2.3.1. Qərbi Avropa mədəniyyətiTəxminən 10 əsrlik bir dövrü əhatə edən Orta əsrlər Qərbi Avropa mədəniyyəti siyasi, iqtisadi və mədənihəyatdakı dəyişikliklər, incəsənətdə yeni cərəyan və üslubların yaranması ilə xarakterizə olunur.«Orta əsrlər» anlayışını ilk dəfə XV əsrdə italyan humanistləri öz yaşadıqları dövrü antik klassikadanayırmaq üçün işlətmişlər. Sonralar bu termin Roma imperiyasının süqutundan İntibah dövrünədək olan birmərhələni bildirməyə başladı. Məhz bundan sonra dünya tarixi Antik dövrə, Orta əsrlərə və Yeni dövrə bölündü.Maarifçilik dövründə bu mərhələyə maraq daha da artdı. Romantiklərin bu məsələyə münasibəti isə birmənalıolmadı. Yalnız XIX- XX əsrlər qərb sivilizasiyalarının böhranı dövründə alim-kulturoloqlar orta əsrlərin zənginmədəniyyətini hərtərəfli öyrənməyə başladılar.V-XIV (bəzən XVI) əsrləri əhatə edən orta əsrlər dövrü feodal cəmiyyətinin yaranması, inkişafı və süqutuilə əlaqədar olub adətən erkən orta əsrlərə (V- X əsrlər), klassik orta əsrlərə (XI- XIII əsrlər), bəzən isəfeodalizmin daha uzun sürən regionlarında son orta əsrlərə (XIV- XVI əsrlər) bölünür.Lakin sonuncu ilə biz tam razı ola bilmərik. Çünki İntibah dövrü İtaliyada artıq XIII əsrdə, digər Avropaölkələrində isə XV- XVI əsrlərdə mövcud idi. Bu baxımdan, son orta əsrlər XIII- XIV əsrlərdən o yana adlayabilməz.I dövr üçün Avropa xalqlarının formalaşması prosesi, Qərbi Avropa xristian mədəniyyəti tipininyaranması, xristianlığın daha da möhkəmlənməsi və geniş yayılması xas idi. Hərçənd antik mədəniyyətin vəsivilizasiyanın süqutu xristianlığın bütpərəstlik üzərində qələbəsi hesab edilsə də, bu qələbə tam deyildi, çünkixristianlıq və bütpərəstliyin qalıqları arasında mübarizə bütün orta əsrlər boyu davam etdi.II dövr mədəniyyətinin mühüm hadisəsi – xristian dininin yayılması ilə əlaqədar bu dinin əsas atributuolan kilsələrin kütləvi tikintisi və nəticədə memarlıqda roman və qotika üslublarının bərqərar olması idi. Şəhərədəbiyyatı, qəhrəmanlıq eposları, cəngavərlik romanları, trubadur poeziyası da bu dövrə aiddir. Klassik ortaəsrlərdə memarlıq və bədii ədəbiyyatla yanaşı incəsənətin digər növləri – teatr, musiqi, heykəltəraşlıq,rəngkarlıq da inkişaf edirdi.III dövr dahi Dantenin, Akvianlı Fomanın adları ilə bağlıdır. Bu dövrə həmçinin elm və təhsilin inkişafı,fəlsəfədə sxolastikanın əsas istiqamətə çevrilməsi xas idi.Quldarlıq quruluşuna nisbətən daha mütərəqqi ictimai formasiya olan feodalizm zəminində formalaşanorta əsrlər mədəniyyəti bir çox ölkələrdə, məs. Hindistan və Çində yüksək inkişaf səviyyəsinə çatmışdır. HəttaÇin incəsənətində məhz bu vaxt əsil çiçəklənmə müşahidə olunur, təsviri sənətdə natürmort, peyzaj, portret vəməişət janrları yaranır. Digər ölkələrin incəsənəti də diqqəti cəlb edir. Məsələn, gerçəkliyi əlvan poetikboyalarla əks etdirən Şərq miniatürləri bu qəbildəndir. Monumental memarlıq da orta əsrlərdə əldə edilmişnailiyyətlərdəndir. Bizans məbədləri, Avropa memarlığında roman və qotika