XX bölüm

17 6 2
                                    

" 100 ildən bir açılan çiçək kimi idi bədbəxt insanların həyatındakı xoşbəxtliklər"

Gözlərimi açdığım vaxt başımın üzərində də dayanan ağ
xalatlı qadın üzümə baxıb gülümsədi . 2 saatdır komada idim yəni bunu həkimlər deyirdi , xəstəxananın otağın da olan pəncərədən Piter'i , Liam'ı və digər qardaşlarımı gördüm . Göz qapaqlarımı dayana bilməyib yorğunluqdan qapaltdım .
Yazıçıdan
Bu gün Lidya'nın doğum günü idi , o isə doğum gününü xatırlamırdı , xatırlasa nə fayda ömrün də 1 dəfə doğum günü keçirib ondan keçirməsə yaxşı idi . Bərbad həyatının bərbad anından başqa heç bir " xeyiri " olmadı. O həmin günün hər anını xatırlayırdı amma tarixini unutmuşdu. O heç vaxt özünü xoşbəxt bilmir çünki , xoşbəxt insan yoxdur xoşbəxt anlar var amma özünü bədbəxt hesab edirdi əslində, haqqlı idi o hələ uşaq sayılırdı amma yaşadıqları ilə ona uşaq demək olmazdı . "100 ildən bir açılan çiçək kimi idi bədbəxt insanların həyatındakı xoşbəxtliklər ."
Piter Meri xanıma və Demyan bəyə xəbər vermək istəmədi , sadəcə qardaşları bilirdi və Lidya'nın hisslərini başa düşmədiyi Liam bilirdi . Həkim çıxıb onlara Lidya'nın inanılmaz şəkildə 2 saatdan komadan ayıldığı xəbərini verərkən onların gözlərimdə ki sevgini özləri belə bilmirdi . Heç biri bu hadisədən ailələrinə xəbər verməyi fikirləşmirdi . Həkim 1 saata evə buraxıla biləcəyini dedi, onlar isə bu hadisəni ailələrinə bildirmədən Lidya'nı şənliyə götürəcəklər deyə planlaşdırdılar .
Şənlik vaxtı - Lidya'dan
Burası əsas doğum günü şənliyinə bənzəyirdi, çox şey qara rəng idi amma yenə də gözəl görünürdü . Meri xanım məni görüb yanıma gəldi və mənə heyranlıqla baxırdı amma bir anlıq diksinir kimi oldu və titrədi .
-Nə gözəl görünürsən - deyib mənə yenə başdan ayağa süzdü .
Son dəqiqə Piter'in aldığı donu və son dəqiqə Fred'in aldığı ayaqqabını geyinmişdim və saçımı da həmişəki kimi tənbəllik edib açmışam .
  Demyan bəy səhnəyə çıxaraq danışmağa başladı, ilk əvvəl onun iş haqqda danışacağını fikirləşmişdim amma öz adımı eşitdiyim də nə olduğunu başa düşmədim.
Demyan bəy
       -Bu gün gözəl qızımın Lidya'nın doğum günü şənliyindəyik , gələn hər kəsə təşəkkürlərimi bildirirəm. Qızım sənin də doğum gününü təbrik edirəm, özü hal hazırda bu şənliyin işlə əlaqədar olduğunu bilirdi indi şok da olması normaldır.
    Mən heçnə başa düşməmişdim ki Meri xanım yanıma gələrək məni təbrik etdi , sonra şablon sözlərini deyib qucaqlayıb əlimə bir hədiyyə qabı qoydu , hədiyyə qabı elə bağlanmışdı ki , heç açmağa əlim getmirdi . Açdığım da içindən qulaqlıq çıxdı , bu nə idi ey mən alınan hədiyyələri bu formada qarşılamaram amma mənim heç telefonumun olmadığını bilir və mənə qulaqlıq alır bu nə düşüncəsizlikdir mənə bir təbrik bəs idi . Bu hədiyyəni verib ki getdi  .Piter yanıma gəldi , mənim içimdən ona qarşı nifrət olmayan amma nifrətə bənzər hiss var idi səbəbi yox idi sanki içimdən onu öldür deyə hisslər keçirdi , hətta onu yatarkən yastıq ilə boğmaq istəyirdim. Əslində, bunu etməyim mənasız olacaqdı hələ niyə içimdən bu hiss yarandı heç bilmirəm çünki Piter mənə həmişə yaxşı olub .
Piter
     -Lidya doğum günün mübarək. Sənə bir ləqəb qoşmaq istəyirəm ey belə xoşuma gəlmədi nə deyim sənə ?
    -Sağ ol təbrik üçün. Noldu özünüzün qoyduğu ad xoşumuza gəlmədi mənə ləqəb qoşmaq istəyirsən ?
    -Yox ey heç əlaqəsi yoxdur nəysə ey deyəsən əsəbisən uzaq durum - deyib uzaqlaşdı yanımdan, mən niyə belə etdim ki o adam kimi gəlib mənlə danışırdı axı pis şey belə demədi . Sonra yanıma 2 xalam və bibim gəldi . Mənə hədiyyələrini verib təbrik edib , bir az da yaxşı sözlər deyib çıxıb getdilər . Bir xalamın hədiyyəsi paltar , digərinin ki ayaqqabı və bibimin hədiyyəsi isə xalamın paltarına uyğun tac idi . Bunlar mənim çox xoşuma gəlmişdi bunların hamısı bir - biri ilə əlaqəli idi . Onlara təşəkkür edib gülümsədim. Yanıma əmim gəldiyində isə ona qarşı içimdən sevgi yarandı sanki bu nəsildə ən yaxşısı o idi . Mənim başıma sığal çəkib ad günümü təbrik etdi , hədiyyə verdi , hədiyyəni görəndə hədiyyələr çox xoşuma gəlmişdi bir yandan da təəccüblənmişdim çünki mənim hələ 18 yaşım bitməmişdi və mənə lomborgini almışdı və həyətdə idi . Demyan bəy bunu görüb bir az əsəbləşdi ki hələ mənim 18 yaşım yoxdur maşın sürə bilmərəm amma canım əmim sözə girdi.
      -Olsun da hələlik belə olsun 18 yaşımda da pravasını alandan sonra sürər indi öyrənər
Mənə sonra həyətə çıxartdı ki maşını göstərdi qırmızı və çox gözəl idi .

