Yazıçıdan
Lidya'nı intihar etdirməyi bacardan Fidel heç də peşman deyildi. Lidya indi kəndirdən asılı vəziyyətdə idi , bu həyatın ədalətimidir yaşamaq üçün səy göstərən əlindən gələni edən xoşbəxtlik nədir bilməyən bir qızın indi boğazından kəndir asılmışdır. Budur "ƏDALƏT" ?
3 - 4 dəqiqə keçmişdi və Lidya eynən o halda dayanmışdı , birdən Liam Walker Lidya'nı o halda görüb tez ona kömək etmək istədi . Lidya onların yanından ayrılarkən Fidel onlara onun buraları tanımadığını bildirmişdi , Liam isə onun arxasınca getdi , ikiyə ayrılan yolda itirdi və sonunda yaşamını itirməmiş halda Lidya'nı tapa bildi . Tez qızı qurtardı və nəfəs alırdı , ürəyi döyünürdü. Liam isə özüdə bilmədən gözlərindən yaşlar axırdı. Boynu yara içində idi . Peşman idi hər şeyə görə ... İndi geç idimi peşman olmaq üçün ?
Lidya'nı özüdə bilmədən qucaqladı , göz yaşları Lidya'nın boğazından axmağa başladı. Lidya isə gözlərini açırdı, onu qucaqlayanın kim olduğu həmin an onun üçün önəmli deyildi çünki qucaqlamaq onun üçün ən gözəl şey idi və qarşısındakı da onu Lidya'nın heç görmədiyi şəkildə qucaqlayırdı , ona zərər gətirməmək üçün diqqətli qucaqlayırdı . Lidya isə onu buraxmaq isrəmirdi .
Lidya'dan
Buraxmaq istəmədiyim şəxsin Liam olduğunu görəndə tez uzaqlaşdım ondan o isə heç cür məni buraxmaq istəmirdi
Simiya
-Hayf ey yenə yaşayırsan , niyə ölmək bilmirsən ey?
Liam
-Lidya sən neynirsən ey intihar etmək nədir ey qorxudan mən də ölürdüm
-Mən , mən heçnəyə dayana bilmirəm dözə bilmirəm ya da ki dözə bilmirəm ölmək istəyirəm eynilə də yaşamaq istəyirəm amma bu həyat yaşam sevincimi öldürdü .
Mən bunları deyərkən o bir daha məni qucaqladı bu dəfə mən də bayaqkindən daha bərk qucaqladım . Sözlərimin tərifə kifayət etməyəcəyi dərəcədə gözəl qoxusu var idi . Sonra məni ayağa qaldırıb xəstəxanaya aparmaq istədi mən etiraz edəndə mənə şirin və sərt baxışlarla baxdı əslində, yenə etiraz edəcəkdim ki , qıya bilmədim dediyini etdim . Mən özümdə başa düşmürəm mən neynirem mənə nə oldu Liam'a baxan kimi qəribə çox qəribə heç bilmədiyim hiss etmədiyim bir hiss yaranır içimdə nə olur mənə həqiqətən "dəli" olduğuma inanıram.
Xəstəxanada boynundakı yaranı bağladılar və bir krem verdilər ki hər gecə sürüm və bir həkim ikimizə də baxaraq danışmağa başladı:
- Liam bəy bir az da geç getsə idiniz indi Lidya xanım aramızda olmaya bilərdi .
Xəstəxanadan çıxdıqda qarşımda Fidel gözü yaşlı halda dayanmışdı, məni görən kimi qucaqladı mən isə qarşılıq vermədim.
Fidel
- Bağışla məni, mən bilməzdim belə olacağını canım bacım , çox peşmanam nə olar məni bağışla
Mən ona heç nə demədim onu bağışlaya bilməzdim 2 - ci şansı verə bilməzdim. Heç kim 2 - ci şansa layiq deyil , bir dəfə edən həmişə edər ! Keçən gün bir kitabda qabağıma belə bir cümlə çıxdı "Bir dəfə bir insana o şansı verirsənsə ki , sənə güzəşt edirəm , 2 - ci dəfə o deməkdir ki gəl birdə mənim kürəyimdən xəncərlə" mən onu bağışlaya bilməzdim.
Fidel
-Nə olar susma cavab ver , qışqır , pis sözlər de amma nə olar susma
-Mən səni bağışlamayacam , bağışlaya bilmərəm bir kitabı 2 - ci dəfə də oxusan sonu eynidir mən səni bağışlasam özümü bağışlaya bilmərəm
-Son şansı ver da nolar mən səni çox sevirəm axı
-Sevən sevdiyinə bunu edərmi? Yaşamaq sevincimi onsuzda həyat öldürmüşdü , mən isə yenə yaşamaq istəyirdim sən siz zərbəni vurdun. Mən ümidlənmişdim ey sənə deməyə sözüm çoxdur deməyə sözüm də yoxdur .
