XXI bölüm

10 6 0
                                    

      Səhər gözlərimi " atamın"  məni oyandırması ilə açdım
Demyan bəy
      -Qızım sabahın xeyir , indi hazırlanıb tez aşağı enirsən yeməyini yeyib dərsə başlayırsan
   -Sənin də , nə dərsi səhər səhər özüdə
   - Müəllim gələcək indilik evdə keçiləcək dərslər sonra da kursa gedərsən hələ çox işin var
   -Offf - dediyim vaxt Demyan bəy gülümsədi- Yaxşı Demyan bəy otaqdan çıxsanız hazırlaşaram və dərs kitabları filan?
   -Stolun üzərindədir kitabların və defterlerin bir də Demyan bəy deməsən
   -Men sizə hələ öyrəşmişəm özüdə içimdən gəlmir
   -Yaxşı qızım buna sa şükür - deyib otaqdan çıxdı. O otaqdan çıxdıqdan sonra hər səhər etdiyim kimi yuyunub, geyinib, saçımı at quyruğu edib otaqdan çıxdım. Əynimə düz krem rəngi şalvar, qara rəng T-shirt, yeezy ayaqqabı geyindim . Bir şey əksik idi , bir boşluq var idi dünən də bu hiss var idi lakin çoxluq arasında fikir vermədim hiss etsəm də. Simiya mənə gülmür, Luniya isə mənasız şəkildə ümid vermirdi , çünki yox idi onları görmürdüm. Evin aşağı enmədən əvvəl olan kolidorda " Simiya , Luniya" deyə seslendim amma əks səs yox idi , onlar yox idi. İçimə həm bir hüzün hem də bilmədiyim yaxşı bir hiss yarandı, az qalsın kriz keçirəcəkdim amma özümü saxlaya bildim bu necə oldu , mən ilk dəfə idi ki səhər Simiya və Luniya'sız oyandım və daha da qəribəsi ilk dəfə kriz keçirmədən əvvəl buna əngəl ola bildim . Yanıma Benny'nin gəlməsi ilə fikrim dağıldı.
Benny
    -Sabahın xeyir bura da neyniyirsen gəl yeməyə da
    - Sənin də sabahın xeyir, hə mən də indi aşağı enirdim -dediyim də  əlimdən tutub birlik də aşağı endik, əslində bunu nə qədər qəbul etməsəm də bu insanlar mənim ailəm idi və içimdən bir hiss var idi ki bu ailə mənim həyatımı bərbad edəcəklər amma sonun da birleşeceyik , bu fikirlərimə Simiya indi qəh - qəhə atardı, ondan ötürü darıxdım ey . Yemək bitdikdən sonra müəllimənin gəlməsini gözlədim , otağa orta boy uzun sarı saçlı, göy gözlü, ciddi geyimli qadın girdi .
    -Mənim adım Anna'dır , sənin riyaziyyat, kimya və fizika muellimənəm , sən də Lidya olmalısan
   -Hə Lidya'yam tanışdığıma məmnun oldum.
   Bu kiçik dialoqdan sonra dərsə keçdik. Bu kimyadan başım çıxmırdı ey amma riyaziyyat və fizika mənlikdir . Axırki müəllim bu mövzunu başa sala bildi ya da ki mən başa düşə bildim . 2 saatdan sonra müəllim çoxlu tapşırıq verib üzümə bunların hamısı asandır deyə bir baxış atıb getdi . Hamısını bilirdim niyə tapşırıqları yazım ki?
   Bir müddət sonra Robert gəldi, bilmirəm çox kitab oxumaqdan yoxsa müəllimin yaxşı olmasından tez basa düşdüm. Coğrafiya, tarix və ədəbiyyat mənə bir az asan gəldi kimyaya nisbətən amma kimya da o qədər çətin deyildi .
Dört həftə bu formada keçdi artıq özümü bir az olsa bilikli hesab edirdim . 10- cu sinifin əsas dərslərinin hamısını keçmişdik . Demyan bəy mənim məktəbə gedə bileceyimi fikirləşirdi və artıq məktəbə getmək vaxtı gəlmişdi sabah məktəbə gedirdim . Bu səbəblə bu gün alış - verişə çıxdıq, çıxdıq deyərkən mən , Fidel , Ellis . Sport şalvar, Jordan ayaqqabı və oversize qəhvəyi rəngli T-shirt geyinib saçımı iki yandan tərs hörük hördüm . Hörməyi dəlixana da Sevgi xala öyrətmişdi. Evdən çıxarkən Liam'ı da gördüm, onu görən kimi sevindim , bu 4 həftə ərzində onunla çox yaxınlaşmışdıq , gecə gündüz danışıb, yazışırdıq . Bir yerə düşərkən çoxlu şəkillər çəkirdik , biz bunu dostça edirdik amma bu dostluqdan da ötə idi . Bizim dostluq dediyimizə insanlar sevgi deyirdi əslində, bunun sevgi olduğunu ikimizdə bilirdik amma ki....
    Məktəb üçün lazımlı hər şeyi aldıq, mənim gedəcəyim məktəb özəl bir məktəb olduğu üçün məktəbli formasını başqa bir yerdən aldıq, məktəbli formasını dəlixananın pəncərəsindən baxarkən uşaqların əynin də görürdüm ondan zəhləm gedirdi amma bu məktəbli forması qəşəng idi .

    Məktəb üçün lazımlı hər şeyi aldıq, mənim gedəcəyim məktəb özəl bir məktəb olduğu üçün məktəbli formasını başqa bir yerdən aldıq, məktəbli formasını dəlixananın pəncərəsindən baxarkən uşaqların əynin də görürdüm ondan zəhləm gedirdi amma bu mə...

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

                                         [Məktəbli forması]
Özümü birinci sinifə gedirmişcəsinə hiss edirdim . Bu qəşəng hissin arxasında bir pis şey gizlənirdi , Liam mənim bu həyəcanıma gülürdü. Mən isə onun üzünü güldürmək həm də o gözəl gülüşünü görmək üçün bu heyecanımı gizləmirdim. Əlimə fürsət düşən kimi yenə şəkil çəkdim , o bundan bezmirdi əksinə xoşuna gəlirdi . Bu qədər yaxın olmağımıza qardaşlarım gülürdü, amma bir Fred bizi bir birimizdən uzaq tutmaq istəyirdi. Özündən bu etdiklərinin səbəbini soruşduğum vaxt isə mənə məni bir başqasından qisqandığını və mənə qardaşlıq etmək istədiyini demişdi . Mən heçnə deməsəm də xoşuma gəlmişdi bir yandan da əsəb olmuşdum. Liam'la çəkdiyim üzümüz görünməyən bir şəkil çox xoşuma gəldiyi üçün ekran şəkili etdim .

                                              [Ekran şəkili]Son dəfə dərslərə göz keçirib tezdən yatdım, nəticə də sabah məktəbə gedəcəm tezdən oyanım

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

                                              [Ekran şəkili]
Son dəfə dərslərə göz keçirib tezdən yatdım, nəticə də sabah məktəbə gedəcəm tezdən oyanım. Yatmadan əvvəl yenə
boş - boş Liam ilə yazişdım . Gözlərimi qapaltdığım an özümü qəribə bir yerdə gördüm. Əynimde ağ paltar var idi . Qarşım da isə onlar....
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

QARANLIĞIN içindəki AYDINLIQ Hikayelerin yaşadığı yer. Şimdi keşfedin