yuxu*

52 7 2
                                    

Çəni-çiskini boş vermişdim, amma dumanlanan beynimə qoya biləcəyim heç bir sərhəd sənəti aşmırdı. Sərhədlərin gücsüzləşdiyi tək nöqtənin sənət olduğunun fərqindəliyində boğulduğumu hiss etdim... Bütün müqəddəs tablolardakı müqəddəslər, tablolardan ayrılaraq bir-birilərinə qovuşub, rəqs edir və sigaret çəkirlər. Tamamilə bədənim donub, hərəkət edə bilmirəm. Sadəcə onları izləyirəm, əl-qolumu az da olsa tərpədə bilmək üçün cəhdlər edirəm. Bəlkə səsimi eşidib, mənə kömək edərlər deyə nəfəsim kəsilənədək qışqırıram. Kimsə eşitmir səsimi. Sonra yavaş- yavaş divarlar, bütün divarlar məhv olur. Yağış damlaları da onların rəqsinə qoşulur. Boyalar axır və tablolar əriməyə başlayır. İndi isə nə tablolar var nə də ki, müqəddəslər. Üzümü səmaya tutub gülümsəyirəm. Ayaqlarıma ağırlıq çökür birdənbirə. Bir- iki addım uzağımda böyük bir qaya parçası görürəm. Mən yaxınlaşdıqca, o  uzaqlaşır. Ayaqlarım yavaş-yavaş hissiyatını itirir. Qaya parçası görməyəcəyim qədər uzaqdadır artıq. Suyun şırıltısını eşidə bilmirəm,  görüntülər bulanıqlaşır, yaddaşım isə dumanlanır. Bədənimdə xəfif  istilik hiss edirəm. Sonra bu hiss hər tərəfimə yayılır, günəşin hər zərrəciyini bədənimdə hiss edirəm. Belə soyuq havada anormal şəkildə tərləməyə başlayır bədənim. Nəmli torpağa uzanıb səmanı izləyirəm. Nə günəş var ,nə də ki buludlar. Yağışdan sonra torpağın ətri bütün ətrafı sarır. Səma isə bənövşəyinin tonlarına bürünür. Bu aura məni sərxoş edir. Tilsimlənirəm. Sanki görünməz biri uzaqdan sehirli çubuğu ilə mənimlə oyun oynayır. Bir anda özümü köhnə Bakının küçələrində, zaman tunelinin içində itmiş vəziyyətdə tapıram. Dərin, qara boşluğun içində dönüb dururam. Müxtəlif saatlar, rəqəmlər, qapılar görünür gözümə. Heç görmədiyim qeyri-adi rənglər görməyə başlayıram. Sanki əvvəllər ən sevdiyim sonra isə ən xırda detalına qədər unutduğum melodiyalar gəlir qulağıma. Unutduğum xatirələrim uçuşur havada. Qapılardan birinə tutunub var gücüm ilə açmağa çalışıram. Bir anda hər şey məhv olur. Rəqəmlər, saatlar, gizli qapılar, qeyri-adi rənglər və sirli melodiyalar hər şey məhv olur. Başdan ayağa hər şey ağ- qaradır burda. Uzaqdan parlaq bir şey görünməyə başlayır. Mənə tərəf addımlayır. Aydınlıq gözlərini gözlərimə dikərək, zərif əlini uzadır. Bu o idi.. Heç ağlımdan çıxmamışdı. Sanki dünən getmişdi kimi. İçimdə o qədər sual var idi ki. Niyə getdin deməyəcəkdim. Xırda bir "əlvida" sözünə layiq görməyəcək qədər dəyər verməmişmiydi mənə. Ona olan hislərimin heç mi mənası yox idi onun üçün. Bunları düşünüb içimdə müharibə yaşayırdım hər gecə ,amma heç nə demədim. Heç əlini də tutmadım. Sadəcə onu seyr edirdim. Qısa, qara saçlarını, mavi gözlərini, sərt üz cizgilərini diqqətlə incələyirdim. Hər yer ağ-qara ikən qırmızı əlbisəsi onu inci kimi parıldadırdı. Göz qapaqlarıma vuran bütün lampaları söndürmüşdüm, heç kim bizi görməsin deyə. Əlimi qısılan gözlərinə yaxınlaşdırdım, toxunmaq istəyirdim birdən yox oldu. Dəli kimi qaçaraq, onu səslədim. Adını çağırdım dəfələrlə. Gücüm tükəndi, yerə yıxıldım. Yuxum gəlirdi, yorğunluqdan gözlərim axırdı. Bütün bu qarışıqlıqlar başımı ağrıtmışdı. Fərqli bir qapı açdım bəlkə evimə qayıdaram deyə. Bu səfər isə hər tərəfdə güzgülər var idi. Fərqli-fərqli mənləri görürdüm. Uzaqdan özümü seyr etmək qəribə hislər bağışlamışdı mənə. Düşündüyüm qədər yaxşı insan deyiləmmiş. Bəlkə də özümü aldadıram. Bəlkə də başqa bir şey. Bilmirəm..

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Apr 22, 2022 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

yuxuHikayelerin yaşadığı yer. Şimdi keşfedin