Dördüncü mərtəbə

266 2 2
                                    

Burada dayanıb fikrə getdi. Bəlkə gələcəkdə hər
şey yenə gözəl ola bilər?.. Bəlkə düzələ bilər hər
şey? Hə?.. Dərhal bu fikirləri beynindən qovdu.
Gələcək həyatın gözəlliyi barədə xülyalara
dalmaq olmaz. Bu, müvəqqəti olaraq, aldadıcı təsir
edə bilər. Birdəfəlik qəbul etmək lazımdır ki,
gələcəkdə yaxşı heç nə yoxdur. Və daha ola da
bilməz. Ən düzgünü, artıq keçmişdə qalanlar barədə
düşünməkdir.

Akif yaşadığı Kazan şəhərindən iyun ayının ortalarında zəng
vurdu. Ayın neçəsi idi o gün?.. Nə isə!.. Bunun heç bir fərqi yoxdur.
Kefi yaman kök idi, deyəsən. İbrahim beş ildən çox idi səsini
eşitmirdi onun. Amma Akif elə danışırdı ki, sanki, bir həftə əvvəl
ayrılmışdılar.
- Salam, ay bacanaq! Necəsən? Kefin-əhvalın necədir?
Akifin səsini eşidəndə sevindi. Bəlkə də ona görə ki, bu səsdə
dünyanın, həyatın gözəlliyindən soraq verən bir çalar var idi. Dərdisəri olmayan, həyatından razı insanlar başqalarına da həmişə müsbət
enerji verirlər. Həyatlarından, gün- güzəranlanndan narazı qalanlar
isə ətrafdakılara da yaxşı heç nə verə bilməzlər.
Hə, özündən asılı olmayaraq sevinc bürüdü içini. Həm də ona
görə ki, çoxdandır qohumlardan, dostlardan, tanışlar dan uzaq düşmüşdü. Təkcə İbrahim yox, əslində, hamı belə idi.
İnsanlar get-gedə ünsiyyətdən uzaqlaşırdılar. Hər kəs hörümçək kimi
tor qurub öz yuvasına çəkilmişdi və gündəlik yeməyi üçün ovunu
gözləyirdi. İstər sevinci, istər kədəri yaxınlarla paylaşmaq adəti yavaş-yavaş yox olub gedirdi. Hamı bir-birinə yad olmuşdu.
Üzü əməlli-başlı güldü:
- Salam, Akif! Səndən nə əcəb bizi yad eləmisən?
- Ə, yaxşı görək! - Akif ərkyana acıqlandı. - Mən həmişə səni
yad eləmişəm. Nə olub, heç beş il deyil ayrıldığımız. Münəvvər
xala necədir? Fəridə bacım, uşaqlar necədirlər?
- Sağ ol, yaxşıdırlar. Cəmilə necədir? Rafət, Kamilə?
- Onlar da yaxşıdırlar. Salamları var. Bilirsən niyə zəng
vurmuşam?
- Bilmirəm, amma əcəb eləyib zəng vurmusan. İnan ki, çox
sevindim.
- Bizim ikimizin bir gülməşəkər qaynımız var da, bilirsən
yəqin. Ömər adında...
- Hə! - İbrahim onun zarafatına ürəkdən güldü.-
- Həmin bu Ömər bəy oğluna toy eləyir, axı!?
- Hə, bilirəm. İki həftədən sonra olmalıdır təxminən.
- Bizi də çağırıb toya, - Akif dedi. - Mənim də ağlıma yaxşı
bir fikir gəlib. Daha doğrusu, əvvəl Cema dedi bunu. Fikirləşdik
ki, gəlib bir ay Bakıda istirahət edək. Uşaqlar gör nə vaxtdandır
görmürlər Bakını. Elə özüm də yaman darıxmışam. Deyirlər,
bizdən sonra xeyli gözəlləşib şəhər.
- Gəlin də... - İbrahim mütləq belə deməliydi və ona görə də
heç düşünmədən belə dedi. - Gözümüz üstə yeriniz var.
- Yox, bacanaq, səni xərcə salmaq istəmirəm. Sadəcə,
səndən bir-iki xahişim olacaq.
- Nə xahiş?
