Gözlərimi yanağımın dişlənməsi ilə açdım bu Fidel idi
"Sabahın xeyir " deyib yanağımdan öpdü, mən üzümü kənara çəkib "sənin də" soyuq şəkil də ki cavabımdan sonra dodağını qıvırdı .
-Bir də sağ ol gecə zarafatsız qorxurdum
-Sənin bu dürüstlüyün məni məndən alır ey nəysə hazırlaş yeməyə düşək
-Yaxşı
Otağıma getdim saçımı hörüb 2 yandan salladım və əynimə qara sviter , qara şalvar və qara ayaqqabı geyindim. Otaqdan çıxarkən nə qədər vaxt idi ki gəlməyən baş ağrısı yenə gəldi . Başım da fırlanırdı . Aşağı endim və yeməyə oturdum hər kəs gəlmişdi.
Meri xanım
-Siz sabah çıxırsınız ?
Viktoriya
-Hə
Ella
- Sən bizlə get biz də qal bir müddət
Meri xanım
-Məncə də elə edin
Viktoriya
- Yox ehtiyac yoxdur
Ella
-Etiraz yoxdur
-Yaxşı
Demyan bəy
-Lidya qızım sən də hər kəs kimi məktəbə gedəcəksən keçən dəfə danışdığımız kimi və Robert ' dən də kömək alarsan , repititel yanına getməyin şərt olub . Saat 11 - dən 1 - ə kimi Robert'in vaxtı var o vaxtda bu evdən cəmi 25 - 30 mert uzaqlıqda başqa bir evimiz var o evdə dərs keçərsiniz və həyat yoldaşıda sənə kömək edər nəticə də o da bir müəllimədir. Saat 4 - dən 6 - a qədər olan vaxta uyğun sənə bir müəllimə tutmuşam sabahdan başlayaraq bazar günü də daxil olmaqla hər gün gedəcəksən . Yaxşımı?
-Yaxşı
Sakitcə yeməyimi yeməyə davam etdiyim də ağlıma telefon gəldi və yemək qurtarandan sonra deməyi qərar aldım . Çox çəkinirdim
Gian
-Lidya sən xəstələnmisən ? Uzunun rəngi solub və bir tək yanaqların al-qırmızıdır , çox halsız görünürsən
Bu sözləri deyib əlini alnıma qoydu və gözləri böyüdü
-Sən yanırsan ey , qızdırman var
-Elə belə şeydir keçib gedər
Fred
-Nə deyirsən ey nə keçib getməsi indi otağa gedirsən və yatağa uzanıb dincəlirsən
-Ehtiyac yoxdur
-Etiraz da yoxdur
-Offffff
-Oflama - deyib bir tərəfə güldü .
Mən otağa qalxdım xəstələnmək heç vecimə də deyildi bu səbəblə yuyunmağa girdim, bədənimin çox qaynar olduğunu hiss edirdim suyu soyuq tərəfə etdim , bədənim o qədər isti idi ki biz kimi su belə yetmirdi. Yuyunub çıxdıqdan sonra əynimə bu qış günün də futbolka və bir şort geyindim , həmişə dən tənbəl bir qız olduğum üçün saçlarımı yenə qurutmadım . Əlimə bir kitab alıb oxumağa başladım
Simiya
-Məncə indi çox gözəl vaxtdır intihar üçün səncə də elə deyilmi? Bu dəfə biləklərini kəs fərqli olsun və səni heç kim qurtara bilməsin
-Simiya əl çək ! Xahiş edirəm məni rahat burax!
-Niyə axı sən yaşamağa layiq olmayan birisən, bu həyat səni üçün çoxdur 16 ildir yaşadığın bəsdir nə qədər yaşayacan ey
Luniya
-Allah nə qədər ömür veribsə o qədər
-Paaaa
Mən
-Simiya mənim ölməyimi niyə bu qədər çox istəyirsən, səni bir tək mən görürəm və mən ölsəm sən də yaşamayacaqsan
-Sənin ölməyini niyə bu qədər çox istəyirəm ? Nə qədər səbəb var saysız hesabsız bunların hamısını saysam ürəyin dayanar əslində, hamısını saymaq daha yaxşıdır ən azı səndən qurtularıq amma intihar etmək üsulu daha yaxşıdır
Mənim gözlərim doldu ağlamamaq üçün özümü zor saxladım. Simiya ilə Luniya'nı bir tək mən görürəm və psixoloqum deyirdi onlar mənim şüuraltımda yaşayırlar yəni onları mən yaşadıram buna baxmayaraq mənə nifrət etmələri qəribə deyilmi ? Düzdür Luniya mənə nifrət etmir amma sevirdə demək olmaz ancaq boş - boş ümidlər verib məni səhv yola soxur və bütün insanlara qarşı yaxşı olmağım gərəkdiyini deyir . İnsanlar yaxşı olmadığı müddətdə bizim yaxşı niyyətimiz nəyədir ? Sonun da yaxşı niyyətimizi əlimizdən alacaqlar niyə özümüzü alçaldırıq . Bütün insanlara qarşı eyni olmaq axmaqlıqdır çünki yaxşılıqdan xəbəri olmayan bir "insan"a yaxşı üzümüzü göstərdiyimiz müddətdə bizi əzəcəklər !