Heçnə demədi bu zaman məni evə götürmək istəyəndə mən onunla getmək istəmədim . Liam isə onu kənara çəkdi və "mənlə gedək istəyirsənsə" dediyində razılıq verdim .
Maşınla gəlmişdik xəstəxanaya və minərkən belə hansı maşın olduğuna fikir verməmişdim amma bu maşını bilirəm bu BMW idi . Ən sevdiyim maşın idi bunu Fidel'ə də demişdim çünki görünüşdə ən qəşəng olan bir o idi bir də Qalenvagen[BMW]
-BMW ' dir?
-Hə canım . Eee telefonun var ?
-Yox heç olmayıb
-Hmm olanda nömrəni verə bilərsən Demyan bəyə desən alar ey əslində
-Hmm bəlkə alar amma deməmişəm deməyə çəkinirəm
-O sənin atandır məncə çəkinmə bu gün de
Mən gülümsədim və dediləri beynimə girdi yaşıtlarımın hamısın da var . Evə çatdıqda yanağımdan öpdü "sən neynirsən ey " deyə təəccüblə və əsəblə soruşdum. " Heç , bağışla bilmədən oldu" mən bu cavaba qane olmasam da ona əsəbi halda ayrılmaq istəmədim . Qapının qarşısında isə Fidel dayanmışdı məni görən kimi sevindi
Fidel
- Canım gəl içəri birlikdə girək amma nolar evdəkilərə demə
Mən başımı aşağı yuxarı salladım. İçəri daxil olduğum da bütün nəsil burada idi və gülüşürdülər .
Heç biri məni görmədi bir tək Aleksandr gördü və yanıma gəldi bu vaxta Fidel onlara qatıldı . Gülürdü amma başa düşürdüm gülüşünün saxta olduğunu.
-Nə var ey nəyə gəlirsən biriniz qurtalıb biriniz başlayırsınız bezdim məndən əl çəkin
-Yox elə belə gəldim içəri girərkən pis halda idin elə nəsə olub?
-Sənənə!
-Mənim niyyətim pis deyil ey kim səni əsəbləşdiribsə əsəbini məndən çıxarırsan . Mən yazığın nə günahı var axı
-Əl çək da qardaşın sən və bu ailənin özü əl çəkin əslində çıxıb getmək istəyirəm amma məni təzədən o lənətli yerə qoymaları dan qorxuram
-Qardaşım nə əlaqə neyləyib sənə?
-Heçnə
-Mənə düzünü de neyləyib?
-Nə edibsə bunun nə faydası var deməyə əslində, onun etdiyi heçnə idi ondan da yaxın olan biri mənə etdiyini bağışlaya bilmərəm. O mənə elə olmasaydı sənin qardaşından mənə o qədər pis olmazdı. Mənə bir şey maraqlıdır məndən niyə nifrət edirsiniz ? Düzdü seviləcək biri deyiləm amma nifrət ediləcək qədər də yox nə olur olsun bir insana hələ qohumluq əlaqəsi olan bir insana bu qədər nifrət və kin bəsləmək nə dərəcədə düzgündür
-Sən sevilmiyəcək biri deyilsən hələ çox gözəl, şirin və sevilməyə ən çox layiq olan biri sənsən. Heç kim də sənə kin, nifrət bəsləmir səni sevən ailəm va-
Deyərkən sözüne kəsdim
-Mənim ailəmlə ancaq qan bağım ola bilər ondan artıq heçnə ola bilməz! Məni sevən bir insan olduğunu da fikirləşmirəm
-Mən səni sevirəm sən mənim bibimin qızısan ey nə qədər bibim var yəni 3 bibim var onlardan da bir tək Alisa qızdır oda normal qız deyil yəni pis qızdır
-Mənə də normal olmadığımı deyirlər yəni anormal olduğumu açıq şəkildə bildirirlər.
-Yox ey o yaxşı bir qız deyil başa düşərsən da bibim belə nə qədər göz yaşı tökür təkcə ona görə hələ son dəfə övladlıq dan siləcəyini demişdi 2 həftə əvvəl hələki heçnə olmayıb nəsildə bir o elədir bunu siz tərəfdən də biz tərəfdən də hər kəs bilir.
-Hmm başa düşdüm nəsə ey sən get mən yatacam
-Yaxşı - deyib otaqdan çıxdı. Saat tam 5 - in yarısı idi paltarlarımı dəyişib tez yuyunmağa girdim su üzümdən axdıqca göz yaşlarım dayanmırdı . Çıxdığım da isə pijamalarımı geyinib saçlarımı belə qurutmadan özümü yatağıma yetirdim yenə Simiya lağ edirdi məndə o qədər pis gündə idim ki onu vecimə almamağa çalışaraq yorğanı başıma kimi çəkdim . 1 saatdan çox ağladım axırda dayana bilməyib gözlərimi yumdum.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ŞİMDİ OKUDUĞUN
QARANLIĞIN içindəki AYDINLIQ
Novela JuvenilQaranlığa qərb olmuş qızı Aydınlığa çıxaran SEVGİ