Qvardiya Serjantı.

32 9 2
                                    

Yaxşı mütailələr:)

Atam Kim Jongin gəncliyində qraf Minixin yanında xidmət etmiş və 17...ildə premyer mayor rütbəsiylə istefaya çıxmışdı.O zamandan etibarən o,Simbirskdəki kəndində yaşamış və ordakı yoxsul mülkədarın qızı Nataşa Yeqerovna ilə evlənmişdi.Atam Koreyalı idi.Anam isə Rusiyalı.Yəni Koreyalı olduğuma baxmayaraq Rusiyada yaşayırdım.

* * *

Ailəmizdə doqquz uşaq varmış.Lakin qardaş və bacılarım hələ kiçik ikən ölübmüşlər.Hələ anamın qarnında olanda yaxın qohumlarımızdan qvardiya mayoru knyaz-B mərhəməti sayəsində mən Semyonov alayına serjant qeyd edilmişdim.Hərgah bütün arzuların əksinə,anam qız doğsaydı,atam serjantın öldüyü barədə məlumat verəcəkdi.Məsələ də bununla bitəcəkdi.Təhsilimi bitirənə qədər məzuniyyətdə hesab olunurdum.O zamanlar biz indiki qayda ilə tərbiyı edilmirdik.Beş yaşından mən,xidmətçilərimizdən Saveliçin ixtiyarına verilmişdim.O,içki içmədiyinə görə mənə lələ təyin edilmişdi.Onun nəzarəti altında on iki yaşına yetər-yetməz rusca oxuyub yazmaq öyrənmiş və erkək tazının xüsusiyyətləri ilə tanış olmuşdum.Bu vaxt atam Moskvadan müsyö Bopre adlı bir fransızı,birillik şərab və provans yağı ehtiyatı ilə bərabər mənim üçün müəllim gətirdi.Boprenin gəlişi Saveliçin əsla ürəyincə olmadı."Allaha şükür,uşağın üst-başı təmiz,saçları daranmış,qarnı toxdur"

O, öz-özünə deyinirdi.

"Nahaq yerə bu müsyöyə xərç çəkmək nəyə lazımdır!Guya burada adam qıtlığı idi!"

Bopre öz vətənində dəllək imiş,sonra isə müəllim olmaq üçün Rusiyaya gəlmişdisə də,bu sözün mənasını o qədərdə yaxşı başa düşmürdü.O,yaxşı oğlan idi,amma son dərəcə yelbeyin və pozğundu.Qadınlara ehtirası onun əsas zəif cəhəti idi,qadınlara göstərdiyi bu nəvaziş müqabilində tez-tez kötək yeyir və günlərlə ufuldayırdı.Bundan başqa o,(onun öz təbiriylə desək)şərab şüşəsinə də deyildi:yəni(rusca desək)piyaniska idi,həddindən artıq içirdi.Lakin bizim evdə şərab,ancaq yemək zamanı,özü də hərəyə bir kiçik qədəh verilirdi.Adətən,müəllim hər dəfə yaddan çıxıb içkisiz qaldığından mənim Boprem tezliklə rus arağına öyrəşdi və hətta mədə üçün arağın daha faydalı oıduğunu iddia edərək onu öz vətəninin şərabından üstün tutdu.
Biz çox tez zaman ərzində bir-birimizlə düzəlişdik.Hərçənd müqaviləyə görə,o,mənə fransızcanı,almancanı və bütün elmləri öyrətməli idi,lakin o özü məndən birtəhər yalan-yanlış rusca danışmağı öyrənməkdən daha əlverişli hesab etti.Bundan sonra isə hər birimiz öz işimizlə məşğul olduq.

* * *

Paltaryuyan çopur və kök qız Palaşka ilə inəksağan çəpgöz Akulka,bir dəfə necə oldusa,ikisi də eyni vaxtda anamın ayaqlarına döşənib günaha batdıqlarını boyunlarına aldılar.
Təcrübəsizliklərindən istifadə edib onları yoldan çıxaran müsyödən ağlaya-ağlaya şikayətə başladılar.Anam belə zarafatları sevməzdi.Odur ki,atama şikayət etti.Atamın tutduğu divan ani oldu.O,dərhal dələduz fransızı yanına çağırmayı tələb etti.Atama müsyönün mənə otağımda dərs verdiyini söylədilər.Atam mənim otağıma gəldi.Bu vaxt Bopre məsum körpə kimi çarpayıda yatmışdı.Mən isə öz işimlə məşğuldum.Onu da deyim ki,Moskvadan mənim üçün çoğrafiya xəritəsi gətirilmişdi.Xəritə istifadəsiz divara asılıb qalmışdı.Çoxdandı ki, enli və əla kağızı ilə məni şirnikdirirdi.Mən bu xəritədən badban qayırmaq fikrində idim.İndi Boprenin yatmasından istifadə edərək işə başlamışdım.Atam içəri girəndə mən badbanın quyruğunu düzəldirdim.Quyruğu da xəritədə Ümid Burnunun üstünə düşürdü.Atam mənim bu coğrafiya məşğuliyyətimi görüb qulağımı dartdı.Sonra Boprenin üstünə cumub oyatdı və ağzına gələn hər sözü ona dedi.Bopre çaşqın halda ayağa qalxamağa çalışdı,lakin bacara bilmədi.Bədbəxt fransız lülqənbər idi.Bəla gələndə "ay haray gəlirəm"deməz!Atam onun yaxasından tutub çarpayıdan qaldırdı.Qapıdan çölə itələdi.Elə həmin gün evdən qovdu.Saveliç sevindiyindən az qalsın ki uçacaqdı.Boprenin getməyi onun ürəyinə yağ kimi yayılmışdı.
Mənim tərbiyəmdə bununla bitti.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Aug 10, 2022 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Kapitan oğlu||TaekookHikayelerin yaşadığı yer. Şimdi keşfedin