Birdən ağlıma telefon məsələsi gəldi və qaçaraq otaqdan çıxdım , aşağı endim Demyan bəy qapıdan çıxmaq üzərə idi Meri xanım da yanın da idi .
-Nolub qızım belə qaça - qaça gəldin?
-Sizlə 2 dəqiqə bir şey danışa bilərəm?
-Hə buyur
-Mənə telefon ala bilərsiniz? Yaşıdlarımın hamısın da var
-Qızım alaram almasına hələki almayaq çünki, dərslərin var bir az onlarla məşğul ol sonra söz alacam
-Hmm yaxşı
Çox pis əsəbləşsəm də bildirmədim
Simiya
-Ailəm dediyin insanlara bax , hələ atam dediyin insana bax ey qardaşlarının hamısın da , kuzenlərinin hər birin də hətta səndən balaca olan da belə var . Bir sən də yoxdur və heç olmayıb hahaha deyirəm intihar etsən hər şey həll olar hahahahaha
Otağa Fidel daxil oldu
Fidel
-Lidya hazırlaş gedək gəzək, bir də deyirəm bağışla mən bu dəfə dünən olanlar bir də olmayacaq
-Sənə yenə inanacağıma inanırsan?
-Nolar gəl bax Ellis və Fred'də gələcək hətta Liam belə orada olacaq
-Digər dostların?
-Onlar olmayacaq bir tək sən, mən , Liam , Ellis və Fred olacaq razısan
-Hmm olar - deyib bir tərəfə pis şəkildə gülümsəmə etdim .
-1 saata hazır ol yaxşımı
-Yaxşı çıx indi otaqdan
O çıxan kimi hazırlaşmaq istədim amma ona inanmırdım əsas Liam'ı görmək istəyirdim. Saçımda qalan bir az nəmliyi qurutduqdan sonra elə açıq buraxdım. Ayağıma ağ krasovka , Nike kofta üzərində pencək və altıma da pencəyin altlığını geyinib aşağı düşdüm .[ Ayaqqabının şəkli ]
[ Paltarın şəkli ]
Qapının qarşısın da Liam , Ellis , Fidel və Fred məni gözləyirdi. Dördümüz də Ellis'in maşını ilə gedəcəkdik . Ellis'in maşını Mercedes idi .
[ Mercedes ]
Maşına Ellis sürürdü , mən qabaqda otuqmaq istəmədim çünki Liam arxada otururdu. Onun yanın da oturdum qabaqda isə Fidel oturmuşdu, bizim yanımız da yəni arxada mən Fred və Liam var idi , mən ortada idim . Solum da Liam , sağım da isə Fred var idi . Liam mənim eşidə biləcəyim səs ton ilə danışmağa başladı:
-Telefon məsələsi nə oldu?
-Demyan bəy almaq istəmir
-Hmm nəysə mən alaram
-Sən ? Haha ehtiyac yoxdur
-Hə mən sən görəcən ən son marka alacam
Cavab vermədim . Birdən maşının dayanması ilə qabağa çırpılırdım ki , Liam ilə Fred tutdu . Maşının qabağını başqa maşın kəsmişdi , maçının içərisindən 5 nəfər çıxdı . 5-də oğlan idi . Əsəbi halda baxırdılar 2 - 3 - ün əlində çubuq var idi . Birində də bicaq var idi . Ellis maçını geriyə çəkmək istəyəndə arxamızda da bir maşın dayandı . Çıxış mümkünsüz oldu . Mən nə olduğunu başa düşmədən oğlanlardan biri əlində ki çubuğu maşının aynasına vurdu .
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ŞİMDİ OKUDUĞUN
QARANLIĞIN içindəki AYDINLIQ
Novela JuvenilQaranlığa qərb olmuş qızı Aydınlığa çıxaran SEVGİ