      -Olsun da hələlik belə olsun 18 yaşımda da pravasını alandan sonra sürər indi öyrənərMənə sonra həyətə çıxartdı ki maşını göstərdi qırmızı və çox gözəl idi

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.


                                              [Lamborghini]
Sonra da nəsildəki hər kəs təbrik edib hədiyyə verdi . Maks yanıma gəldi və məni yenə digərləri kimi təbrik edib mənə 5 ayrı Kitab verdi hamısı bir - birindən gözəl idi . Çox qəşəng idilər ona içdən etdiyim təşəkkürdən sonra mənə gülümsəyib yanağımı sıxıb getdi .
     Maks yanımdan uzaqlaşan kimi yanıma Dustin gəldi.Gələn də ona qarşı göz süzdürdüm
Dustin
      -Lidya məni bağışla bütün etdiklərimə görə çox peşmanam nolar məni bağışla özümü ərgən kimi hiss etmişdim. Doğum günü münasibətilə də təbrik edirəm, yenə deyirəm bağışla məni VAllah çox peşmanam
  Özünü sıxdığını görürdüm ağlamamaq üçün amma gözləri doldu , onun bu etdiklərindən həqiqətən də peşman olduğu bilinirdi, onu bağışlamaq istəyirdim amma Fidel'i bağışladıqdan sonra intihar etdiyim yadıma düşdü amma oda sonralar peşman olmuşdu , mən ona bir şans daha versəm nə olacaq ? Şansımı yoxlamaq istəmirəm yenə ona bənzər hadisələr yaşamaq istəmirəm, mən heç yaşamaq istəmirəm amma ölməkdə istəmirəm. Bu həyatın ədaləti budur mənə bu qədər şeyləri yaşadıb hələ də dim dik ayaqda saxlayan Allaha çox şükür , amma canımı alsada bu əziyyətdən qurtulardım , bu yaşadıqlarımı qaldıra bilmirəm deyə bilmərəm çünki Allah qardıra bilməyəcəyimiz yükü belimizə yükləməz! Amma mən bunları qaldırmaq istəmirəm 16 yaşıma qədər o qədər şey yaşadım 17 yaşımın ilk günü heç keçirtmədiyim doğum günümü bu gün keçirirdim bu yaşımın mənə uğur gətirəcəyini fikirləşmirəm amma ümid edirəm. Mən bu düşüncələrin içində boğularkən Dustin məni qucaqladı və elə içdən bir qardaş kimi qucaqladı ki mən də qarşılıq verdim . Bizim bu qucaqlaşmağımızı Liam yanıma gələrək böldü . Üzümə böyük bir gülümsəmə ilə baxırdı sonra əlimi tutdu , heç kimdən eşitmədiyim cümləni mənə dedi . "Səni sevirəm" dedi mənə
Liam
      -Səni sevirəm Lidya , səni hər kəsdən çox sevdim səni gördüyüm ilk an anladım bunu səni səndən daha çox sevirəm . Doğum günündə təbrik edirəm , ümid edirəm ki bu yaşında birlikdə olarıq
  Mən bu sözlər qarşısında nə edəcəyimi, nə deyəcəyimi bilməz şəkildə gözlərinin içinə eləcə baxdım . Onun mənə "səni sevirəm " cümləsini qurarkən mənim ürəyimdə olan ağrını bilsə bu cümləni qurardımı?
    -Cavab vermə , fikirləş və bu da sənin hədiyyən
Deyib mənə qab uzatdı, açdığım da isə içində telefon çıxdı ilk telefonumu Liam almışdı, hədiyyə deyildə hədiyyənin o alması çox gözəl idi .
Liam
       - İçərisində nömrə var və mənim nömrəm də qeyd etmişəm.
  Ən son modelə oxşuyurdu ona təşəkkür etdim .Girib telefona baxdığım müddətdə ən başda qeydiyyatda olan Liam idi adını isə Sevimli Liam'ım  qoymuşdu , qeydiyyatda bütün nəsilim var idi Meri xanım, Demyan bəy ,6 qardaşım,xalalarım və onların uşaqları , dayım onun uşaqları , həyat yoldaşı, əmim və oğlu Bert , Gian bibim və onun 4 oğlu bir də Ceyms dayımın oğlu Rober Artman'ın həyat yoldaşı  var idi , ümumilikdə 26 nəfər var idi . O məni qucaqladıqda isə ondan əvvəl Dustin qucaqlamışdı amma ona bir qardaş hissi yaranmışdı içimdən amma o məni qucaqladığı müddətdə bütün bədənim yanırdı elə bil məni od , alovun içinə atmışdılar amma bu yanğı mənə xoş idi , onu heç cür buraxmaq istəmirdim , sanki onu sevirdim amma bilmirəm bu nə hissdir . Mənim bu qarmaşıq başa düşmədiyim hisslərim sən onu sevirsən deyirdi , deyəsən onu həqiqətən sevməyə başlayırdım bəlkə də birbaşa  sevirdim......
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

QARANLIĞIN içindəki AYDINLIQ Hikayelerin yaşadığı yer. Şimdi keşfedin