üslubları, müsəlman məscidləri,Çin və Hindistandakı saraylar nə qədər məşhurdur.Feodal münasibətləri müxtəlif xalqlarda müxtəlif cür formalaşaraq özünəməxsusluğu ilə fərqlənir. Busahədə olan bəzi paralellər isə müxtəlif ölkələrdəki feodal münasibətlərinin inkişafının eyni tarixi qanunlara tabeolması ilə izah edilir. Feodal münasibətlərinin inkişafı keçid dövrünün xüsusiyyətindən də asılıdır. Məsələn, Çinvə Hindistanda keçid dövrü nisbətən tədrici xarakter daşıdığından bu ölkələrdə qədim dövrlə orta əsr mədəniy-yətləri arasında dərin uçurum yoxdur. Belə ki, köhnə ənənələr burada yenidən nəzərdən keçirilir, lakin inkaredilmir.Bəzi xalqlar feodalizmə quldarlıq quruluşunu keçirmədən birbaşa gəlmişlər. Məsələn, slavyan və ərəbxalqları, german tayfaları və s. Quldarlığın nə olduğunu bilməyən slavyan xalqları feodal dövlətlərini yalnız özzəminində yaratsa da siyasi və ictimai əlaqələr saxladıqları ölkələrin mütərəqqi ənənələri və yüksək bədiimədəniyyəti bu xalqların bədii inkişafına təkan verdi. Məsələn, qədim Rus dövlətinin incəsənəti Bizansın təsirialtında inkişaf etmişdi. Bunula belə, Rusiya müstəqil dövlət olub öz bədii ənənələrinə malik olduğu üçün bubənzərliklə yanaşı orta əsr Rus incəsənətinə özünəməxsusluq xas idi. Quldarlıq quruluşu görməyən ərəbxalqlarının da bədii inkişafı Bizansın təsirinə məruz qalmış, lakin burada ərəblərin işğal etdikləri Şərqxalqlarının bədii ənənələrinin təsiri daha çox hiss edilir. Bu təsirin nəticələri isə yeni keyfiyyət əldə edərəközünəməxsus şəkildə formalaşır.Orta əsrlərdə Şərq və Qərb ölkələrinin mədəni səviyyəsi nə qədər müxtəlif olsa da, həm Şərq, həm dəQərb ölkələrində cəmiyyətin inkişaf səviyyəsi, mədəniyyəti eyni tipli feodal cəmiyyətinin, ictimai sistemininkişafının nəticəsi idi. Roma imperiyasının süqutundan sonra iqtisadiyyat, texnika, ticarət, şəhərlər, mədəniyyətvə s. ciddi böhran keçirsə də quldarlıq dövrü ilə müqayisədə feodalizm cəmiyyətinin mədəniyyətini, xüsusən dəbədii mədəniyyətini heç də başdan - başa xalis tənəzzül kimi nəzərdən keçirmək düzgün deyil.165Antik dövrdən feodalizmə keçid Qərbdə barbarların işğalı ilə əlaqədar qəfil və fəlakətli oldu. Burada ilkdövrlər hətta keçmiş bədii ənənələrin məhv edilməsi və yeni mədəniyyətin az qala quru yerdə yaradılmasımüşahidə edilir. Son antik dövrlə müqayisədə erkən orta əsrlər mədəniyyətinin tənəzzülü, xüsusən Merovinqlərdövründə məhz bununla izah edilir. Keçmiş ənənələrin üzərindən xətt çəkilməsi burada da müvəffəqiyyətsizliklənəticələnir. Ümumiyyətlə, barbarların antik mədəniyyətə münasibəti ziddiyyətli idi. Bunların bəziləri Romaadətlərini qəbul edir, digərləri isə əksinə, onlara düşmən münasibət bəsləyirdi. Lakin hər iki halda işğalçılarRoma imperiyasının əzəmət və təmtərağı qarşısında vəcdə gəlirdilər, hətta bəzi barbar rəhbərləri romalılarıözlərinə müəllim və məsləhətçi seçirdilər, məsələn, Merovinqlər sülaləsindən olan Frank kralı Xlodviq (481-511-ci illər) öz dövlətinin sərhədlərini genişləndirərək burada