On gün idi ki, Kazım artıq orada idi. Səhər onu başqa yerə apardılar ki, buradakılarla yola getmir. Səhər gün doğmamış bütün dustaqları yuxudan oyatdılar. Bir kişi əlində böyük bir siyahı gəlib onların qarşısında dayandı. Təxminən 10 dustağın adını çəkdi. Sonra isə bunların hamısının Slayaer adasında edam olunacağını dedi. Adlarını eşitdikdə ilk dəfə onlar elə bildilər ki, sərbəst buraxılacaqlar, amma elə olmadı.
Onların içərisində 50 illiyini tamamlamış Asif dayı artıq ölümə təslim olmağa hazır idi. O artıq tez bir zamanda ölməyi və bu əzabdan xilas olmağı fikirləşirdi.
Yaxın vaxtda bütün dustaqları aparacaqdılar. Asif dayı son dəfə başını qaldırıb mavi səmaya baxmaq istədi. Amma o mavi səmaadan heç bir əsər əlamət yox idi. Havanı qara bulud örtmüşdü. Elə bil ki, olacaq hadisələrə təbiət də dilxor idi. Kazım Asif dayını belə qəmgin görüb ona yaxınlaşdı. Əvvəlcə salam verdi. Daha sonra nə qədər istədi ondan əlavə nəsə soruşsun soruşa bilmədi. Təxminən 20 dəqiqə orada oturandan sonra birdən siqnal verildi. Artıq onların istirahət vaxtı qurtarmışdı.
Onların hamısı iş başına getməli idilər. Axşam düşdü hər tərəfi zil qaranlıq bürümüşdü. Arada bir qara buludların arxasında gizlənmiş ay çıxıb ətrafa işıq saçır, daha sonra yenə də buludların arxasında gizlənirdi.
Həqiqətən də, bu yer çox qəribə idi. Kazımın gəldiyi 15 gün olardı. Burada hər gün bir şey olurdu. Kazım haqqında tədbir bir həftəyə görülməli idi, 8 gün keçsə də o hələ də burada işləyirdi.
Ancaq Kazım nənəsini son 2 gün ərzində yaddan çıxara bilmirdi.
O, gözlərini yumanda nənəsi elə bil ki, onun gözlərinin önündə dururdu. O, bundan çox narahat olub uzun müddət yuxuya gedə bilmirdi. Dustaqlar burada -Taeo adasında gecə-gündüz dayanmadan işləyirdilər. Axşam güclü külək əsirdi. Gecə yarısına yaxın külək daha da şiddətlənirdi. Külək az qalırdı ağacları kökündən çıxartsın. Elektirik xətləri az qalırdı bir-birinə dəysin.
Bir yandan güclü külək, bir yandan da yağan yağış bütün nə varsa, hamısını pis günə qoyurdu. Getdikcə yağış kəsməyə başladı amma külək hələ də davam edirdi.
Birdən həyəcan verildi. Hamı yuxudan oyadıldı. Əsirlər düşündü ki, yəqin, yenə kimsə qaçıb. Amma elə deyildi.Dustaqlar kameralardan çıxdıqda gördüklərinə inanmadılar. 200 metr aralıda yerləşən anbar yanırdı. Elə bildilər ki, kimsə anbara od vurub yandırıb. Hərə bir şey deyirdi. Əsasən, əksəriyyət Kazımdan şübhələnirdi.
Yanğını söndürülməsinə hamı cəlb olunmuşdu. Anbara çox da yaxınlaşmaq olmurdu. İsti adamın üzünü yandırırdı.
Yanğın birinci bölmədə idi. Əgər yanğın üçüncü bölməyə keçsə, oradakı yanacaq çənləri partlaya bilərdi. Bu da heç də hamı üçün yaxşı nəticələnməyəcəkdi. Adam nələrin baş verə biləcəyini heç ağlına da gətirmək istəmirdi.
Dustaqların sayəsində yanğının gücü az da olsa zəiflədildi.
Dustaqların hamısı yanğının söndürülməsində iştirak etmək üçün məcur edilirdi. Bicə Kazımdan başqa. O, alovun digər bölmələrə keçməsi üçün əlindən gələni edirdi ki, düşmənə daha çox ziyan vursun. Bir şeyi unutmuşdu ki, içəridə dustaqlar ziyan çəkə bilər.
Birdən alov şiddətləndi. Əvvvəlcə kiçik bir partlayış, daha sonra isə böyük bir partlayış oldu. Yaxınlıqda nə varsa hamısı böyük bir dalğa zərbəsi ilə dağıldı. Hər tərəf işıqlanmışdı. Xeyli adam ölmüşdü. Çoxu isə binanın dibində dayanıb gələn zərbədən heç bir zərər görmədi.
Kazım qaça-qaça binaya girdi ki, orada sağ qalanlara kömək etsin. Asif dayı arxadan Kazımı nə qədər çağırsa da, heç bir səs gəlmədi. Çox vaxt keçməyinə baxmayaraq Kazım hələ də qayıtmamışdı. Bundan narahat olan Asif dayı yaş əskiyə bürünərək binaya girdi. Artıq çox adam Kazımın sağ ola biləcəyinə inanmırdı. Hər kəs belə mərd oğul üçün heyifsilənirdi. Hətta onunla yola getməyənlər də təəssüf hissi keçirirdi. Bir tərəfdən külək, bir tərəfdən də ölüm qorxusu dusaqları qorxudur, Kazıma və Asif dayıya kömək etməyə mane olurdu.
