şəhid olmuş qardaşına toxunurdu elə bil. Bir gecə xəbərsiz gedən və elə gecələrin birində də bayrağa bükülüb gələn qardaşına.Yeməyini yedirdikdən sonra hönkür-hönkür ağladı Tamella. Bir anlıq öz qardaşı,öz Tahirini gördüyünü düşünürdü. Kimsəsizlik o qədər hopmuşduki qanına Kənan nə olduğunu anlamadı. Elə hey qarşısındakı qadına baxdı.Handan-hana Tamella özünə gəldi "Tahirimə,varım-yoxum bir qardaşıma elə oxşayırsanki,xala qurban, elə bildim öz Tahirimdi. 92-də şəhid olub Laçında" deyəndə polkovnik donub qaldı. Deməyə söz tapa bilmədi. Hətta o belə bucür vəziyyətin qarşısında nə edəcəyini bilməmişdi.

Ölsəm BağışlaHikayelerin yaşadığı yer. Şimdi keşfedin