hər iki mədəniyyəti – antik və barbarlarınmədəniyyətini bərqərar edir. Əslində Romanın qərb hissəsini işğal etmiş german tayfaları tamamiləassimilyasiyaya uğrayaraq Roma imperiyasının qədim əhalisinin dilini, mədəniyyətini, həyat tərzini götürmüş,ona qarışmış, ona oxşamışdır. Onların feodalizm şəraitində mövcud olan mədəniyyəti keçmiş roma mədəniyyətiilə eyni səviyyədədir.395-ci ildə Roma imperiyası iki hissəyə ayrıldıqdan sonra daxili çəkişmələr Qərbi daha çox zəiflətdi vəbarbarların əsarəti altına saldı. İmperiyanın zəifləməsindən istifadə edən qotlar asanlıqla İtaliyaya daxil oldular.410-cu ildə Roma alındı. Beləliklə, yüzilliklərlə Avropa, Asiya və Afrika xalqlarını lərzəyə salan nəhəng vəqədim şəhər barbarlar tərəfindən tutuldu. Qərbi Roma imperiyasına qotlarla yanaşı digər german tayfaları da hü-cum edirdi. Onlar tədricən Qalliya, İtaliya və İspaniyanı tutaraq Şimali Afrikaya yönəldilər. 455-ci ildəvandallar Afrikadan İtaliyaya doğru yönələrək, asanlıqla Romaya sahib oldular. 476-cı ildə isə germanmuzdlularının rəhbəri Odoakr Romanın son imperatoru Romul Avqustulu vəzifəsindən kənarlaşdırdı. O,imperator titulundan imtina edərək İtaliyada hakimiyyəti öz əlinə aldı və Roma imperiyasını məhv olmuş elanetdi. Beləliklə, 476-cı il, Qərbi Roma imperiyasının süqutu ilə Qədim Dünya tarixinin də sonu hesab edilir.Qərbi Roma imperiyası tənəzzül edərək artıq V əsrin sonunda german tayfalarının işğalı nəticəsində tamamiləsüqut edir.V-VIII əsrlər ərzində keçmiş Qərbi Roma imperiyasının ərazisində german tayfalarının dövlətləri yarandı.Şimali Afrikada vandallar, İtaliyada ostqotlar (bir qədər sonra isə lanqobardlar), İspaniyada vestqotlar, Qallidə(müasir Almaniya və Fransanan əraziləri) franklar, Britaniyada anqlo-sakslar.Barbarların xristianlaşması da məhz bu dövrə təsadüf edir ki, bunun təsiri incəsənətdə də hiss edilir. Əgərəvvəllər barbar tayfalarının incəsənəti köçəri həyat sürdüklərindən yalnız dekorativ - tətbiqi sənətdən (məs. silahvə zərgərlik məmulatlarının düzəldilməsi və s.) ibarət idisə, tədricən incəsənətdə memarlığın inkişafı, içərisindəxristian simaları və müqəddəslərin təsvirləri olan məbədlərin inşa edilməsi müşahidə edilir. Barbar tayfaları bir-biri ilə daim düşmənçilik etdiklərindən təhlükəsizliyi təmin edən qəsrlər tikilməsi memarlığın əsas məqsədinəçevrilir. Çayların qovşağında, dik sahillərdə tikilən bu qəsrlərin yaşayış üçün rahat və əlverişli olması heç kəsimaraqlandırmırdı, onlar sırf müdafiə xarakteri daşıyırdı.O dövrün kübar ailələri üçün tikilən yaşayış yerlərini və memarlığını yalnız təsəvvür etmək mümkündür.Taxtadan inşa edilən bu tikililəri qoruyub saxlamaq asan deyildi. Kilsə memarlığını isə o dövrün müasirlərininyazıları və az sayda qorunub saxlanmış abidələr əsasında öyrənmək olur. Bunların bəziləri sökülərək sonralaryenidən tikilirdi. Kilsələr roma bazilikası nümunəsi üzrə inşa edilirdi. Çox vaxt sütunları tikmək üçünməbədlərin xarabalıqlarından götürülmüş tikinti materiallarından