Hər şey gözəldir həyatda!..
Sən bu gözəlliyi anlaya, duya bilsən!..Sağın sola, solun sağa, nə fərqi var ki hansı tərəfdəsən. Uzun incə bir yol getsin, qoy biraz dalğavari olsun. İstəsəndə istəməsəndə. Addımlayırsan. Bəlkə də önəmli olan hara getdiyin deyil? Bəlkə elə əsas məsələ getməyin özü idi? Kim bilir ki?
Baxırsan sağa, sola, nə fərqi var ki hansı tərəfdə tapdın? Önəmli olan tapmaq deyildi? Önəmli olan hekayəsini anlamaq deyildi? Nə də olsa hər şeyin bir hekayəsi var. Önəmli olan hekayə olmaqdı? Bəlkə hekayədə bir parça belə kifayətdir? Nə gərək var çox sözə, son nöqtə gərəkdir?
Vergüllə bitən hekayə var görən? Nə çətindir bu sual işarəsi.
Hərəmiz bir hədəfə,
Bir dəfə yaşayırıq,
Hərəmiz bircə dəfə!..Bu günkü mövzumuz hekayədir. Önəmli olan hekayəyə sahib olmaq imiş. O qədər böyük, ya da o qədər xüsusi olmaq deyilmiş. Bir hekayəyə sahib olmaq imiş. Gəl otur danış, sənin həkayən nədir? Nəylə məşğulsan, nə iş görürsən, nə üçün yazırsan? Var bir hekayən? Hələ də yoxdur? O zaman bunun axırı da yoxdur,
Yox, yox. Hələ son deyil, vergülə aldanmayaq. Tək bir şansımız var? Amma uzun. Alınar alınar. Bir olmasın min olsun. Unutma, bütün bunları boş ver və unutma, gördüyün işin bir hekayəsi olsun. Boş qalmasın. Sadəcə var olmaq üçün olmasın. Dinlədiyin musiqinin, getdiyin yolun, oxuduğun kitabın, baxdığın filmin. O səhər erkən qalxıb dəmlədiyin kəklikotulu çayın da bir hekayəsi olsun. Hekayələr nöqtə ilə bitmək məcburiyyətində deyil, bəli, gülümsə,
YOU ARE READING
Qulaqlıqlı Oğlan
FanfictionBu əslində bir hekayə deyil, bu xəyallar əlamində səyahət, sərin bir küləklə uçuşan sözlər, qaranlığın içində gizlənən notlardır. Bu sadəcə bəzi mahnıları dinləyərkən keçirilən hisslərdir. Bu sadəcə uydurmadır. Reallıqla çirklənməmiş uydurma.