- Sən bizim üçün bir dənə dördotaqlı mənzil tut. Başa
düşürsən də, bir aylıq kirayə. Yaxşı mənzil olsun. Orada bir ay
sizin ailə ilə bir yerdə yaşayarıq. Cema belə istəyir. Yəni, hər gün bacısıyla bir yerdə olmaq üçün. Hə, nə deyirsən?
- Nə deyəcəm... Necə istəyirsiniz, elə də olsun.
İbrahim bunu dedi və dərhal da fikirləşdi ki, əziyyətlə yığıb
topladığı üç min manat pulun azı beş yüzü tutulan mənzilin kirayə
haqqına gedəcək. Amma qonaqları öz mənzilində də saxlaya
bilməzdi. Bu mümkün deyildi. Birlikdə götürəndə doqquz adam, üç
balaca otaq...
- Səndə nə maşımdır indi? - Akif soruşdu.
- Elə həminki «Jiquli»dir...
- Hə?... Onda onu hələlik çək qoy bir yerə. Bir ay müddətinə iki
dənə maşın kirayəyə götür. Ciplərdən olsun ikisi də. Mən burda indi
«Leksus» sürürəm. Çalış, mənim üçün ondan götür, özünə də
hansından istəsən. Kəndə də gedəcəyik axı!? Mütləq ikisi də
ciplərdən olsun. Qiymətinə-filana baxma.
Deməli, hər şeyin xərcini Akif özü çəkmək istəyirdi. Yoxsa bu
avtomobil məsələsini İbrahimə belə ərklə tapşırmazdı.
Akif, sanki, onun ürəyini oxumuşdu:
- Yaxşılarım kirayələ, gələn kimi pulunu verəcəm.
- Arxayın ol, əşi!
- Bax, İbrahim, mən istəyirəm ki, bu bir ayımız yaddaqalan olsun.
Cema da, uşaqlar da razı qalsınlar. Sən də bir başını işlət görək, nə
eləmək olar daha. Hər halda, orada yaşayırsan.
İbrahimin birdən-birə ağlına gəldi ki, bu nəsə yaxşı alınmır.
- Bura bax, Akif, - dedi, - Mən sizin üçün yaxınlıqda ürəyiniz
istəyən bir mənzil tutum. Ya oteldə yer danışım, siz orada qalın, biz
də öz mənzilimizdə. Sonra tez-tez görüşüb gəzməyə gedərik. Əslində,
deməliyəm ki, gəlin bizim evdə qalın, amma bu sizə zülm eləmək
olardı. Biz Özümüz bura güclə sığırıq.
- Sən nə danışırsan, bacanaq?! - Akifin səsində inciklik duyuldu.
- Sənə necə deyirəm, elə də et! Vallah, inciyərəm.
Mən istəyirəm ailəm bir ay Bakıda keflə istirahət eləsin, həm də
sizinlə bir yerdə olaq. Başqa kimə deyim bunu? Kimim var orada,
qurban olum sənə? Həm də, dedim axı, Cema belə istəyir. İndi sənin
fikrin mənim günümü burada qara elətdirməkdir?
Yox, bu Akif dediyini, onsuz da, elətdirəcəkdi. Ona söz
çatdırmaq, fikrindən döndərmək mümkün deyildi.
- Yaxşı, Akif, sən necə istəyirsən elə də olsun. Nə vaxt gəlmək
fikrindəsiniz?
- On günə, inşallah! Bir-iki gün qabaq zəng vurub, dəqiq vaxtı
deyəcəm, bizi aeroportda qarşılayarsınız.
- Oldu! Gözüm üstə!
- Fəridə bacı yanındadır? Cema onunla danışmaq istəyir.
-Yox, mən işdəyəm. Taksidə.
- Taksi işlədirsən yenə? - Akifin səsində təəssüf duyuldu.
-Hə... İndi boşam. Dayanacaqdayam.
- Allah sənə kömək olsun, taksi ilə necə dolanırsan?
-Niyə ki... - İbrahim azacıq pərt oldu. - Pis dolanmırıq, Allaha
şükür. Fəridə də məktəbdə işləyir.
