XIX bölüm

20 6 0
                                    

    Gözümü açmağa başladığım zaman içim bir hüzursuzluq yarandı , bu hüzursuzluğu hər il bir dəfə hiss edirəm və səsəbini də bilmirəm . Gözümü yenə qapaltmışdım ki , otağa Piter daxil oldu .
Piter
    -Lidya'm hələ də yatırsan aç gözlərini
Mən yuxulu halda cavab verməyə çalışdım
   -Piter nə olub ?
   -Sən hədiyyə almışam
   -Səbəb yəni durduq yerə nə hədiyyəsi?
   -Heç elə belə içimdən gəldi bir də axşam olacaq şənliyə bu donu geyinirsən ha
   -Səhərin bu vaxtında nə hədiyyəsi?
   -Saat günorta 2 - dir xəbərin var
   -Nə ? Mən nə qədər yatmışam məni niyə oyatmadınız?
   -Qıya bilmədim ey çox şirin və saf yatırdın
   -Hmm nə şənliyi?
   -Dünən ana deməyib sənə ?
   - Hə yoxsa yadıma düşdü şənliyə mən gəlməsəm?
   -Yox elə şey olmaz sən də gəlməlisən
   -Bəs neçədədir?
   -Şənlik 7 - də başlayacaq
   -Hmm nəysə ey
   -Gəl aşağı en yemək ye
   -Ürəyim istəmir , ac da deyiləm
   -Olmaz elə şey tez düşürsən mən sənə öz əllərimlə yemək hazırlayacam
   -Sən və yemək bişirmək?
   -Mən o vaxt çox yaramazlıq edəndə atam mənə pul vermir və heç bir yerdən gəlir gəlməsinə əngəl olurdu və deyirdi ki özün get öz pulunu qazan , mən də gedib aşpaz yanın da köməkçi olaraq işlədiyim müddətdə ondan çox şey öyrəndim və marağım artdı . Cəza vaxtı bitən kimi evdə mətbəxdən çıxmırdım
    -Heç yaramazlıq edəcək birinə oxşamırsan
    -14 - 15 yaşlarımda bu ifadəm düzgün olmasa da əsil bandit idim
Bu sözlər qarşısın da təəccüblənsəm də bunu üz ifadəm də bildirmədim . Məni zorla yerimdən qaldırıb zorla üzümə su vurdurdu . Əynim də elə pijama ilə aşağı endim və Piter'in bişirəcəyi yeməyi gözlədim. O ilk əvvəl üzərinə heç görmədiyim bir tipdə paltar geyindi, sonra əllərini yuyub yeməyi bişirməyə başladı . Mənim fikrim hələ də o üzərinə keçirdiyi yarı paltar mənə çox maraqlı gəldi
   -O üzərində ki daş dövründə ki insanların geyindiyi paltara bənzər paltar olmayan paltar nədir?
Mənim bu sözümə həm Luniya , həm Simiya , həm də Piter güldü .
  Simiya
      -Ay səni yazıq əsas sən daş dövründən qalmısan ey
Piter
    - Bu fartuxdur heç görməmisən?
    -Yox heç görməmişəm
Piter bir an qısa müddətli fikrə getdi amma sonra aramıza tez qayıtdı. Bıçaqla bir şey doğrayır və çox tez - tez doğrayır . 20 dəqiqəyə yeməyi hazır etdi. Bilmirəm mən geridə qalmışam yoxsa Piter özündən yaradıb bu yeməyi, özündən yaratmaz bu səbəblə mən geri də qalmışam
    -Bu yeməyi bu vaxta qədər heç yerdə görə bilməzsən çünki ,  bu mənim müəllim olan aşpaz bu yeməyi mənə öyrədib və bu yeməyi heç bir yerdə bişirməyib
   -Hə - deyə qısa cavabımdan sonra yeməyi yeməyə başladım. Yemək çox gözəl idi bunu ağzıma qoyduğum ilk loxmada üz ifadəmdən bilindiyinə əminəm
  -Çox gözəl olub ey
Bu sözümə sadəcə gülümsədi . Birdən yeməyin içindən həşəratlar çıxmağa başladı və getdikcə çoxaldı . Yeməyi kənara itib qışqırmağa başladım çünki həşəratların hamısı üzərimə gəlirdi .Mən onları üzərimdən çəkməyə çalışarkən Piter mənə qəribə şəkildə baxırdı gəlib kömək edəsi nəyə elə baxırdı sonra məni sakitləşdirməyə çalışdı, bu həşəratları görmürdü?
Birdən gözlərim qaraldı. Açdığım da isə üzərim də ağ paltar var idi , özüm də 2 hissədən ibarət qəribə bir meşə də idi . Bir hissədə Liam , Meri xanım, Demyan bəy və digər qardaşlarım var idi . Bir tərəf də isə sonsuz yol var idi və digərinə nisbətən rahat idi . Ailəm məni o yola getməməyim üçün yalvarırdı , birdən Kristfol bəy qabağıma çıxdı . O məni gedəcəyim gözəl yola getməyimi oda istəmədi.
Kristafol bəy
    -Qızım sən məni öldürdün və bu bir günahdır, sənin digər etdiklərin isə başqa bir günahdır axirətdə sən də mənim kimi yanacan amma hələ ki şansın var. O yola getmə yol rahat görünməsinə baxma sonu Cəhənnəmdir . Sən ailən tərəfə get və yenidən yaşamağa davam et Allahın əmr etdiyi kimi yaşa onun əmri ilə yaşasan o yolun sonu Cəhənnəm deyil də Allahın sonsuz və dilə gətirə bilməyəcək qədər gözəllikləri birləşdirdiyi Cənnət olacaq .
   Mənə bu sözlər çox təsir etdi sanki içimdən bir hiss məni sevməyən ailəm tərəfə gedib Allahın yolu ilə getməyimi deyirdi . Mənim beynim sanki dayanmışdı , heç cür məntiqli fikirləşə bilmirdim . O , iki yolun ortasında dayanmışdım. Birdən elə bil dayanmış beynim qəlbim ilə birlikdə ailəm tərəfə getməyim lazım olduğunu deyirdi . Mən heç özümdən asılı olmayaraq o məni heç sevməyən ölsəm sevinclərindən şənlik edəcək olan ailəm tərəfə getdiyim an gözlərimi açdım .
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

QARANLIĞIN içindəki AYDINLIQ Hikayelerin yaşadığı yer. Şimdi keşfedin