9

9 5 1
                                    

Uzun müddətli susqunluqdan sonra öz gücü və var-dövləti ilə adından xüsusi bəhsolunan knyaz Charlie şahzadəyə baxaraq danışdı "Toplanmağımızın qısaca səbəbi yeni kraliça üçün namizədlər təyin etməkdir şahzadəmiz. Kralımız bizə bu səhər göndərdiyi məktubda bu haqda məlumat vermişdi."

Eşitdiyi söz sonra "xux" deyə səs çıxardan gənc qız başını krala çevirdiyində gülümsəyərək kral ətrafına baxdıqdan sonra üzünə baxmağa başlamışdı.

*********

"Səncə bu həqiqətən işə yarayacaq?" Deyə nəhayət ağlındakini dilinə tökən Samantha əlində qədehlerlə gələn xidmətçilərinə yerlərini əli ilə işarə verdikdən sonra təkrar Joanneyə baxmışdı. Uzun güldanda duran gözəl çiçəklərin ləçəklərini yolmaqla məşğul olan Joanne isə "İşə yarayacaq" deməklə kifayətlenmişdi.

Boş stullarla əhatələnmiş ziyafət masasının başında duran Joanne gülərək ətrafına baxarkən xatırlama ilə tez üzünü Samanthaya tutmuşdu "O biri başda sən oturacaqsan. Sənin kraliça Joannenin bir nömrəli yaxını olduğunu hərkəs bilir." Bunu sadəcə başı ilə təsdiqləyən Samantha isə hələ də masa üçün gətirilən yeni şeylərin dərhal otaqdan çıxarılmasını əmr etdi.

"Şahzadəm.." deyə içəri girdikdən sonra təzim eləyən Olivianın "Knyazlar çox az vaxt sonra qapıda olacaq" sözləri ilə sözünü tamamlaması hər iki xanımın xoşuna gəlmişdi. İkisi də son dəfə bir-birlərinə baxandan sonra Joanne qapıya doğru irəliləyərkən Samantha da onunla irəliləmişdi. Qapıdan çıxanda ayaq saxlayan Joanne Samanthaya çevrilib "Sən burda qal. Öz stulunda otur və həmişəki kimi davran" demişdi.

Anlıq olaraq keçmişi xatırlayan Samantha isə məmnun bir ifadə ilə keçib yerində oturaraq dostuna göz qırpımışdı. Yoluna davam edən Joanne isə malikanənin qarşısında duraraq knyazları gözlemeye başlamışdı. Bir-neçə dəqiqə sonra gələn atlılara diqqətlə baxdıqda hərkəsin burada olduğunu görüb məmnun bir ifadə ilə onları qarşılamış, yemək masasının qoyulduğu böyük otağa doğru irəliləməyə başlamışdı.

Otağa gəldiklərində qapının açılması ilə dəhşətə düşən knyazlar şahzadəyə baxarkən gördükləri qadının qorxusunu yeniləyən səsi eşitmişdilər "İçəriyə keçib oturun. Mövzunu hərkəs bilir."

Geriyə dönüşün olmadığını bilən knyazlar içəriyə keçib oturduqdan sonra qapıların arxadan bağlanma səsi ilə hərkəs bir-birinə baxmağa başlamışdı. Xidmətçilər üçün xüsusi nəzərdə tutulan qapıdan içəriyə girən cüssəli kişini isə bu masada oturan herkes çox yaxşı tanıyırdı.

Əslində iki qadından başqa kimsə onun adını belə bilmirdi amma kim olduğunu bilirdi. Qara paltarlar içərisində, əlində iri iki tərəfli balta ilə içəriyə daxil olan bu adam kraliça Joannenin sadiq cəlladı idi. Burada oturan gənc knyazların çoxunun atasını bu adam gözlərin önündə vəhşicəsinə öldürmüşdü.

Masanın yan tərəfində duran iri pəncərənin qarşısında duran adam həmişə göstərdiyi soyuqluqla yeni yemlərinə baxarkən Joanne danışmağa başladı "Krala qarşı sui-qəsd təşkil edəcəyik"

Bu sözün bitməsi ilə bir kişi sözə girsə də "Kraliça Joannenin qızı atasını öldürmək istəyir. Onun vəhşi düşüncəsinin toxumu olduğunuz aydı" sözünü bitirə bilməmişdi. Cəllad çoxdan baltasını başına keçirib onu masanın kənarına tullamışdı.