- Yaxşı, görüşərik, bacanaq! Dediklərim yadından çıxmasın.
Yaxşı bir mənzil tut, soyuducunu da əvvəlcədən ye- mək-içməklə
doldur.
-Arxayın ol...
- Görək də neyləyəcəksən. Mən kənddə qalmaq istəmirəm.
İstəyirəm uşaqlar Bakıda doyunca gəzsinlər. Dənizə gedək...
- Əşi, dedim arxayın ol! - İbrahim də ərklə səsini qaldırdı. - Az
danış daha, telefonunda pul qurtaracaq. Gələndən iki gün qabaq
xəbər ver. Hələlik!
- Ay səni İbrahim! - Akif qəhqəhə çəkdi. - Mənim pulumun
dərdini çəkmə. Hələlik!
Yox, deyəsən, Akifin maddi durumu İbrahimin fikirləşdiyindən
də yaxşı idi. Nə olar, təki olsun. Allah bir az da artıq eləsin!..
Telefonu söndürüb yerinə qoyandan sonra, elə «Jiqu- li»sinin
sükanı arxasında oturduğu halda uşaqlıq illərini xatırladı. Kənddə
keçən uşaqlıq illərini...
Akif, onun ata-anası... Necə qayğısız günlər idi o günlər...
Fəridənin kiçik bacısı Cəmilə... İndi Cema olub. Əndamın yanmasın
sənin, ay Cəmilə!.. Gör bir illər necə də tez gəlib-keçirmiş.
Amma, kim nə deyir-desin, insan ömrü çox uzundur. O qədər uzun
ki, insan qocalıb ölənə kimi neçə fərqli ömür yaşayır. Elə İbrahim də
indiyədək neçə ömür yaşamışdı. Uşaqlıq ömrü, tələbəlik illəri, sonrakı
illər, bu gün... Bunlar hamısı fərqli ömürlər idilər. Çox hadisələr o
qədər uzaqda qalmışdı ki, artıq unutmuşdu onları. Uşaqlıq ömrünü yaşayan o İbrahim tamam başqa adam idi sanki, indiki İbrahim başqa...
O tamam başqa cür düşünürdü. Dünya da, insanları da başqa cür
görürdü. Və həmin ömür daha gözəl bir ömür idi...
O yay İbrahimə sevinc dolu unudulmaz günlər gətirdi. Atasının
əsgərlik yoldaşı Zakir əmi öz ailəsi ilə Bakıdan bu uzaq rayona qonaq
gəlmişdi. Zakir əmi, arvadı Məlihə xala və oğlu Akif. Akifin onda on
beş yaşı var idi. Amma nə vaxtsa bir dəfə təkrar sinifdə qaldığı üçün
o da həmin yay İbrahim kimi səkkizinci sinfə keçmişdi.
Bu şəhərli qonaqlar kənddə bir aydan çox qalacaqdılar və
İbrahimgilin həyatına əsl yenilik gətirmişdilər. Qonaqlara görə ailənin
adətlərində də, qayda-qanunlarında da bəzi dəyişikliklər edilmişdi.
Məsələn, o vaxta qədər İbrahimgil yayda da səhər yeməyini evin
içində yeyirdilər. Amma Zakir əminin təklifi ilə elə ilk gündən
həyətdə, iri qoz ağacının altındakı masada süfrə açıldı.
Hər səhər yataqdan birinci İbrahimin atası qalxardı. Sonra anası və
İbrahimin özü. Çiçək isə anasının bir neçə dəfə dümsükləməsindən
sonra dururdu. Anası inəyin südünü sağan kimi atası mal-qaranı, qoyun-quzunu aparıb örüşə qoşurdu.
İbrahim tövlənin döşəməsini kürüyüb təmizləyirdi. Çiçək
bulaqdan su gətirib həyətdəki samovarı qaynadırdı. Anası südü
bişirirdi. İbrahim qoz ağacının altındakı masanın üstünə tökülmüş
yarpaqları, toz-torpaq qırıntılarını həvəslə silib-süpürürdü.
Yalnız bundan sonra qonaqlar yuxudan ayılıb həyətə enirdilər.