Birdən alovlar içərisindən bir qaraltı göründü. Asif dayın qucağında da Kazım alovlar içərisindən çıxdı. Bir anın içərisində hər kəsin üzündə sevinc hissi oyandı. Kazım içəridə tüstünün təsirindən huşunub itirmişdi. Asif dayı Kazımı qucağından yerə qoydu. Onun üzünə su vurdular. Həkimlə əlaqə saxladılar. Amma növbətçi həkim orada yox idi.
Bir təhər Kazımı oyatdılar. Onu binaya göndərdilər ki,
istirahət etsin.
Səhərin açılmasına az qalırdı. Çətinliklə yanğını söndürdülər. İndi yanğının necə törədildiyi maraqlı idi. Əsas da o idi ki, çoxu bunu Kazımın etdiyini danışırdı. Çoxlu araşdırmalar aparıldı. Yanğının necə baş verməsi səbəbini tapmaqda çətinlik çəkdilər. Əslində əsas olan yanğının səbəbi deyildi. Əsas olan adları çəkilən on dustaqdan doqquzunun ölməsi idi. Onlardan yalnız Asif dayı sağ qalmışdı. Ölənlərdən 4 nəfəri uçmuş divarın altında qalmışdı. 5 nəfər isə yanaraq ölmüşdü.
Tez bir zamanda baş verən hadisəni aradan qaldırmaq üçün xeyli işlər görülmüşdü. Əsas da o idi ki, ölənlərin hamısı ört-basdır olundu. Asif dayının isə yanğında göstərdiyi cəsarəti ilə əlaqədar ölüm hökmü ləğv edilmişdi. Bu, həqiqətən də, qəribə idi. O, cəsarətinə görə ölüm hökmü ləğv edilmiş bir dustaq idi. O, bir tərəfdən sevinir, digər tərəfdən isə öz yoldaşlarının ölümünə ürəyi ağrıyırdı.
Kazım tez bir zamanda özünə gəldi. İki gün sonra isə o, araşdırmaya aparılacaqdı. Həqiqətən də, Kazım özünü şübhəli aparırdı. Kim olsa idi, həmin vaxt ondan şübhələnərdi.
Artıq yanğın tam söndürülmüşdü. Əsas da o idi ki, Kazım buralara gəlib düşdükdən sonra kəndlərində vəziyyət daha da pisləşmişdi.
Artıq axşamın düşməyinə az qalırdı. Səhər buraya yeni əsirlər gələcəyi haqqında söz- söhbət gəzirdi.
Səhər açıldı, günortaya yaxın 30 nəfər əsir gəldi.
Oradakılar gələn əsirlərə tərəf yaxınlaşmaq istədi. Əvvəlcə qoymadılar. Kazım da onlar kimi məcbur olub bir tərəfdə oturdu. Birdən onu gözü öz kəndlərindən olan Əli babanın oğlu Hüseynə sataşdı. Elə bil ki, bir anlıq hər şey dayandı. Kazım bilmədi sevinsin, ya kədərlənsin. O bir təhər özünü ələ aldı. Kazım əvvəlcə Hüseynə yaxınlaşmaq istədi. Amma nə qədər çalışsa da bacara bilmədi.
Həmin gün Kazım Hüseynə yaxınlşa bilmədi. Demək ki, o nə qədər çalışsa da, işdən yayınsın, yayına bilmədi. Kazım işlədiyi yerdə demək olar ki, nəzarət güclü deyildi. Ona görə də ən çox buradan yayınmaq mümkün idi. Digər əsirlərdən fərqli olaraq burada onların ayaqlarına vurulan bağlar yox idi. Ona görə ki, bura böyük hasarlarla əhatə olunmuşdu. Amma bu hasarlarda əsirlər tərəfindən açılan ayaq qoymaq üçün yerlər var idi. Burada işləyən əsirlərin çoxu azyaşlılar idi. Axşamın düşməyinə az qalırdı. Kazım hələ də Hüseyni fikirləşirdi.
- Görəsən, haradadır, nə edir?
O, bunu fikirləşə-fikirləşə dərin fikrə getdi.
- Axı o, belə haqsızlıqlara dözə bilməz, o, bu cür şeylərlə razılaşa bilməz.
Artıq axşam düşmüşdü. Yemək üçün əsirlər növbədə idi. O, nə qədər Hüseyni axtarsa da, onu tapa bilmədi. O, yaxşı bilirdi ki, burada yoxdur. Çünki, əsirlər bölmələr üzrə gəlirdilər. Birinci bura gələnlər hamısı 10-cu bölmədə olurdular. Çünki burada olanlarla xüsusi məşğul olurdular. Ən çox onlara zülm edirdilər. Bunlar bir yana kənddə vəziyyət daha da pis idi. Kişilərin demək olardı ki, hamısı ön cəbhədə idi. Cavan-cavan oğlanların cəsədlərini gətirirdilər.
ŞİMDİ OKUDUĞUN
Qaranlıqdakı İşıq
Short StoryO nə qədər də balaca olsa da uşaqlıqdan öz valideynlərini itirməsi ona ağır zərbə vurmuşdu. Balaca yaşında öz gözləri qarşısında ana və bacısının evdə yanması, bir muddət sonra isə atasının meyidinin küçəyə atılması Kazıma heç də yaxşı təsir etməmiş...