Lidya'nın çox qan itkisi olduğundan ürəyinə də zərəri dəydi . Həkimlər Lidya'ya defibrilatör verdilər . Kardiogen alətində çizgi düz formada gedirdi , Elisa həkim əlimdən gələni artıqlaması ilə yerinə yetirirdi . Sonun da defibrilatör aləti işə yaramayan da həkim Lidya'nın ürəyinə masaj etməyə başladı xeyiri yox idi. Liam dəliyə dönmüş, Dustin özünü günahlandırır, Demyan bəy ilə Meri xanım hələ təzə qovuşduqları qızlarının əllərindən getməsinin, qalan digər qardaşlar isə həm bacı həm də bir insan ölümünə görə dayan bilmirdilər. Hər kəs ümidini üzmüş halda dayanmadan ağlayarkən içəri də həkim hələ ümidini üzməmişdir . O xəstəsini itirmək istəmirdi bir yandan da hələ 16 yaşlı bir qızı həyata geri döndərmək istəyi ilə Lidya'nın sinəsinə masaj edirdi . Sonun da ümidini üzmüş halda əlini geri çəkəndən düz xətt dalğalı olmağa başladı . Gözlərinin işığı sönmüş olan ailənin gözləri birdən aydınlanmağa başladı . Liam bu dəfə sevincdən dəli oldu . Ağlamaqdan gözlərinin bəbəyinə tutmuş çıxan qardaşlar bir - birini qucaqlamağa başladı . Meri xanım sevincindən nə edəcəyini bilmirdi,içindən " Allahım çox şükür mənə qızımı bağışladın" deyə şükür etməyə başladı . Özü görməsə də sevincdən qəribə hərəkətlər edərdi . Amma bu onu çirkin deyildə əksinə həmişəkindən daha gözəl görsənirdi. Xoşbəxtlik insana niyə bu qədər yaraşırdı?
Həkim otaqdan çıxdı
Həkim
-Gözünüz aydın qızınız həyatı təhlükədən birdəfəlik qurtuldu . İndi yuxudadır bir həftə burada qalacaq
Bu vaxt Demyan bəyin sevincini telefon zənginin səsi böldü.
Demyan bəy
- Salam buyurun
Telefondaki şəxs
- Salam deyəsən səsimdən tanıdın Demyan
-Hə tanıdım nə var ?
-O görüntüləri mənə verməlisən onlarla polisə getsən məni onsuzda tutmayacaqlar
-Bəs nədən bu qədər qorxursan?
- O görüntülər onun əlinə keçməyəcək!
-Mən bu vaxta qədər o görüntüləri ona verməməyimin səbəbi səndən qorxmaq filan deyil ha inan buna o görüntülər tezliklə onun əlində olacaq indi qızımla məşğul olm- sözünü yarıda qoydu
-Sənin o doğulandan sonra oğranan qızın ?
Demyan bəy buna cavab vermək istəməsə də "hə" dedi . Sonra tez telefonu qapaltdı .
1həftə sonra
-Arxana bir yastıq daha qoyum? - deyə soruşdu Ellis qayğıkeş səsi ilə
-Niyə bu qədər narahatsınız evə gələndən qayğınıza başladınız ey
-Biz səni itirməyi gözə ala bilmərik - deyib məni qucaqladı məndə eynilə qarşılıq verdim.
Simiya
-İyyyyyy guya siz indi bu qədər yaxınsınız , sən ölərkən belə onun heç vecinə olmayıb bəlkə də Lidya VAllah özünü öldür sən hər şey mükəmməl olar səndə rahatlayarsan mən də hahaha
Luniya mən dəlixanadan çıxandan sonra çox səssizləşib . Otağa xidmətçi qadının girməsi ilə gözüm qapıya tərəf çevirildi , mənə yemək gətirmişdi . Həkim 1 - 2 gün çox tərpənmənməyimin fəsadları olacağını demişdi bu səbəblə hələlik aşağıda yemək otağında deyildə öz otağımda yeməyimi yeyirdim . Bu vəziyyətdən çox sıxılmışdım , bu zaman otağa Meri xanım daxil oldu
-Buyurun Meri xanım
-Lidya səncə də "ANA" deməyin vaxtı deyil?
-Bağışlayın amma mən bunu bacarmıram
-Nəysə sən nə vaxt bunu deyə bilsən o vaxt deyərsən mən onun üçün gəlməmişdim . Atan işdə böyük nailiyyət qazandığına görə biz bir şənlik keçirməyi fikirləşirik 3 - 4 gün sonra səncə necə fikirdir?
-Siz bir nailiyyət qazanan kimi şənlik edirsiniz?