Məlihə xala nazlı yerişlə qoz ağacına vurulmuş əlüzyuyana
yaxınlaşıb çılpaq qollarını, üzünü, yarıaçıq sinəsini yuyurdu.
Mütləq İbrahimi salamlayıb kefini soruşurdu:
- Sabahın xeyir, İbrahim. Necəsən?
Ona elə gəlirdi ki, dünyada heç kəs «necəsən» kəlməsini bu
qədər şirin tələffüz edə bilməz. Utancaq görkəm alıb:
- Sabahınız xeyir. Yaxşıyam. Çox sağ olun. - deyirdi.
Məlihə xala əl-üz dəsmalı ilə qurulanıb saçlarına əl gəzdirirdi.
Sonra masaya yaxınlaşıb süfrənin düzəldilməsində İbrahimin
anasına kömək edirdi. Kim bilir, bəlkə də elə buna görə o günlər
süfrə arxasında oturub yemək yemək, çay içmək İbrahimə daha
çox ləzzət verirdi.
Sonra Zakir əmi suyu ovcuna doldurub şappıltıyla üzünə
vuraraq yuyunurdu. Daha sonra Akif tənbəl-tənbəl üz- gözünü
isladırdı. İbrahimin atası Tariyel müəllim hər səhər qonaqlarının
salamını alıb, onlara mütləq eyni sualı verirdi:
- Necə yatdınız?
- Lap əla! - Zakir əmi ucadan səslənirdi. - İnan, Tariyel,
Bakıda olsaydıq səhərə kimi istidən, ağcaqanadın əlindən yata
bilməyəcəkdik. Vallah siz cənnətdə yaşayırsınız. Əsl cənnətdi
bura!
İbrahim o vaxt onun bu sözlərini hörmət xatirinə deyilən
sözlər kimi qəbul edirdi. Ömründə kənddən, rayondan çıxmayan
uşaq düşünürdü ki, Bakı kimi böyük və gözəl şəhərdə yaşayan
bu adamlar belə sadə kəndin uzaqbaşı ancaq təmiz havasını
tərifləyə bilərdilər. Çünki, hər şeyin ən yaxşısı, sözsüz ki,
Bakıda idi. Evin-eşiyin də, yemək-içməyin də...
İbrahimin şəhər və şəhərlilər barədə bildikləri yalnız sonradan
dəyişikliyə uğradı. Həmin ilin payızında Bakıya gedib Zakir əmigildə
qonaq olmuş atası gəlib danışdı ki, Akifgil şəhərdə köhnə bir
məhəllədə olurlarmış. Bir həyətdə altı- yeddi ailə yaşayırmış. Həyət də
nə həyət, balaca, darısqal. Bir dənə ağac, ya kol, ya adicə göyərti
əkməyə torpaq görünmür. Hər yer zir-zibilli olduğu üçün üfunət iyi
ətrafı bürüyüb.
İbrahim özü də neçə illər sonra o vaxt pərəstiş etdiyi adamların
necə adi, sıradan biri olduqlarını anladı. Zakir əmi kiçik ət dükanında
qəssab işləyirmiş. O vaxtdan xatirə qalmış bır fotoda hər iki ailə bir
yerdə idi. Zakir əmi elə bu fotoda da əsl qəssaba oxşayırdı.
Onun əvvəllər ideal hesab etdiyi və az qala vurulduğu Məlihə xalada adi bir qadın idi. İbrahimin anası ondan yaraşıqlı imiş, əslində.
"Ticarət mərkəzində işləyirəm" deyə özünü təqdim edən Məlihə xala
bazardakı pal-paltar dükanında satıcı işləyirmiş. Səhərdən axşama kimi
ayaq üstə dayanıb, müştərilərə paltar geyindirir, şirin dilini işə salıb
malını tərifləyirmiş. İbrahim sonradan belə qadınları çox gördü və
uşaqlıq xatirələrindəki Məlihə xalanı xəyalında bu cür canlandıra bildi.
Hələ bu harasıdır?.. İbrahim sonralar ata-anasının söhbətindən
eşidib bildi ki, onun «sevimli» Məlihə xalası erməni imiş... Yox. daha
doğrusu, bu qadının anası erməni olubmuş...
