Bir

166 39 44
                                    

 Bu günə qədər hər zaman həyatımın mənasız, maraqsız olduğundan şikayət edirdim. Sadəcə biraz həyəcan istəyirdim o qədər sadə. Sanki bütün bu şikayətlərim kainatı bezdirdi. Həyatım birdən elə dəyişmişdi ki, bu həyat mənimdirmi deyə düşünməyə başladım. Hər şey necə başladı deyə düşünəsi olsaq yəqin ki o günə qayıtmalı olasıyıq...2022 ci il 18 sentyabr...



 ''2022 ci il  18 sentyabr''   Telefonun ekranındakı tarixə baxdım. Bu gün  universitetin başlamasından 3 gün keçirdi. Mənim isə bir nəfər belə dostum yox idi. Üç gün az bir vaxt olsada bir çoxu özünə dost tapmışdı. Tələsmək fikirim yox idi, bılırdım ki tez qurulan dostluğun təməlləri möhkəm olmur amma yenədə danışa biləcəyim, birlikdə bir qəhvə içə biləcəyim birisinin olmasını istərdim...Mənim kimi tək qalanlar da vardı amma mən də onlar yaxınlaşmadan yaxınlaşmaq istəmirdim. Bunun səbəbi digərlərinə nisbətən daha çəkingən olmağım idi, ətrafımdakılar bunu utancaqlıq adlandırırdı amma bu sosial fobiyadı. Həyatdan geridə qalmağımın səbəbi olan sosial fobiya...


Adam çox olduğu görə bir neçə avtobus ötürdüyüm üçün dərsə gecikirdim. Düşündüyüm şey isə gecikdiyim üçün sinifə girərkən hərkəsin mənə baxacaq olması idi. Bu məni çox gərirdi. Dərsə girməməyi belə düşündüm amma ilk gündən davamsızlıq etmək istəmirdim. Auditoriyanın qapısında dayanıb dərin nəfəs aldım "Burda heçnə yoxdu...nəfəs al...nəfəs al "

Əlimi qapının qulpuna atdım, bacaracaqdım...əlimin üzərinə gələn əl ilə bir anlıq titrədim. Başımı qaldırıb əlin sahibinə baxdım. Arxadan düşən günəş üzünü görməyimə mane olurdu.

"İcazənizlə keçim" qapını açıb içəri keçdi. Mən hələdə qapıda qalmışdım daha çox belə qalmağın mənasız olduğunu anlayıb içəri keçdim. Ön sıradakı boş yerlərin birinə oturdum. Arxaya baxıb bayaqkı əlin sahibini axtarmağa çalışdım 

Zəng vurulunca bəziləri qrup halında toplaşmışdı, bəziləri isə mənim kimi təkdi amma tək olanlarda bir birinə yaxınlaşmağa başlamışdı. Anlaşılan budu ki bu dəfədə bu ortamda tək qalacaqdım. Ətrafa təklikdən narahat olmadığımı göstərməyə çalışırdım, buna görədə telefonla məşğulammış kimi göstərirdim. Əslində baxacağım bir şeydə yox idi. Boş-boş ana ekrana baxırdım. 

"Divar kağızın qeşəngmiş" səsin gəldiyi tərəfə başımı qaldırıb baxınca  arxadan düşən işığın üzünü görməmə mane olan səsin sahibi mən üzünü görə bilmədən arxasını dönüb qapıya doğru irəliləməyə başladı. Arxasından getmək isdədim, səslənmək isdədim. Digər normal insanlar belə edərdi yəqin amma mən edə bilmədim, susdum...

"Dıvar kağızım mı dedi o? Allahım biyabır oldum...Rezalettt." 


Dərs bitəli bir saat olurudu. Universitetin yaxınlığındakı kafedə oturub ev elanlarına baxırdım. Dərslər başlamasına baxmayaraq hələdə ev tapmamışdım. Dörd gündü oteldə qalırdım. Büccəm artıq bunu qarşılaya bilmirdi buna görədə tez bir zamanda ev tapmalı idim. 

Kafenin qapısında dayanıb səmaya baxdım,  gözümə düşən yağış damlasıyla gözümü yumdum. Yağış saniyələr içində şiddətlənməyə başladı. Bu ətrafdakı insanların sürətlənməyinə səbəb olmuşdu, mən isə ətrafdakıların hərəkətlətini izləyirdim. Anidən önümə gələn çətir qarşımı kəsməklə yanaşı onu mənə uzadan insanı da görməyimə mane olurdu.

 Çətiri mənə uzadanı görmək üçün qulpundan tutub kənarlaşdırmağa çalışdım amma o mənim tutmağımla əlini buraxıb uzaqlaşdı. Arxasından baxıb tanımağa çalışsamda onu saniyələr içərisində digər insaların içində itirdim.


Oteldə yatağın üzərində oturub düşünürdüm. Kim mənə hansı səbəblə öz çətrini vermişdi? Hansı insan edər axı bunu? Kim tanımadığı şəxsə özü islanacağını bilə bilə çətrini verərdi?

Telefonuma gələn bildirimlə ekrana baxdım

+99451 xxx xx xx ;

Salam. Asif di?

Ev elanı vermişdiz? 

Asif;                                                                                                                                                                   Bəli. Buyrun

+99451 xxx xx xx;

Elanınızı gördüm

Məndə otaq yoldaşı axtarırdım

Hələ də ev tapmamısızsa qalmaz istəyərdiz?  

Asif;

Hələ tapmamışam

 Qalmaq istəyirəm təbii ki

 ev və ünvanı haqqında məlumat verərdiz birdə

 Mümkündürsə sabah evə yerləşmək istəyirəm

+99451 xxx xx xx;

Çox gözəl. Dediyim ünvanda görüşək üz üzə danşarıq

həmdə evidə canlı görmüş olarsız

Xəritə***

Asif;

Oldu

                                                                                                                                                                    görüldü


Nəhayət ev tapmışdım. Evin olduğu ünvan şəhərdən kənar olsada orda qalmağa razıydım. Əslində məni evin şəraitidə maraqlandırmırdı amma normal ev axtaranlar kimi soruşmasaydım olmazdı.






Forever Together (gay)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin