•12•

43 13 0
                                    

Sahildə oturub həmin günü düşünəndə əlləri əsirdi. Özü neçə-neçə igidi həmin gecə Şuşanın sıldırım qayalarına yola salmışdı. Həmin gecə ona sanki Məhşəri xatırladırdı. Azərbaycanın igidləri həmin gecə 30 illik əsarətə son verib, imkansızı mümkünə çevirdi,öz canları bahasına da olsa o gecə vətəni dar ayaqdan qutardılar. Bəlkə heç kəs onların adını xatırlamayacaq,bəlkə heç kəs onların adlarını bir-bir kitablara yazmayacaq,bəlkə də gələcək nəsillər onların adını hansısa sorğuda eşidən də "Şair olub?" deyəcək. Amma onlar bütün bunları kənara qoyub,canlarını heçə saydılar. O gecə neçə-neçə qəhrəmanlıq dastanları yazıldı. Həmin gecə polkovnik əmin olduki Koroğlular,Babəklər,Cavanşirlər sadəcə şişdirilmiş tarix deyilmiş. Onların hər birində Mübariz var imiş. Öz-özünə güldü Kənan. Əlbəttəki onların hər biri bir Mübariz idi. Əgər elə olmasaydı indi bu torpağın min yağıya bədəl bir igidi olmazdı. Müəyyən qədər rahatlıq tapmaq üçün beynində bütün bu düşüncələri bir kənara qoydu. Amma zehnində yenədə həmin gecə canlandı. Döyüş bitdikdən sonra bütün sağ qalmış döyüşçülərin,yaralıların arasında onunla döyüşdən qabaq danışan xüsusi təyinatlını axtarsada tapa bilmədi. Özü-özünə "Yox-yox bu dəfə olmasın. Bu dəfə həyat başqa bir ailəni sahibsiz qoymasın." deyirdi. Hər yerdə onu axtardı. Axırda acı gerçəyi öyrəndi Elgin Abbaslı Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdu. Nə deyəcəyini,nə edəcəyini heç bilmirdi Kənan. Axı bu qədər ölümə,amansızlığa,həyatın hər üzünə şahid olan biri bütün bunları unuda bilərdi? Ürəkdən əylənə bilərdi? Bütün bunlara şahid olmağı özümü istəmişdi? Yox. Yaşıdları kimi ailə sahibi olmağı,işdən sonra ailəsi ilə vaxt keçirməyi,həftə sonları uşaqları ilə gəzməyə getməyi,onlara örnək olmağı o qədər çox istəyirdiki....
Əlindən gələn yeganə şey isə təkcə bir sahildə oturub ürəyindəki hislər və ağlındakı düşüncələrlə mübarizə aparmaq idi.Ancaq Allah şahid idiki, bu belə ona dünyanın ən yorucu işi kimi gəlirdi. Bütün bunları düşünə-düşünə ayağa qalxdı və başını qaldırıb ətrafa baxdı. Aşinası olduğu yolda irəliləməyə başladı. Doğma küçəsinə doğru addımladı hər dəfə olduğu kimi bu dəfə də ürəyinin çırpınmasına mane ola bilmədi. Bu hiss ona yaşadığını hiss elətdirirdi. Ona görə də bu hissi itirməkdən çox qorxurdu. Leylasını görmək ehtimalı belə polkovnik üçün dünyalara bədəl idi. Öz bloklarının qarşısında dayanıb Leylagilin pəncərəsinə baxdı. İşıqlar çoxdan sönmüşdü. Bu saatda kim oyaq olarki onsuz dedi özünə. Yavaş-yavaş pilləkanları qalxdıqca o günki dialoqlarını xatırladı. İndi deyin, bu qədər hadisələr qarşısında dimdik dayana bilən birinin,bir qız üçün dizlərinin əsməsi normaldımı? Əlbəttə.
Qapılarının qarşısında dayandı,boynundaki açarla qapını açıb,içəri keçdi. Qapını örtüb ayaqqabılarını çıxartmışdıki qapı döyüldü. Bir neçə saniyə qaşlarını çatdı. Sonra heç düşünmədən açdı qapını. Bir cüt qara göz gülər üzü ilə baxırdı Kənanına. Polkovnik isə sadəcə şokda idi və həyacandan rəngdən rəngə girirdi. "Ayy ,Kənan, Şuşanın xəbərin alandan bəri düz üç dəfə gəlmişəm bura amma yox idin. O gün bizdən gedəndən sonra və bugünki xəbərdən sonra bildimki o gün bizdən getməyinin səbəbi bu imiş. Elə qorxdumki sənə nəsə olar deyə. Yaxşısan?" Dedi Leyla bir nəfəsə. Kənan isə hələ də şokda idi. Sadəcə "Xoşgəlmisən." deyə bildi. "Çox danışdım hə? Yordum səni. Bağışla. Ən yaxşısı gedim." dedi Kənanın bu cavabına. Kənan isə özünü toplayandan sonra "Yox-yox. Əksinə yaxşıki gəlmisən. Sadəcə bu saatda səni gələcəyini düşünməmişdim." deyə bildi. Leyla gülərək "Bir bilsən evdən necə çıxmışam mənədə xüsusi kəşfiyyatçı deyərsən."deyəndən sonra ikisidə güldü. "İçəri buyur. Ən əziz qonağım çay süfrəsinə dəvət eliyim." dedi Kənan. Leyla isə üzündəki təbəssümü ilə polkovnikin dəvətini qəbul etdi.

Sevgi həyatda hər kəsin istədiyi şəkildə şərh edə biləcəyi bir məfhumdu. Kimisinə görə boşa vaxt itkisidisə kimisinə görə də həyata tutunmaq üçün bir budaqdı. Öz nəfsinə hakim ola bilməyənlər üçün isə əməllərini ört bastır edəcək ən mükəmməl çıxış yoludur sevgi.
Anlıq bir həvəs isə heç vaxt sevgi ola bilməzdi. Kənan üçün isə sevgi tamamilə Leyladan ibarət idi. Bir cüt qara göz Kənanın sevgi adlı duyğuya verəcəyi ən mükəmməl açıqlama idi.

Ölsəm BağışlaHikayelerin yaşadığı yer. Şimdi keşfedin