Əslində, artıq kənd sakinlərinin, o cümlədən Gülyanaq xalagilin də
bildikləri bu xəbər ilk dəfə İbrahimi çox sarsıtdı. Heç cür inana bilmirdi
ki, bir vaxtlar onun başını sığallayıb şirin dillə «necəsən?» deyən qadın
onun Vətəninə, xalqına düşmən kəsilmiş, torpağına göz dikmiş xain
millətin qanını daşıya bilər.
Böyüyüb ağlı kəsəndən sonra isə bu məsələyə ciddi önəm vermədi.
Bildi ki. belə qanşıq nigahdan doğulanlar az deyil ölkədə. Bu yaxşı idimi, pis idimi, bu barədə də baş sındırmırdı.
İnsan dünyaya kimin tərəfindən və niyə gətirilməsi barədə
günahlandırıla bilməzdi axı!? Bir də ki, Məlihə adlı o qadın,
onsuz da, hələ anasının erməni olduğunu bilmədən İbrahimin
gözündən düşmüşdü...
Amma o vaxt Akifin anası Məlihə xala, İbrahimin fikrincə,
təkcə onun üçün yox, bütün kənd əhli üçün göydən enmiş
mələk kimi bir şey idi. Əynində nazik qəhvəyi parçadan şalvar,
qolsuz köynək, şəhərlilərə məxsus fərqli danışıq tərzi, nazlı
yeriş... O vaxt İbrahimə çox əsrarəngiz, əlçatmaz görünən,
əslində isə ucuzbəsər ətir qoxusu...
Məlihə xala İbrahimin anasıyla müqayisədə bir az ətli idi.
Dərisi də ağappaq... Bir gün həyətdə oturub çılpaq ayaqlarını
sərin su ilə yuyurdu. Bu zaman İbrahim onun ətli, ağ budlarını
dizlərindən bir qarış yuxarıyadək gördü. Çox qəribə hisslər
keçirdi onda. Həm utandı, həm sevindi, həm qürurlandı, həm
də hiss elədi ki, bu qadın ona daha da doğmalaşıb. Anladı ki,
Məlihə xalada görə biləcəyi ən son naməhrəm yerləri görüb
və bundan yuxarıdakı gizli əraziləri görmək dünyada heç kəsə
qismət ola bilən bir şey deyil. Əlbəttə, Zakir əmidən başqa...
Yox, o Məlihə xalanı Zakir əmiyə qısqanmırdı. Onların
hər ikisi, daha doğrusu, Akiflə birlikdə hər üçü İbrahim üçün
yaxın, əziz adamlar idilər. Amma Məlihə xalanı bütün yadlara
qısqanırdı. Hətta qadınlara da...
Məlihə xala hərdən kəndin o biri başında olan bulağa
getmək istəyirdi və bu zaman İbrahim onu qətiyyən tək buraxmırdı. Onunla bulağa gedib-qayıdırdı. Sanki, kimsə
küçədə Məlihə xalaya söz ata bilərdi. Bulaqda Bahar adlı
qadınla rastlaşan Məlihə xala dayanıb onunla xeyli şirin
söhbət edirdi və İbrahimi açıq-aşkar qısqandırırdı. Onun
fikrincə, Məlihə xala onların qonağı idi və bu kənddə yalnız
onlarla mehriban danışıb yaxın münasibət qura bilərdi. Bahar xala isə Məlihə xala ilə hər belə söhbətdən sonra onun üçün kənd məhsullarından pay gətirirdi. Təndir çörəyi, nehrə yağı,
şor, təzətər xiyar, pomidor...
Məlihə xala bu əliaçıq və avam qadına çox çətinliklə anlada
bildi ki, ona belə məhsullardan gətirmək lazım deyil. Çünki, həmin
təamlardan İbrahimin anası, onsuz da, süfrəyə artıqlaması ilə
qoyurdu. Deməli, qonaqlara elə şey gətirmək lazım idi ki, tez
xarab olan məhsul olmasın, payızda Bakıya qayıdanda onu
özləriylə apara bilsinlər.
Bunu gec də olsa anlayan Bahar xala Akifin anasıyla hər şirin
söhbətdən sonra ona meyvə qurusu, balonlarda müxtəlif tutmalar,
bankalarda mürəbbələr, turşu, lavaşana və bu kimi başqa şeylər
gətirməyə başladı.
