Bölüm 16: Fərqli Dünya...

12 4 4
                                    

     

 "Əllərim çiçək kimi qoxur deyə məni çiçək qoparmaqla günahlandırdılar . Lakin heç kimsə çiçək əkmiş ola biləcəyimi düşünmədi "

Qapı açıldıqda nəhayətki parlaq işığı görə bilirdim . İnsanlar sürrətli addımları ilə yanımdan keçirdilər . Sanki hər şey birdən yox olub , gedəcəkmiş kimi hiss var idi qəlbimdə....sanki heç bir zaman o həzin musiqinin eşidə bilməyəcəkmiş kimi idi . Amma niyə bilmirəm , yenədə dinləyə bilmirdim musiqini . Bəlkə də mənim üçün hər şey yox olmuşdu artıq . Dünya hər şeyi öz sonsuzluğunda itirmişdi . Bəlkə də bunun özüdə bir musiqi havası idi . Amma eşidilmirdi yenədə.... O dünya bəlkə də yalnız mənim üçün bitmişdi ......


      Qapıda nə olduğunu anlamaq üçün bir neçə dəqiqə idi ki , dayanmışdıq . İndi həmin nəzarətçi gəlmişdi . Heç bir şey demədən bizi də həmin topluğun içinə qarışdırdı . Havadaki ildırım səsləri boş kolidorlarda əks səda verirdi . İldırımlar ... sırf parlamaq üçün bu qədər yüksək səs çıxarırdı . Bəzi işqlar insana yolunu göstərər , həmin işığın səsi isə bəzilərinin yolunu itirərdi . İnsanlar kimi.... Hamı demək olar ki , eyni geyimdə idi . Hamı bir -birinə təəccüblə baxaraq olanların səbəbini axtarırdı . Qarşıda Arlid hə o qorxunc adam , yüksək səslə nəsə danışırdı . Lakin biz ondan çox uzaqda idik . Səsini hər qaldırdığında sadəcə bir neçə hecanı eşidə bilirdik . Sonra hamı dağılmağa başladı . Sanki hamı əvvəlcədən nə olacağını bilirdi . Arlidin yavaş addımlar ilə bizə yaxınlaşırdı :

   - Siz nəyi gözləyirsiz ? Hamı işinə , gecikmə olmasın . Yoxsa cəzalar daha ağır olar .- Arlidin xoşagəlməz səsi hər gün daha da çirkinləşirdi . Amma nə edəcəyimi bilmirdim , ya da nədən başlayacağımı . Ayris...Ayris.. yanımda deyildi . 

  - Ayris , Ayris , hardasan? Ayris....Ayris- böyük salonda sanki Ayrisdən başqa hamı məni eşidirmiş kimi idi . Hə ..hə nəhayət uzaqdan havada uçan narıncı saçları görünürdü . 

 - Hə mən burdayam . Nəsə oldu ? Səsin bər gəlirdi .

 - Yox mən sadəcə elə bildim ki tək qalmışam .- bunu düşünəndə belə qorxurdum, tək qalmaq ..

 - Mən olan bitəni öyrənmək üçün getmişdim . Bu gün işlərimiz başlayır  . Tam olaraq nə etməliyik bilmirəm . Amma bildiyim odurki dayanmamalıyıq. 

 Ayris nə olursa olsun hər şeyi bacarırdı . Hər şeyi bilir , bilmədiklərini tez tapıb , öyrənərdi . Sonra mavi rəngli geyimlili adamlar armıza qarışdı . Hamıya kiçik boylu kartlar verilirdi . Onun üzərində harada çalışacağımız , ya da kim olaraq çalışacağımız yazılmışdı . Mənim işim əvvəlcə özümə çətin görünsədə , digərlərinin işlərini gördükdə öz işim daha asan olmağa başlayırdı sanki . Ayris ilə fərqli işdə çalışırdıq . Bura getdikcə xəstəxanaya bənzəməyə başlayırdı . Amma tam olaraq yox . Əslinə baxanda burada problemləri olanlar , ya da psixologiyalarında problemi olanlar var idi . Lakin niyə bilmirəm , daha doğrusu anamın bura ilə nə əlaqəsi olduğunu anlamırdım . Zamanın hər şeyi göstərəcəyinə ümid olmuşdum . Hər şeyi öz halına sala biləcəyini düşünürdüm . Hər qapısının açıq olan otaqda fərqli bir dünya var idi sanki . Hərə özünü öz problemini , ağrısını fərqli ifadə edirdi . İnsanları fərqli edən ən böyük səbəblərdən biridə bu idi bəlkə də . Mən sadəcə işlərə kömək edirdim . Nəyə ehtiyac var idisə birinci onu həll edirdim . Burada çalışanlar az idi . Hətta demək olar ki bəzilərini artıq bir azda olsa tanıya bilirdim .  Bəlkə də tanıdığımı düşünürdüm . Amma heç bir şey , heç nə olduğu kimi deyildi , göründüyü kimi deyildi . Əgər elə olsaydı havada pambıq kimi ağ görülən buludlara toxunduqda və ya yaxınlaşdıqda şəffaf olmazdı . İnsanları hər tanıdığımızda fikirlərimiz qırılmazdı .......







      BU GÜNKÜ BÖLÜMÜNDƏ SONUNA GƏLDİK . ÜMİD EDİRƏM Kİ , OXUYUB BƏYƏNƏCƏKSİNİZ. GƏLƏCƏK BÖLÜMLƏRDƏ GÖRÜŞƏNƏDƏK ÖZÜNÜZƏ VƏ XƏYALLARINIZA YAXŞI BAXIN . TƏŞƏKKÜRLƏR! 

İNSTAQRAM - papatybook 

DİGƏR WATTPAD HESABIM - 



                                                        FATİMƏ AĞAZADƏ                                              

SİRİUS (tamamlandı)*Hikayelerin yaşadığı yer. Şimdi keşfedin