Hiss etdiklərim....

0 0 0
                                    

Biraz yazmaq çətin olsa da, bəlkə də qadınların çoxunun çəkdiyi problemlərdən biridir. Qadınlar ehhh...))) bax indi yaza bilərəm. Çünki yenədə incidildim. Gözləyin göz yaşlarım icazə vermir. Davam edə bilmədim.))
Biz qadınlar hər nə qədər çətin olsa da, bütün çətinliklərə dözürük. Bəzən düzələr deyə, bəzənsə çarəsizlikdən. Ama bunun hansının olduğunu belə bilmirik. Siz heç qəlbi ağlayaraq özünü yaxşı göstərən kişi görmüsüz? Burda kişi qadın tərəfi tutmuram. Sadəcə görmüsüz?) Və yaxud sevdiyi kişini başqasında axtaran qadın? Görsəniz belə onlar çox azdır. Eh qadınlar bizim çəkdiyimizi kim hardan bilsin. Boşansa olacaq pozğun, qalsa o evdə olacaq bədbəxt. Bəs nə etsin? Kimə və necə getsin? Ailəsinə necə getsin? Ailəsinə necə izah etsin? Hər kəs özün haqlı görür) Bəs bədəndəki bu ağrıların günahkarı kimdir.? Soruşsaq "Yaxşı at özünə qamçı vurdurmaz")) Bu söz çoxuna tanışdı. Ahan mənimdə dərinlərdə bir yerimi incitdi. Aaa bu söz. İllər əvvəl eşitdiyim söz. Heç də yad deyil. Deyəsən bu doğrudur. Axı "yaxşı at sahibin dinləyər. Özünə qamçı vurdurmaz. Axı biz qadınlarda at kimi sahibinə pis olmuşuq deyə vurulmuşuq. Burda atın sahibinin heç bir günahı yoxdu axı. At bütün gün sahibinə qulluq etməli və istədiklərini etməlidir. Edəndə belə sahibi öz kefi ilə atını qamçılaya bilər. Bu ata kayf verər". O yaxşıdır ama bu dəfə əla deyil. Ehh necədə gözəl bir məsəldir))) Daha nə qədər bu məsəllər biz qadınların həyatında durmadan təkrarlanacaq? Daha nə qədər başa düşülməyəcək. Hər zaman biz qadınlar döyüləcək və kişilər əcəb etmişəm deyəcək. Bəzən yox çox vaxt yazıq deyirəm özümə. Ciddən... niyə və nədən dözdüyümü bilmirəmki)
Ağrılarım biraz sakitləşdi. Yata bilərəm bəlkədə. Ağlım və qəlbim sizi bilirəm) dua edin mənə🙂

Bir qadının həyatı.Where stories live. Discover now