Fəridəgil Ibrahimgillə həyət qonşusu idilər. Hətta iki həyət
arasındakı alçaq çəpərin bir yerindən yol açmışdılar və buradan
bir-birlərinə gedib-gəlirdilər. Yayda Fəridənın və bacısı
Cəmilənin günü az qala bu biri həyətdə keçirdi. Onlar əsasən
Çiçəklə söhbət etməyə, ya nəsə oyun oynamağa gəlirdilər. Anası
Çiçəyi qonşuya az-az buraxırdı. Deyirdi ki, qız uşağı başqa
qapılarda gəzməz. Bir də Ömər gəlirdi hərdən İbrahimin yanına.
Hə, Məlihə xala Fəridənin anası Gülyanaq xala ilə də
dostlaşmışdı. Daha doğrusu, onunla yox, qızı Cəmilə ilə. Tez-tez
onun başını sığallayır, mehriban sözlər deyirdi. Beləliklə,
Gülyanaq xala da qonşusunun mehriban, şirindil qonağına paypüş gətirməyə başladı. Yumurta, xiyar-pomidor, gavalı, ərik, alça
qurusu və sair...
Elə İbrahimin öz anası da həyətdə hazırladığı məhsullardan
qonaqlarına mütləq pay ayırırdı. Bunu ya özü edirdi, ya da qonağı
diliylə istəyirdi. Məsələn, anası tutdan doşab çəkəndə Məlihə xala
onun başının üstündə durub, gülə-gülə deyirdi:
- Bundan bacına bir balon verəcəksən, ya yox?
- O nə sözdür? - anası deyirdi. - Əlbəttə, verəcəm. Qurbandı
sənə hamısı.
Ancaq İbrahim istəyirdi ki, anası Məlihə xalaya hər şeydən və
daha çox pay versin. Hətta bəzən anasından ürəyində əməlli-başlı
inciyirdi. Məsələn, anası niyə beş banka çiyələk mürəbbəsi bişirdiyi
halda ondan Məlihə xalaya təkcə bir bankasını verir?..
O yay Yasəf də onların həyətinə dadanmışdı. Kəndin bələdiyyə
sədri Ayazxanın oğlu Yasəf... İyirmi beş-otuz yaşı olardı o vaxt. Nə
işlə məşğul olduğu düz-əməlli bilinmirdi. Öz «Volqa»sı ilə tez-tez
şəhərə gedib-gəlirdi. İbrahimin atasıyla yaxınlığı da bu maşınla
bağlı olmuşdu. Yasəf hərdən Tariyel müəllimi öz maşınında rayon
mərkəzinə aparır, bəzən də onun tapşırdığı şeyləri özü oradan alıb
gətirirdi.
Ortaboylu, sarışın bu adamın üz-gözündən, sanki, biclik
tökülürdü. Amma İbrahimin ilk vaxtlar arası yaxşı idi onunla.
Çünki, evlərinin qabağına maşınla gələndə, İbrahimi sükanın
arxasında otuzdurub, icazə verirdi ki, beş-on metr sürsün.
Məlihə xalagil onlara qonaq gələndən sonra isə İbrahim
Yasəfın bu həndəvərdə görünməsini istəmirdi. Amma Yasəf indi bu
həyətə daha tez-tez gəlməyə başlamışdı. Səhər açılan kimi
darvazanın ağzını kəsdirir, İbrahimin atası onu çaya dəvət edər-etməz, keçib qoz ağacının altındakı masanın arxasında otururdu.
İbrahim artıq hiss etmişdi ki, o süfrə arxasında oğrun- oğrun
Məlihə xalanı süzür. Ən dəhşətlisi isə o idi ki, Məlihə xala da
onunla mehriban rəftar edirdi.
