Tap here to start writing
Polina.
Yaz fəsli.. Kəndimizə gedirik. Anamın gülüş səsləri.. Atam isə maşını sürür, arxa da isə bacımla mən. Bacım(kiçik yaşlarda )
Səbəbsizcəsinə həyacanlıyam..Anam 10-15 dəqiqədən bir bacım üçün arxaya çönüb ona nəzarət edirdi. Bəzən maşını dayandırıb fasilələr edirdik. Hər fasilə ərzində mən isə yerdən tapdığım daşları götürüb saxlayırdım. Rəngli və müxtəlif formada olan daşlar mənim yol boyu tək oynadığım şey idi. Axı bütün oyuncaqlarım artıq bacımın idi və mən anamgilin dediyinə görə artıq böyümüş idim. O oyuncaqlara ehtiyacım qalmamışdı..
Kənddə çatmağa az qalmış son fasiləni də yaxınlıqdakı bulaqda etdik. Özümüzlə götürdüyümüz su qablarını doldurduq. Atam hər birinizə bu sudan içməyimizi ,bu suyun nə qədər faydalı olduğunu danışır. Anamın fikri isə hələdə bacımda idi.
Kəndə daxil olduq. Nənəm və babam bizi qarşılamaq üçün qapının qarşında gözləyirdilər. Onları gördükdə sevincimdən qışqırdım. Atam maşını içəri daxil edir, mən isə pəncərəni açıb baba ,nənə deyə hələ də qışqırıram. Maşından düşdük və mən tez nənəm və babamla görüşmək üçün onlar tərəfə qaçdım. Hətta balaca məstanı belə gördüm yanımıza gəlməyə çəkinsədə onu sığallamağım üçün babam onu bizim yanımıza gətirdi.
Bir az dincəldikdən sonra atam və anamdan bacımı gəzdirmək üçün icazə istədim. Valideynlərim çox uzaqlaşmamaq və evə tez qayıtmaq şərtilə icazə verdilər.Mən bütün dediklərinə əməl edəcəyimi söylədim. Amma O icazə məni ömürlük vicdan əzabına həbs etmiş oldu.
Mən bacımla bağa getdim. Bağımız ucsuz bucaqsız bir meşəyə açılırdı. Yanımda isə yolda yığdığım daşlarım da var idi. Hər tərəf çox gözəl idi, çiçəklərin qoxusu, rəngləri...
Ağaclara, çiçəklərə, ətrafda uçan quşalara, kəpənəklərə baxa- baxa gəzintimizi davam etdiririk.Bacıma tanıdığım ağacları göstərdim ,o isə gülürdü. Deyəsən böyüdüyümü hiss etməyə başlamışdım. Ona görə bacıma diqqətlə nəzarət edir ,tez - tez yıxılmağına baxmayaraq üst-başını təmizləyib yola davam edirdik.
Çox uzaqlaşdığımızı anladığım an geri qayıtmağa çalışdım . Halbuki artıq o ucsuz-bucaqsız olan o meşədə idik. Bilirdim ki valideynlərim bizi görmədikləri üçün indi nə qədər həyəcan keçirirlər. Ağlamamq üçün özümü sakitləşdirməyə çalışıram. Mən hələ də böyüməmişmi idim? Mən deyilən şərtlərə niyə riayət etmədim? Suallar həmin an beynimdən çıxmır ,hər addımımda beynimə batırdı.
Hava qaralır, hara, necə gedəcəyimi bilmirəm. bacım isə artıq yorulmuşdu. Anamı istədiyini ,onun yanına aparmağımı istəyirdi məndən. Neynəməliyəm axı? Necə geri qayıdacağım üçün düşünürdüm. Bacım yatıb və mən onu qucağımda aparmaq məcburiyyətində qalmışdım. Artıq çox gec idi, qaranlıqdan çox qorxurdum. Yorulmuşdum ,bacımı qucağımda aparmaq getdikcə çətinləşir. Amma onu oyatmaq düzgün olmayacaqdı. Çünki dayanmadan ağlayacağını bilirdim.
Yuxum gəlirdi..Uzun və enli gövdəli bir ağacın altında yatmağa başladım. Bacım isə qucağımda idi. Səhər durdum və bacım yanımda deyil...Qaçırdım, ətrafa baxıb ,qışqırmaqdan başqa heç birşey əlimdən gəlmir. Ağlayıram,dayanmadan... Saatlarla irəlilədikdən sonra , uzaqdan yol göründü, yol bomboş, heç kəs yox idi. Maşın belə keçmirdi. Yenə günlərlə o yolu getdim. Artıq gücüm qalmamışdı. Bacımı axtarıb tapmadan evə qayıtmaq istəmirdim . Mən əmanətə sahib çıxa bilməmişdim...
Nəhayət ,həmin yolda maşın gəldiyini gördüm ,maşına tərəf qaçıram, maşın məni görüb dayandı və başıma gələn əhvalatı ona danışmağa halım belə yox idi . Sürücü 50-55 yaşlarında biri.. mənə maşına oturmağımı söylədi. Mən tək çarə o olduğu üçün dediyini də etdim. Ona kəndimizin başında bulaq olduğunu,nənəmin və babamın adını söylədim. Həmin adam məni evimizə apardı.
Evdə isə anam ,nənəm və babam var idi. Atam bizi axtarmaq üçün çoxdan yola düşmüşdü. Anama tərəf getdim ,məni bərk qucaqlayıb ağladı,sonra isə..
Sonra isə bacımın yanımda olmadığını görüb ,məndən onun harda olduğunu soruşmağa və mənə qışqırmağa başladı . Verdiyi suala heç bir cavabım yox idi.
Atam geri qayıtmışdı və bilirsiz necə ?... Qucağında bacımın cansız bədəni ilə..
Gələn ağlama səsləri...mən isə bu mənzərə qarşısında aciz və donmuş idim. Biz bacımı kəndə də dəfn etdik. Yas mərasimi bitdi, biz geri qayıdırıq. Geri qayıtmaq istəmirdik Amma qayıtmağa məcbur idik. Anam bəzi səbəblərə görə gedib sonra tez bir vaxtda geri daimi olaraq geri qayıdacağımız babamgilə danışdı. Artıq sağollaşıb maşına oturanda isə ,cibindəki daşları yerə düşməyə başladı. Anam cibimdə qalan son daşları yerə çırparaq ," Niyə ? Niyə belə etdin ?" deyə ağlayaraq sual verdi. Atam anamı sakitləşdirir ,mən isə ağlayırdım. Ağlama səsimin gəlməməsi üçün əlimlə ağzımı bərk tuturdum. Yol boyu heçnə danışmadıq Fasilələr belə etmədən geri döndük. Anam və atam məni danışdırmırdılar...Mən hər kəsin gözündə, aciz, hələ də böyüməmiş, heç bir valideyni tərəfindən sevilməyən biri olaraq böyüdüm. Bəlkə ölməliyəm , yaşamağım nəyə və kimə lazım idi axı?.... Lakin ölə bilmirdim. Hər gün, hər an o gün yaşadığım çarəsizliyim yadıma düşərdi... Sonralar isə anam və atamın bir - birlərinə qarşı soyuq münasibətləri artmağa başladı. Nəticədə isə ayrılmağı qərara aldılar. Bilirsiz həyatımda digər böyük faciə isə nə oldu?
Nə anam, nə də atam məni qəbul etmək istədilər...Artıq mən ailəsiz , vicdanı yox olmuş ,o gündən bəri cismən yaşayan biri oldum..
Mən ölmüşəm..
Ruhum isə bacımladı,
özüdə əbədi olaraq..