Bölüm 32:Niyə?

12 4 1
                                    

çağan şengül- papatya (music)

 umudum kaldı gözlerinde ,                                                                                                                                              kurtar beni burdayım, gitmedim de                                                                                                                            içimde binalar yıkılmış,                                                                                                                                                   bir enkaz altında, inanmışlığım sana .                                                                                                                                    

durmadan,durmadan kanar yaram,                                                                                                                          tüm çiçeklerden güzeldir, papatyalar                                                                                                                        durmadan,durmadan kanar yaram,                                                                                                                           tüm çiçeklerden güzeldir, papatyalar                                                                                                                       bir az zaman, bir az dayan.....

                                                                                    papatya

Ruhum yenə dağılan binaların altında qalırdı . Mən isə nə buna qarşı çıxa bilirdim , nə də söz deyə bilirdim . Deyəcəyim sözlərdə , üstümdəki yüklərdə bir birindən ağır idi . Nə qədər güclü olsam da bu qarşısında aciz qaldığım tək şey idi . Gerçəklər idi . Sanki istədiyim ən doğru idi . Sahib olduğum tək gerçəklik . Bu biz idik . Öz hekayəsindən uzaq düşüb , başqalarının hekayəsində itib gedənlər . Hər nə qədər yaxşı tərəfini düşünsək də , yaxşının içindəki o qorxu hissi , o yalnışlıq hissi şübhə kimi qalırdı . İçimdəki ümid hələ də qalmaqda idi . Amma onun hələ də işıq saçdığından əmin deyiləm . Yenidən qarşımdakı o qaranlığı aydınlada bilərmi , əmin deyiləm . Bu hekayənin sonunda nə olacağını , ya da nə olmasını istədiyimi belə bilmirəm . Tək istəyim ruhumda olan o hərəkətli , həvəsli  " məni " geri qaytara bilmək idi . Harda olursa olsun , kimlə olursa olsun . Tək istəyim öz hekayəmdə , "özüm " kimi qalmaq idi ....


Vaxtın və ya məkanın bir önəmi qalmamışdı . Və ya istəklərimin , fikirlərimin . Anam qarşımda idi. Amma üzündəki hisslər belə əvvəlki kimi deyildi . Nə də əvvəlki kimi idi . Forbinin na baxarkən gözündə olan hirs , deyəsən hiss etdiyim kimi idi . Onu sanki incidərək gətirmişdilər bura . Masa da oturarkən yorğunluqdan başını qaldıra bilmirdi . Mən onu görmüşdüm . Amma o burda olduğumu belə bilmirdi . Forbi sonun sağ tərəfində ayaqda dayanmışdı . Başı ilə təsdiq işarəsi mənasında hərək etdikdə , otaqdakı o qırmızı geyimli sanki əsgər rolunda idi . Sıranın başındakı qızı qolundan tutaraq qarşıya çəkdi . Forbi üzünü anama tutaraq bir şey deyirdi . Sonra əli ilə həmin qızı göstərirdi . Anam qıza baxıb bir şeylər deyir və başı ilə " yox" cavabını verirdi . Deyəsən indi başa düşürdüm . Məni tapmaq üçün mənə oxşar insanları bura toplamışdı . Anama sıra ilə onları göstərib düzü deməyini istəyəcəkdi . Hər yox cavabında həmin qızı otaqdan çıxarırdılar . Tək anlaya bilmədiyim . Bunu niyə etdikləri idi . Məni tapa bilmələrini niyə bu qədər istəyirdilər . Ya da taparlarsa , nə edərdilər . Anam hər hərəkət etdiyində gözləri axırdı sanki . Sıra getdikcə qısalırdı . Nəfəsim sanki bitmişdi artıq . Bəzən biri çox sürrətlə bitib sıradan getsə də , bəzən Forbi dayanaraq sanki anama bir şeylər deyirdi . Forbinin onunla nə işi olduğunu belə başa düşə bilmirdim . Sıra gəlib mənə çatmışdı , qolumu bərk bərk tutaraq məni önə itələdi . Gözümü həmin qırmızı geyimlidən çəkdikdə anam ilə göz gözə gəlmişdik . Sanki həyat mənim üçün yenidən başlayırmış kimi idi . Sevdiyim musiqini təkrar təkrar dinləyərək , Siriusun böyük sahil vadisində küləyə qarşı qaçırdım sanki . Eynən əvvəlki günlərimiz kimi . Arxadan anamın  "Arche , diqqətli ol " sözlərini yox sayaraq . Gözlərinin dolduğunun fərqində idim , eyniylə mənimdə . O donuq halı , Forbinin ona yüksək səslə dediyi sözlərlə pozulmuşdu . Barmağı ilə məni göstərərək , anama bir şeylər deyirdi . Anam yenə mənə baxıb , başı ilə çoxda inanılmayacaq " yox" cavabını vermişdi . Otaqdan çıxana qədər nə anam məndən , nə də mən ondan gözümü çəkə bilmirdim . Otaqdan çıxdıqda Ayris və Alecin orada dayandıqlarını görüb , gözümü silərək onlara doğru getməyə başladım . Alec mən daha yanlarına çatmadan :

SİRİUS (tamamlandı)*Hikayelerin yaşadığı yer. Şimdi keşfedin