Bu vaxt Joanne "onlar ciddidirlər" fısıltısını eşitsə də kimə aid səs olduğunu başa düşməmişdi. Ayağa qalxaraq addımlamağa başlamışdı "Dünən kralın çağırışına gec gəlmə səbəbim hərkəs üçün şirinlik hazırlamaq üçün anamın xəzinəsinə üz tutmağım idi. Lakin görürəm ki onun yoxluğunda hərkəs cibini yetərincə doldurub. Məncə kimin mənə nə üçün itaət eləməli olduğunu deməli deyiləm"

Təkrar yerinə keçdiyində kiçik sandıqcanın içərisindən çıxardığı məktubu havaya qaldırıb dedi "Çox deyil sadəcə bir iki cümlə oxumaq kifayətdir" məktubu açandan sonra səsli oxumağa başladı "Ümidvaram məhəbbətimi qarşılıqsız qoymarsınız parıldayan Güneşimiz Joanne." Sonra məktubun möhürünü knyazlara göstərmişdi "Görünür bu məktub knyaz Georgenin anama məhəbbətini elan elədiyi məktublardandı"

Kağızı kənara qoyandan sonra sözüne davam eləmişdi "Əmin olun ki bunlardan məndə o qədər çox varki üzə çıxartsam nəslinizə "salam" verənləri də dar ağacından asarlar. Və bunu öldürmək istədiyim atama verməyim kifayətdir. Bəzilərində anamın insanlığa sığmayan cəza tədbiqlərinə görə ona sədaqətlə bağlı olduğunu deyənlər vardı. Onlar isə əmin olsun ki anamı kimsə helə boyütməmişdi. Ancaq mən onun haqqında deyilən hekayələrlə böyümüşəm." Sonra yerinə oturub ətrafındakı insanlara baxmağa başladı.

O susarken ayağa qalxıb cəlladdan aldığı xəncəri masaya gətirən Samantha isə ətrafındakı kişilərə baxmağa başlamışdı. "Sədaqətinizi təsdiqləməlisiniz" sözlərinin nə mənaya gəldiyini yaxşıca bilən knyazlar xəncərlə çiyin hissələrinə kiçik bir kəsik atmışdı. Çiyin olmasının səbəbi isə kimsənin görməməsi idi.

*********

Oturduğu taxtda əsəblə başını ovan Joanne hələ də gəlməyən xoş xəbərə görə olduqca əsəbi idi. Olivia içeriye girərək kraliçasına təzim etdikdən sonra danışmışdı "Ülyahəzrətləri.. hərkəs səfərbər olub. Hərkəs kralı axtarır. Çox yaxında tapılacaq"

Gənc qızın sözü ilə Joanneyə baxan Samantha diləndi "Düz deyir. Çox yaxında tapılacaq. Narahat olmağına dəyməz." Bu sözə gülən Joanne "Hələ də kraliça elan edilməmişəm. Hərkəs onu kral bilir. Bütün xalq. O indi xalqdan birinin evində otura biler. Tapmaq üçün vaxtımız çox gedəcək"

"Bəlkə.. bəlkə sizi kraliça elan edək şahzadəmiz?" deyə ürkək bir səslə danışan Olivianın sözü Samanthaya çox gəlsə də Joanne rəy bildirməsinə icazə verməmişdi "Bəs krala nə oldu desələr nə deyəcəyik? Kimsə məni tanımır. Kral insanları yığıb üsyana qaldırsa nə olacaq? Bu risqi gözə almaq olmaz. Kral yaxın zamanda tapılıb kraliça Joannenin stilində öldürülməlidir. Onda hərkəs qarşılarındaki qızın neçə olduğunu başa düşəcək"

Təqdim və təzimdən sonra kraliçanın qarşısında dayanan knyaz James üzünü kraliçaya tutdu "Bütün əsgərlər meşələrdə kralı axtarır. Başqa bir arzunuz varmı?" Başını tez yelləyən kraliça danışdı "Gedin əhalinin evlərini axtarın."

Cəngavərlərə xas "əmr edərsiniz" hərəkəti eləyəndən sonra knyaz otaqdan çıxmışdı.

✓✓✓✓✓✓✓✓✓

JoanneHikayelerin yaşadığı yer. Şimdi keşfedin