•11•

45 15 0
                                    

Sahildə təkcə oturub,bir neçə gün bundan əvvəlki hadisəni xatırlayanda əli qolu bağlanmışdı sözün əsl mənasında. Nə edəcəyini bilmirdi. Bəlirsizlik və eyni zamanda bədənini əsir alan anlamadığı və bilmədiyi bir duyğudan necə qaça bilərdi onu düşünürdü. Bərk-bərk yumduğu gözlərini açdı. Bu vərdişi Elvindən götürmüşdü. O da çətin ya da çıxış yolu tapa bilmədiyi vəziyyəti daha yaxşı analiz etmək üçün gözlərini bərk-bərk yumar və bir neçə saniyə düşündükdən sonra dahiyanə fikir irəli sürərdi.Amma polkovnik saatlarla gözünü bağlasa belə heç bir fikir ağlına gəlməzdi.

İstəmsizcə o günü fikirləşdi. Dronun o erməni maşınını vurduqdan bir neçə dəqiqə sonra Kənangilin də maşınının benzini bitmişdi. Amma yerlərini qərargaha bildirdikləri üçün yarım saatdan sonra başqa bir maşın gəlib hər üçünü heçnə olmamış kimi məlum döyüşün planlaşdırıldığı qərargaha apardı. Qapıdan içəri girən kimi Kənanı qəribə hüzün bürüdü. Şuşa əməliyyatı üçün təyin olunmuş xüsusi təyinatlılar döyüşə hazırlaşırdılar.Kimisi dua oxuyur,kimisi övladlarının videosuna baxır,kimisi namaz qılır. Sevindiyindən ağlayan belə var idi. Amma onların içində biri polkovnikin diqqətini çəkdi. Sadəcə qıraqda əlləri ilə başını tutaraq oturmuşdu. Amma ən çox üzündəki qəribə ifadə Kənanı düşündürürdü.Ona yaxınlaşıb "Nədi? Olmaya qorxursan,əsgər?" dedi zarafatyana. Əsgər ayağa qalaxaraq özünü təqdim elədi və "Xeyr,yoldaş polkovnik bu yolda ölməyədə,öldürməyə də hər an hazıram." deyəndə Kənan anladıki qarşısındaki təcrübəli XTQ nümayəndəsi tamamilə başqa düşüncədədi. Əli ilə çiynindən tutaraq otur işarəsi verdi və özüdə onun yanında oturdu." Bəs onda niyə belə nigaransan?" deyə soruşdu Kənan.Əsgərin üz ifadəsi tamamilə dəyişdi. Nigarançılığı nəvaziş əvəz edəndə dedi "Hiss edirəmki şəhid olacağam. Amma qorxum bu deyil. Bu yolda,bu dünyada şəhidlikdən böyük zirvə yoxdu Əlhəmdülillah. Nigarançılığım sizdə məni bağışlayın yoldaşım ikicanlıdır. Bir neçə günə oğlumuz olacaq. Amma bizim ona nə ad fikirləşəcək, nə də mənim onun doğumunda iştirak edəcək vaxtım olmadı."Polkovnik indi hər şeyi tam başa düşmüşdü. Qarşısındaki igidin dağ boyda cüssəsini cılızlaşdıran səbəbi biləndə ona da rahatlıq gəlmişdi."Məncə bunları düşünmə,sən qayıdıb oğlunu görəcəksən. Bax mən deyirəm bu sözü sənə. Yeri gəlsə özüm icazə alacam sənin üçün eşitdin? Qətiyyən ürəyini sıxma." deyə bildi Kənan. Amma bir Allah birdə özü bilirdi içində qopan fırtınaları. Bir neçə dəqiqədən sonra Kənan,Elvin,Nərmin XTQ komandirləri ilə iclas keçirdi və əllərindəki bütün məlumatları paylaşdılar. İclasdan sonra Kənan xəritələrin Azərbaycan dilinə tərcümə edilmiş kopyalarını əsgərlərə paylayanda hər birinin üzünə diqqətlə baxdı.Heç birində qorxu görmədi hər keçən saniyə qüruru artsada bir neçə saatdan sonra onları nəyin gözlədiyini çox yaxşı bilirdi...

Ölsəm BağışlaHikayelerin yaşadığı yer. Şimdi keşfedin