•7•

87 23 11
                                    

Masa arxasındakı hər kəs vəziyyətin nə yerdə olduğunu anlamışdı. Bu, yolun sonu demək idi. Çox itki olacaqdı amma bu dəfə hər şey bitəcəkdi. Onlar axıtdıqları gözyaşlarının on misli ağlayacaqdılar.

Kənanın solunda əyləşən Elvin əllərini stolun üstündə yumruq edərək təmkinlə "Komandir, bizdən tam olaraq nə istəyirsiniz? Hücum planı ? Axı bu çox risklidi birdən- birə hücum edə bilmərik. Şuşa çox strateji məntəqədədi. Hələ biz Xankəndinə,Kəlbəcərə,Laçına çatmalıyıqki Şuşanı azad edək. Belə olmasa hər tərəfdən mühasirəyə düşərik." dedi. Komandir Elvinin həyacan dolu üzünə baxaraq "Gecənin bir yarısı haradan gəldiyi bilinməyən düşmən ən güclü və təlükəli düşməndir. Çünki səni ən hazırlıqsız anında yaxalayır. Biz də Şuşaya gedən gizli yolların xəritəsini və Şuşanın müdafiəsində duran xüsusi dəstələrin yerlərini müəyyənləşdirdik. Heç də xoşagələn nəticələrlə qarşılaşmadıq. Şuşanın xəritəsi elə Şuşadadı. Amma xüsusi dəstələr isə tamam başqa başağrısıdır. Sizi ona görə bura toplamışam." deyəndə Kənan üçün məsələ daha da qəlizləşirdi. Onlara lazım olan xəritələrin ikisidə Şuşada idi və onları aydın məsələdirki çox çətin sınaq gözləyirdi. Dərin bir nəfəs aldıqdan sonra komandir davam elədi "Son günlər bizə gələn məlumata görə ermənilər Şuşanın müdafiəsində durmaq üçün Rusiyada yaşayan məşhur kriminalist ilə razılaşıblar.Yeraltı dünyasının ən qaranlıq simalarındandır Mikanov.Anası erməni atası isə rusdu. Özünü qaniçən Mikoyanın davamçısı adlandırır. Aldığımız məlumatlara əsasən bu gecə saat 5də Şuşada olmalı idi. Amma Mikanov bizim əlimizdədi. Buna görə də Şuşaya onun əvəzinə siz gedəcəksiniz." Ətrafda ölüm səssizliyi hökm sürürdü. Heç kəs bir kəlmə söz demirdi və komadirdə vəziyyətin onlar üçün anlaşıqlı olmadığını anlayıb planı davam elətdirdi "Elvin, sən Mikanovun yerinə keçəcəksən. Kənan Mikanovun sağ əli olan Beridzenin, Nərmin sən isə Beridzenin bacısının yerinə keçəcəksən. Mikanovu indiyədək Beridzelərdən başqa görən olmayıb. Buna görə də işimiz rahatdı. Siz sadəcə təyin olunmuş təyyarə ilə Şuşaya gedəcəksiniz. Orada sizi qarşılayacaqlar. Mərkəzə yəni tam bizə lazım olan yerə gəldikdə hər yeri axtarıb xəritələri tapın. Onsuzda sizə hər şeyi deyəcəklər amma siz əyani sübut olmadan heç nəyə inanmayın. Hə birdə Mikanov sadəcə rus dili,Beridzelər isə rus,gürcü və azərbaycan dillərini bilirlər. Çalışın ehtiyatlı olun." Plan artıq tamamilə hər üçünə aydın idi. İndi ağıllarında tək bir sual var idi və Nərmin "Əməliyyatı yerinə yetirmək üçün nə qədər vaxtımız var?" deyən də artıq o sual da cavabını tapmışdı "12 saat."

Bir neçə saatdan sonra Şuşada olacaqdılar və çox keçmədən o müqəddəs şəhər əbədiyyətə qədər onların olacaqdı. Nərmin və Elvinə baxdı polkovnik. Hər ikisini tanıyırdı. Elvin atası şəhid olduqdan sonra onun yolunu davam etdirmək məqsədilə hərbçi olmuşdu. Öz işində həddindən artıq yaxşı idi Elvin. Yeni texnologiyalarla çox yaxşı işləyirdi. Ona qıraqdan baxan rahatlıqla hərbçi olduğunu anlaya bilərdi.
Zəhmli ifadəsi və hərəkətləri ilə bunu sübut edirdi.

Nərmin isə komandirin qızı idi. Buna baxmayaraq o heç vaxt asan işlərlə məşğul olmamış, həmişə öz adı ilə tanınmışdı. Hər kəs onu Hikmət Mirzəyevin qızı olaraq deyil, Nərmin Mirzəyev olaraq tanımışdı. Hər azərbaycanlı qadını kimi onun möhkəm iradəsi və əyilməz qüruru,bacarığı insanları ona heyran edirdi. Baxışlarındakı qərarlılıq,ciddilik ilə o,tamamilə bu iş üçün doğulmuşdu.

Yerinə keçəcəyi adamın şəklinə baxdıqdan sonra onun üçün ayrılmış otaqda paltarlarını dəyişdi və otaqdan çıxdı. Bu gecə çox uzun olacaqdı...

Ölsəm BağışlaHikayelerin yaşadığı yer. Şimdi keşfedin