istifadə edilirdi.Roma sivilizasiyasından demək olar ki, xəbərsiz olan İngiltərə, İspaniya və Skandinaviyada VII-VIIIəsrlərdə hələ də barbar ənənələri və inamlarından istifadə edilirdi. Məsələn, Şimali Avropa ornamentləri spiral,hörük, sonsuz şəbəkə əmələ gətirən düyünlərdən ibarətdir. Naxışların arasında quş, heyvan, insan və şeytantəsvirlərinə rast gəlmək olur. İlanlar sarınmış şir bu qəbildəndir. Maraqlı burasıdır ki, şirin pəncələri və ilanınquyruğu tədricən ornamentə qarışır. Naxışlar çox qabarıq olub, sanki gərgin və sirli həyatı əks etdirir. Butəsvirlərdən dünyanı insana bənzədən barbarların təbiəti necə qavramaları aydın görünür. Onlar torpağı bədənə,suyu qana, havanı nəfəsə, odu insan bədəninin hərarətinə bənzədirdilər. Təbiət canlı kimi təsvir edilir, insan isəətraf aləmin üzvi hissəsinə çevrilirdi. Barbarların təsəvvürünə görə bu naxışlar sehrli qüvvəyə malik olub, həkkolduğu kitabın oxucusunu və ya sahibini şər qüvvələrdən qoruyurdu. Belə ornamentlərə tez-tez qılınclarındəstəyində, İrland monastırlarından olan əlyazmalarda rast gəlmək olur. Avropanın şimalında daş üzərindəoyma sənəti inkişaf etmişdi. Adətən yolayrıclarında qoyulan iri daş xaçlar müxtəlif təsvir və yazılarlabəzədilirdi. Xaçların bəzədilməsində əvvəlcə üzüm tənəklərindən ibarət ornamentlərdən istifadə edilirdi ki, buda İngiltərəyə gəlmiş romalı əhali tərəfindən yayılan xristian incəsənətinin əks-sədası idi. Sonralar oymasənətində heyvan və quşların müəmmalı naxışlara keçən fiqurlarının təsviri üstünlük təşkil edir.Hələ VI əsrdə Britaniyaya Roma papaları tərəfindən xristianlığı yaymaq üçün missionerlər göndərilirdi.Adada çoxlu monastırlar tikilmişdi. Əhalinin xristianlığı qəbul etməsi prosesi 100 ilə yaxın çəkdi. Romaqoşunları adanı tərk etdikdən sonra qitədən Britaniyaya hücumlar edən anql və sakslara müqavimət göstərənbrittlərə əfsanəvi «dəyirmi stol cəngavəri» Artur başçılıq edirdi. «Dəyirmi stol» anlayışı, yəni danışıqlar vaxtıhər bir iştirakçının eyni hüquqa malik olması məsələsi məhz o vaxtdan yaranıb. Arturun göstərdiyi şücaətlər,həmçinin qeyri - real qüvvələrə qarşı mübarizəsi bir çox orta əsr poema və romanlarının süjetinə çevrilib. 200 ilə166yaxın müqavimət göstərən brittlər məğlub olaraq ya öldürüldülər, ya da adanın şimal rayonlarına doğrusıxışdırıldılar, onların bir hissəsi qula çevrildi, bəzi tayfalar Qalliyanın şimalına köçərək Bretan yarımadasındaməskən saldı. Tədricən anqllar və sakslar eyni xalq halında qovuşmuş və Britaniyada bir-biri ilə daimdüşmənçilik edən anqlosaksların 7 kiçik krallığı yaranmışdı.799-cu ildən başlayaraq Britaniyaya və Avropanın digər ölkələrinə 3 əsrdən çox müddət ərzindənormanlar adlanan şimali germanların – norveçlilərin, isveçlilərin və daniyalıların hücumları olurdu. OnlarSkandinaviya və Yutlandiya yarımadalarında yaşayırdılar. Normanlar bir neçə dəfə Parisi mühasirəyə almış,Fransanın digər şəhərlərinə də hücumlar etmişlər. Rusiyada Skandinaviyanın cənubundan olan normanlara