Məsələni tez dəyişən kimi ona həmin məsələyə geri dönmesini istedim amma o məni yola verdi. Danışdığı məsələ mənim ailəm yəni ögey ailəm ilə bağlı idi və ölümlə...
Nə etdimsə həmin məsələyə geri dönmədi ona dalbadal suallar ünvanladım.
-Sən mənim ailəm haqqda nə bilirsən?
-Heçnə nə bilməliyəm ki ?
- Axı bayaq o məsələn-
-Heç nə demirdim ,səhvən ağzımdan çıxan söz idi.
-Heç vaxt bu sözə inanmıram çünki,kim mənə "səhvən ağzımdan çıxdı elə bir şey yoxdur" deyəndə sonunda həmin sözün yalan olduğu ve büyük bir hadisə ilə əlaqədar olduğunu başa düşürəm. Nəysə hələlik demə onsuzda her gizlin məsələ bir gün üzə çıxır, sən mənə demirsən amma Allah həmin məsələni üzə çıxaracaq təkcə vaxt lazımdır amma o qədər de mənim üçün önəmli olmadı, sən danışmağa davam et.
- Yaxşı - deyərək kəsdiyim sözünü davam etdirdi. Bir anlıq dayandı "sən niyə mafiyalara nifrət edirsən? yəni mafiyalıq düzgün olmasa belə insanların nifrətini qazanacaq bir peşə də deyil , düzdü bir az nəysə, təkcə sənin nifrətin normal bir insanın müddətindən daha da artıqdır " bu sözə qarşı beynimdə ki, mən danışmağa başladı"sən onsuz da normal deyilsən canım ən yaxşısı onu dinləmə və cavab vermə özün üçün yaşa , gələcəyin üçün yaşa " deyib boş - boş güldü mən də özümü saxladım ki , gülməyim amma özümü sıxarkən yenə de üzümdə bir təbəssüm yarandı. Nəyə güldüyüm onun üçün maraqlı gəldiyindən əmin idim çünki, mənə "nəyə gülürsən?" demədi amma baxışlarından başa düşdüm. Amma vecimə almadım əgər sual olaraq versə idi onda nə üçün güldüyümü deyərdim amma indi nəyə özümü yorum.
"Cavab verməyəcən?"
"Sual nə idi?)
"Nəysə, eynən sənin dediyin kimi bu da üzə çıxar"-dediyi vaxt mənim ağlıma məşq gəldi, məşqə getmək vaxtım çatmışdı bunu ona deyib öz otağıma getdim və məşq üçün hazırlaşdım .
Məşqdən çox yorğun qayıtmışdım amma evə gəldiyim vaxt evdə qonaqlar olduğunu gördüm. Məni görmələri ilə susmaları bir oldu nə danışdılar da eşidə bilmədim. Amma heç də vecimə deyildi ,bu aralar bu hallarda artmışdı. Çox yorğun olduğum üçün gülərüzlə "salam" verib yorğun olduğum üçün yatmaq istədiyimi bildirib otağıma qalxdım. Nə qədər də yorğun olsam amma yuyunmalı idim deyə yuyunub rahat paltarlar geyinib yatdım.
Oyandığımda isə qarşımda qardaşım Benny var idi. Benny'nin qarşısında isə bir oğlan daha var idi amma tanımırdım. Benny bu oğlana Jenny deyə səslənəndə bir anlıq ad oxşarlığı ilə mənasız şəkildə gülməyim tutdu. Benny məni bu oğlanla tanış edicəkdi ki, birdən bir atəş səsi gəldi. Park kimi yerdə olduğumuz üçün atəşin göyə edildiyi göründü. Benny ilə Jenny'nin üzləri ağardı və Benny "Lidya'yı qoru ,gedin gizlənin mən buranı həll edəcəm" Jenny'ə dedi . Jenny tələsik şəkildə qolum tutub məni başqa bir yönə doğru apardı. Bu vəziyyətdə heçnə deyə , sual verə və ya etiraz edə bilmədim. Mən orada qalıb nə baş verdiyini nə üçün məni gizlətmələrə çalışdığını öyrənmək istəyirdim. Amma bunu etsə idim həqiqətən özümü "cringe" hiss edərdim ,yaxşı ki, etmədim. Jenny' ə "burada nə baş verir?sən kimsən?mən niyə buradayam?Onlar kim idilər?Məni niyə gizlədir və ya belə deyim qoruyursunuz?" sualları dalbadal dediyim üçün Jenny bir anlıq dayandı "gəl buradan gedək sonra olanların hamısını sənə aydın şəkildə başa salacam ,amma bir buradan gedək onlar səni görməsinlər. Mənim ağlımı bir azda qarışdırdı amma o dediyi insanlar məni görməmələri gərəksə demək təhlükəli adamlardır. Təhlükəni, aksiyonu çox sevirəm. Jenny'nin üzünə daha da diqqətlə baxdığım da isə üzü çox tanış gəlməyə başlamışdı sanki nə vaxtsa görmüşəm,sanki mənim nəyimsə olurdu . Park tərəfdən çox uzaqlaşmışdıq amma görünməyən tərəfdə idik və aralarında nə isə mübahisə getdiyini buradan eşidilirdi. Hava buludlu olduğundan parkda çox insan yox idi. Olanlarda getmişdilər qorxudan ,sadəcə Benny hə o heç bir şəkildə üzlərini görə bilmədiyim üç kişi və bir qadın var idi. Birdən bir atəş səsi daha eşidildi və ardından Benny'nin bir anlıq fəryadı . Parkdan çox uzaq olmadığımız və onların olduğu yer görünə bilən olduğu üçün hər şey aydın görünürdü amma bir onları görə bilmirdim çünki, üzlərini dönmüşdülər. Benny yerə yığılmağa başlayanda mənim sol gözümdən yaş axmağa başladı və qaçıb Benny'nin yanına getmək istəyirdim amma Jenny icazə vermədi və onun da burnu qızarmışdı və bilinirdi ki, ağlamağını gizlətmək istəyirdi. Onlar da qaçıb gedən kimi biz Benny'nin yanına getdik . Benny qanlar içində yerdə yatırdı. Bu dəfə Jenny göz yaşlarını saxlaya bilməyib buraxdı. Mənim göz yaşlarım önümü görməyə imkan vermirdi,dəli kimi ağlayırdım.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ŞİMDİ OKUDUĞUN
QARANLIĞIN içindəki AYDINLIQ
Novela JuvenilQaranlığa qərb olmuş qızı Aydınlığa çıxaran SEVGİ