-Təbi ki yox təkcə bu iş böyük işdir bu işi bacarıbda şənlik keçirməmək olmaz
-Hmm . Mən nə deyə bilərəm ki özünüz bilin mən qarışmıram, nailiyyət sizin şənlik sizin
-Yəni sənin fikrin bizim üçün çox vacibdir
-İndi mən keçirməyin desəm keçirməyəcəksiniz ?
-Etiraz etməyinin səbəbini soruşacağam əgər düzgün səbəbi varsa keçirməyəcəm
-Bura da mənim fikrimə önəm vermiş sayılmırsınız amma nəysə sizinlə bu məsələni davam etdirmək istəmirəm . Xahiş edirəm məni bir az tək buraxa bilərsiniz özümü çox yorğun hiss edirəm
-Yaxşı - deyib dodağını qıvırıb otaqdan çıxdı .Simiya'nın başımın üzərində mənasız bir mahnı oxuması ilə yata bilməsəm də qış yuxusuna yatmış olan Luniya birdən ayıldı elə bil və Simiya'nı susdura bildi . Nəhayət, o ən sevdiyim şey olan yatmaq , adam kimi yata biləcəkdim .
Gözlərimi balkon qapısının döyülməsi ilə açdım əslində yuxum ağır olardı amma həmin an o qədər yüngül idi ki yuxum həyətdə yağan yağışın səsinə tutmuş eşidirdim lakin yuxu da idim . Gözlərimi açıb balkona tərəf getdiyim də görməyimə ən xoşbəxt olduğum insanı Liam'ı gördüm . O an içimə bir hüzur çökdü səbəbini bilmirdim , heç yaşamadığım bir duyğu idi . Balkon qapısını açdım ki içəri girsin , içəri daxil olduqda hər yerinin su olduğunu gördüm onu üçün tez bir dəsmal axtardım sonun da tapdım . Üzümə qəlbimi alovlandıran gülüşünü göstərərək baxdığın da sanki ürəyim yerindən çıxacaq kimi oldu . Bu oxuduğum ilk və tək sevgiyə aid yazılmış kitabda buna SEVGİ və ya EŞQ deyilirdi amma bu mən də ola bilməzdi . Ona bu dəfə nə üçün gəldiyini soruşar gözlərlə baxdığım da tam gözümün içinə baxaraq danışmağa başladı . Onun dediyi hər söz sanki qəlbimi yerindən sökürdü amma bundan narazı olacaqmış kimi deyil .
-Heç görək necə oldun deyə yoluxmağa gəlmişdim
-Hə, sənə düzünü deyim VAllah səni görən kimi qarnındakı yaranın ağrısını da unuduram bilmirəm niyə
Ağzımdan bilmədən çıxan lakin peşman etməyən cümlələrin qarşısın da mənə böyük bir gülümsəmə göstərərək danışmağa başladı:
-Niyəsə bu məndə də elədir səndən bir şey istəyə bilərəm
-Buyur
-Bir dəfə öpə bilərəm və bir dəfə də qucaqlaya
-Öpmək olmaz
-Bəs qucaqlamaq?
-Hmm bir fikirləşim...Sənin xətrinə olar - nə dediyimi bilmirdim ağzımdan çıxan sözlərə cavabdeh deyilmiş kimi
Məni qucaqlayıb balkon qapısından çıxdı onun arxasıyca baxdım heç getməsini istəmirdim. Amma getdi vç əminəmki bir də başqa səbəblərə görə gələcək
Simiya
-Axx bizim axmaq Lidiya'mız eşqə düşüb
Luniya
-Simiya sus! Lidya bu çox gözəl bir şeydir sənin yerinə çox sevindim
-Nə eşqi ? Mən eşqə filan düşməmişəm bir də elə sözlər deməyin əsəb oluram
Simiya
-Yaxşı - yaxşı Liam gələndə qızarmağın , ürək döyüntüsünün artması bı digər şeyləri mən yaşamışam da sən yox
Mən onun bu sözlərindən qurtulmaq üçün yastığı bulağıma dirəyərək onun səsini eşitməməyə çalışdım lakin xeyiri yox idi . Sesi beynimi gəlirdi . O qədər yorğunluğun için də yata bilmirəm, Liam ağlımdan çıxmırdı onu fikirləşərkən belə ürəyim ağrıyırdı amma bu qəşəng ağrı idi və yanağımda yanğı hiss edirdim . Bu forma da necə yatdığımı bilmirəm amma sonun da gözlərimi yumdum
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ŞİMDİ OKUDUĞUN
QARANLIĞIN içindəki AYDINLIQ
Novela JuvenilQaranlığa qərb olmuş qızı Aydınlığa çıxaran SEVGİ