•13•

45 12 2
                                    

Leyla içəri keçib ayaqqabılarını çıxardanda,Kənan artıq çayın suyunu qoymuşdu. Birdən ağlına gələn düşüncə ilə dəhşətlə Leylanın üzünə baxıb "Leyla,axı mən burda qalmıram,evdə də heç bir şey yoxdu."dedi. Leyla Kənanın üzündəki ifadəni görən kimi gülməyə başladı. Sonra isə sakitcə Kənanın yanından keçərək üst şkafı açdı,quru çay qabını götürüb sakitcə çay dəmləməyə başladı." Dünən ana evə bazarlıq edəndə bura üçündə bir iki şey aldı. Həmişə elə edir. Deyirki, bilirəm Kənan əvvəl-axır bura gələcək,burda yaşıyacaq, gözümün qabağında." deyəndə Kənan da sakitcə "Bu evdə ancaq sevdiyim qızla evlənsəm qalacam." dedi. Leyla isə sadəcə gülməklə kifayətləndi. Kənan isə özündən asılı olmadan gözlərini Leyladan çəkə bilmirdi onsuzda bu hadisənin reallığından şübhə edirdi. Ağlına gələn sualla bir neçə saniyə duruxdu sonra isə "Leyla, Rüstəm necədi?" deyə bildi? Leyla hüzünlə Kənana baxdı,çiyinlərini çəkib "Əvvəlki kimi deyil ən azından indi arada deyib-gülür. Mədinədən sonra tamamilə çökmüşdü amma indi nisbətən yaxşıdı." Mədinə Rüstəmin uşaqlıq sevgisi idi. Beş il bundan qabaq hələ 22 yaşları olanda nişanlanlanacaqdılar. Amma Mədinə nişanı üçün paltar almağa gedəndə hərhansısa bir avtoxuliqanın qurbanı olmuşdu. O gün Rüstəmin həyatı tamamilə dəyişmişdi. Öz sevdiyinə qəbir qazıb,onu basdırmış sonra isə üstünə torpaq atmışdı. Bəzən Kənan özünü Rüstəmin yerinə qoyurdu və nəfəsinin kəsildiyini hiss edirdi. Bu belə Kənanın daşıyabiləcəyi bir dərd deyildi. Rüstəmi anlamağa çalışırdı.
Beş il bundan qabaq həmin gün Kənan Rüstəmi intihardan döndərmişdi. Hər şey Ayna xanımın gözünün qabağında olmuşdu. Mədinəni dəfn etdikdən sonra Rüstəm otaqdan çıxmamışdı. Elə bu səssizlikdən şübhələnən Kənan onun otağına tərəf gedəndə Ayna xalasının qışqırıq səsini eşitmişdi. Rüstəm tavandan özünü asmışdı. Ayna xanım cəld şəkildə oğlunun ayağından yapışdı,Kənan isə var gücü ilə ipi qopardıb dostunu qucağına aldı. İlgəyi boğazından çıxartdıqdan sonra Rüstəmə süni nəfəs verdi. Təcili yardım çağırdı. Həmin gün Rüstəmi xilas edə bildi. Amma ağlında həmişə bir düşüncə qalmışdı "Birdən xilas edə bilməsəydim?" Onda Ayna xalasının üzünə necə baxacaqdı? O gündən sonra Kənan Rüstəmin yanından ayrılmadı. Hər anını onunla keçirdi. Bir ildən sonra Rüstəm hər kəslə sağollaşıb Rusiyaya getdi. Dediyinə görə o artıq burda qala bilməzmiş. Kənan isə həmişəki kimi dostuna dəstək olmuşdu. Bacardığı qədər hər iki gündən bir əlaqə saxlamağa çalışırdı amma sentyabrdan bəri danışa bilməmişdi. Ona görədə Leyladan soruşurdu.
Leyla hər ikisinə çay süzdükdən sonra stulu çəkib oturdu,üzünü Kənana tutub "Ayaq üstündə qalacaqsan? Məncə otur,özünü evindəki kimi hiss elə." dedi çayını içə-içə. Kənan isə başını bulaya-bulaya gülüb əyləşdi.Yavaşca çayını içirdi aradada da Leylasına baxırdı. Göz-gözə gələndə isə tez gözlərini qaçırırdı. Səssizliyi Leylanın "Necəsən,Kənan? Bütün bu olanlardan sonra toparlana bildin?" sualı pozdu. Kənan Leylanın üzünə baxaraq "Hə yaxşıyam. Tikişlərim sağalır,sınıqlarımda onsuz elə ciddi yerdə deyildi." dedi. Leyla gözləri dolmuş halda "Bir dəqiqə sənin sınıqlarında var idi? Bəs niyə deməmisən?" dedi. Kənan da onu sakitləşdirmək üçün "Leyla,yaxşı xahiş edirəm özünü ələ al. Bunlar çoxdan baş verib. Sadəcə deyib səni narahat etmək istəmədim. Amma həqiqətən yaxşıyam." dedi. Leyla gözündən axan yaşı siliərək "Bax mənə yalan demə. Onda səninlə danışmaram. Əmin olki danışmaram." deyəndə. Kənan əlini aparıb Leylanın digər gözündəki yaşı sildi."Mən əslində mənəvi cəhətdən necə olduğunu bilmək istəyirdim. Yaxşı olmadığını bilirəm. Mənə yaxşıyam demə çünki,yalan olduğunu bilirəm."dedi Leyla Kənanın əlini tutaraq.Kənan isə sadəcə iri əlinin üstündəki tük qədər xəfif amma bir o qədər də incə ələ baxaraq "Yox. Yaxşı deyiləm və nə edəcəyimi bilmirəm." deyə bildi. Leyla ağlayaraq qollarını Kənanın boynuna doladı. Kənan da buna bənd imiş kimi ağlamağa başladı. Leyla onun saçlarını sığalladıqca Kənan daha da şiddətlə ağlayırdı.

Sevgi həmişə güldürür? Əlbəttəki yox. Sevgi ağladır? Ağladırsa sevgi deyil. Bəs sevgi nə idi? Bir yerdə gülmək,bir yerdə ağlamaq.Güvənmək.İtirməkdən qorxmaq idi. İndi hər ikisi eyni hisləri yaşayırdı. Bunu ikisidə bilirdi amma etiraf etmirdilər. Bəzən sevgi sözlərdə yox gözlərdə,bir tək baxışda can tapır. Onda bu qədər bəzəkli cümlələrə nə ehtiyac var idi?

Ölsəm BağışlaHikayelerin yaşadığı yer. Şimdi keşfedin