O forma da saatlarca ağladım.Mən inanmırdım ki ögey anam mənə bunu edər əslində ondan hər şey gözləyirdim amma bu qədər də yox.Hətta bir gün məni uşaqlar evinə qoymuşdu onda da çox ağlamışdım.1həftə orada qalmışdım sonra ögey atam gəlib məni götürmüşdü.1 həftə də ağlamadığım an olmamışdı.Ağladığım üçün məni uşaqlar evinin müdürü çox pis döymüşdü.Otaqda qaldığım qızlar gecə mən yatarkən saçlarımı kəsmişdi . Simiya isə buna 1saat gülmüşdü.Mənim nə günahım var idi ,çox yaramazlıq etmişdim yoxsa çox oyun oynamışdım,hər dəfə həyətə düşmək istədiyimə görə məni buraxıb getdi.Mən bunları fikirləşərkən otağın qapısı açıldı.Göz yaşlarımı silərək qapıya baxdım .Bir oğlan idi. Məndən böyük olduğu aydın görünürdü .Bu bayaq ki,tibb bacısının və ya köməkçinin dediyi otaq yoldaşım idi. Bilmirəm tibb bacısıdır yoxsa köməkçidir. Otağa girib öz yatağında oturdu. Başını aşağı əymişdi. Amma altdan altdan baxırdı. Mən isə ona baxdım. Sonra yerimə girərək ağlamağa başladım səssizcə ağladığımda yanıma gəldi və sərt bir şəkildə dedi:
-Ağlama!Ağlama deyirəm.-dediyin də mən ona təəccüblə baxdım sonra cümləsini davam etdirdi. -Mən ağlayan insan görəndə çox pis oluram.Anam da həmişə ağlayardı.Atam isə onu ağladan şəxs idi ,ağladığı üçün yenə döyürdü.
O bunları deyərkən gözləri doldu mənim də gözlərim doldu və təkrar dedi -Ağlama! yaxşımı?
Mən gözümdən yaş axaraq başımı aşağı yuxarı salladım. O gülüb keçdi yerinə. Mən heç cür bura öyrəşə bilmirdim. Amma nə olur olsun içimdə bir ümid var idi. Mən inanırdım ki,xala mənə yazığı gəlib məni buradan alacaq. Mən belə ümid edərkən beynimə milyonlarla insanın qəhqəhə səsi gəldi. Yerimdən qalxdım amma səslər dayanmırdı. Bir dən gözlərim qapandı və son dəfə yenə qəhqəhə səsləri eşidirdim .Gözlərimi açdığım da başımın üstünde ağ xalatlı bir qadın həkim,bir qısa dalğalı qara saçlı uzun boylu arıq və yaşıl gözlü qadın və başqa bir köməkçi var idi. Döyülməkdən qıpqırmızı olmuş qoluma sistem taxılmışdı. Ağ xalatlı qadın həkim otaqdan çıxdı .Bu zaman digər qadın sözə başladı:
-Özünü necə hiss edirsən Lidya? -şirin və səmimi səsi ilə üzümə gülərək soruşdu.
-Mən evə getmək istəyirəm məni evə aparın! - deyərək qışqırdım. Məni sakitləşdirməyə çalışdılar .Öz araların da danışdıqları sözü eşidim "kriz keçirir". Bu zaman yenə Simiya danışdı:
-Sən gördüyüm ən axmaq qızsan ,biləyini kəs qurtul!
Mən isə ağlamağa başladım həm qışqırırdım hem ağlayırdım həm də əlimin üzərini dırnaqlarımla qaşıyırdım hətta qanatdım belə bu zaman mənə iynə vurdular .Qısqıraraq sakinləşdim və gözlərim qaraldı.
Gözlərimi açdığım da otaqda idim və başımın üstündə otaq yoldaşım var idi.
-Şükür gözlərini açdın.Mən Aleks tanış olmaq olar?
-Mən Lidiya.-deyib zorla kiçik bir gülümsəmə etdim .Aleks keçib yerinə oturdu .Bu vaxt qapı açıldı.İçəriyə bir köməkçi girdi. Çox gözəl bir qadın idi.30 yaşından keçdiyi aydın bilinirdi.Əsmər biri idi .Əlində 2 podnuz var idi.Birini mənim masama birini də Aleks'in masasının üzərinə qoydu və gülümsəyərək otaqdan çıxdı.Ponduzda 2dilim çörək , bir mərci şorbası və plastik qaşıq var idi.Çox acmışdım lakin yemək istəmirdim.Aleks isə yeməyə dirəşmişdi və 2dəqiqəyə yeməyini yeyib qurtardı. Luniya yemək yeməm uçun danışmağa başladığında Simiya qəhqəhələrlə danışdı:
-Yemək yemə və öl amma biləyini kəs o daha az əziyyətlidir.
Mən bu sözlərə ağlamağa başladım və yerimə girdim.Ədyalı üzümə kimi örtdüm.Bu zaman Aleks gəlib məni oyatdı.
-Gəl oyun oynayaq çox sıxıldım.-dedikde Simiya gülməyə başladı.
-Nə oyunu ?-deyə maraqla soruşdum.Bu marağıma Simiya yenə güldü və dedi:
-Sən o qədər oyun oynamaq istəyirdinsə mənlə oynayardın.-Dedikdə onun üzünə ciddi olub olmadığını anlamaq üçün baxdığım da yenə güldü və dedi :
-Bu dediyimi həqiqətən inandın?-deyə cavab gözləmədən sual verdi.Bu zaman Luniya ona sakit durması lazım olduğunu baxışını atdı.
Aleks bir az fikirləşdi və danışmağa başladı:
-Mən sən yaşda ikən yəni 3il əvvəl məndə 7yaş böyük qardaşım mənə bir oyun öyrətmişdi.Bu oyun" doğruluq və cəsarət"idi bunu oynaya bilərik səncə oynayaq ?
-O necə oyundur ki,ilk dəfə eşidirəm?
-Bax indi bir şuşəni flrladırıq bizdə şüşə yoxdur eybi yox birinci mən sonrada sən deyərsən.Əgər şüşə ilə oynasaydıq şüşənin ucu sən tərəfə düşərsə sənə sual verilir,əgər şüşənin ucu deyildə əks tərəfi yəni aşağısı sən tərəfə düşərsə bu dəfə sən sual verirsen.İlk əvvəl soruşursan doğruluq yoxsa cəsarət əgər doğruluğu seçsə sual verilir və mütləq düzgün cavab verilməlidir, əgər əksinə cəsarəti seçsə bu zaman ona bir şey deyirsən və o bunu mütləq etməlidir.Başa düşdün?
-Bəs doğruluğu seçdiyim də suala düzgün cavab verdiyimə haradan əmin ola biləcəksən?
-Oyunun şərti mütləq düzgün cavab verilməsidir.
-Əgər mən düzgün cavab verməsəm amma sən bunu başa düşməsən ona da bir qayda var ,qoyulub?-uşaq aglımla məndən 3yaş böyük olan uşaqdan soruşdum.
-Heç ağılıma gəlməyib amma sən düzgün cavab ver yaxşımı?-deyə şirincə soruşdu
-Yaxşı söz verirəm düzgün cavablayacam amma səndə söz ver ki düzgün cavablayacan.-gülərək dediyim də Simiya qəhqəhələrə boğuldu. Luniya onu susturmağa çalışdı.Onlar dava edirdilər həmişəki kimi amma mən onlara baxmamağa calışırdım.
-Söz verirəm Lidya -deyərək təbəssüm etdi.Sonra mən ona sual verdim
-Doğruluq yoxsa cəsarət?
-Doğruluq.
-Valideynlərin səni niyə bura qoyub niyə sən burdasan nə olub ki,sən buradasan-deyə maraq və həyəcanla soruşdum.Gözləri dolduğunu gördüm.Deyəsən səhv sual verdim.Simiya yenə gülməyə başladı və dedi
-Axmaq tapa-tapa bu sualı tapdın uşağın yaralı yerinə benzin tökdün.-deyərək lağ edib yenə güldü.
-Mən elə sən yaşda ikən anam öldu yəni atam anamı döyərək öldürdü gözlərimin qabağında hətta gözlərimin qabağında anamın cəsədi dayanmışdı,atam başqa biri ilə evləndi.Evləndiyi qadın məni döyürdü atam da gəlib döyürdü.Amma qardaşım buna dözmək istəməyib 12yaşında evdən qaçdı.Atamın heç vecinə olmadı.Əlacı olsa məni de qovardı.Məniç psikopat olduğumu öyrəndikdə məni bura qapaltdı.Məni təkcə anam sevmişdi amma atam da anamı məndən aldı .-dedi və göz yaşlarını məndən gizlətmək istəməsinə durdu yerinə yatdı.Nə mən bir söz dedim nə də o .Girib məndə yatdım.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ŞİMDİ OKUDUĞUN
QARANLIĞIN içindəki AYDINLIQ
Fiksi RemajaQaranlığa qərb olmuş qızı Aydınlığa çıxaran SEVGİ