Bir gün İbrahim süfrə arxasında bir söhbətin şahidi oldu və
həmin söhbətdən sonra, o vaxtadək mərd və cəsarətli adam hesab
elədiyi Zakir əmidən, azacıq da olsa, incidi. Deməli, danışıq
əsnasında məlum oldu ki, Yasəfın Bakıda yaşayan əmisi, Zakir
əmigilin yaşadığı ərazinin polis sahə müvəkkili imiş. Bunu
öyrənən Zakir əmi birdən-birə dəyişdi. Yasəflə daha xoş, daha
mehriban danışmağa başladı. Onun uçastkovı əmisini tərifləyib
göylərə qaldırdı. Dedi ki onun tayı-bərabəri yoxdur, çox mədəni, qabiliyyətli, xeyirxah
insandır. Öz ünvanını və telefon nömrəsini Yasəfə verib bildirdi ki,
Bakıya yolu düşəndə onun evinə gəlməsə inciyər.
Əlbəttə, bu tanışlıq İbrahimi qısqandırdı. Zarafat deyildi, Məlihə
xalagil Yasəfin timsalında özlərinə yeni bir yaxın adam tapmışdı.
Deməli, Yasəf nə vaxtsa onların evində qonaq olacaqdı, Məlihə xala
öz zərif əlləriylə dəmlədiyi çayı bu kürən zırramanın qarşısına
gətirəcəkdi...
Amma bir azdan Yasəf durub getdi və onda Zakir əmi tamam
başqa şeylər danışmağa başladı. Dedi ki, bu gədənin əmisi kimi əclaf
adam yer üzünə gəlməyib. Guya işlədiyi ət dükanında Zakir əmiyə göz
verib - işıq vermirmiş.
Bu sözlərdən İbrahim əvvəlcə bir az toxtaqlıq tapdı. Deməli, hər
halda, Yasəf bu ailənin sevimli qonağı ola bilməyəcəkdi. Amma sonra
dərhal xoşagəlməz bir fikir bürüdü qəlbini. Fikirləşdi ki. Zakir əmi
niyə əmisinin pisliyini Yasəfin üzünə demədi. Yaxşı, əgər bunu
demək çətin idisə, heç olmasa, yalandan tərifləməyəydi o adamı.
O vaxt İbrahim belə şeyləri dərindən anlayacaq yaşda deyildi.
Amma öz uşaq ağllyla onu dərk elədi ki, sevimli Zakir əmisi Bakıdakı
o kişidən qorxur.
İbrahimgilin evləri kəndin kənarında yerləşirdi və həm də meşəyə
çox yaxın idi. Həyətdən təxminən yüz-yüz əlli metr aralıda olan
Yovşanlı təpəyə qalxanda ucsuz-bucaqsız meşələr adamın ayaqları
altında qalırdı. Buradan baxanda qonşu kəndlər və hətta qonşu
dövlətin torpaqları da görünürdü.
İbrahim Məlihə xalagili bir neçə dəfə sevinc və fəxarət hissi ilə bu
təpəyə aparmış, əlini qabağa uzadaraq görünən kəndlərin və birbirlərinə söykənmiş dağların adlarını sadalamışdı.
Hə... O gün İbrahimin xatirəsində özünə ömürlük iz salmışdı...
Günortadan sonra atası ilə Zakir əmi qoz ağacının altında oturub nərd oynayır, Yasəflə Məlihə xala isə onların oyununa
tamaşa edirdilər.
Fəridə ilə Cəmilə yenə Çiçəyin yanına gəlmişdilər. Akiflə
İbrahim də onlara qoşulmuşdu və nəsə maraqlı bir oyun
oynayırdılar. İbrahimin anası bir az kənarda qurulmuş odun
sobasının üzərindəki dovğa qazanını bulayırdı.
Bir azdan Yasəf ayağa qalxdı. Evdə vacib işi olduğunu deyib,
sağollaşaraq getdi. Daha bir neçə dəqiqə sonra Məlihə xala da
qalxdı.
- Yaman darıxdım. Təpəyə çıxıb bir az gəzəcəm. - dedi və
əynindəki nazik xalatın ətəyini yellədə-yellədə öz nazlı yerişiylə
həyətin yuxarısındakı ikinci qapıya doğru addımlamağa başladı.
Onun sözlərinə heç kəs münasibət bildirmədi. Nərd oynayanların başı oyuna möhkəm qarışmışdı. Qadının arxasınca
baxan İbrahim oyunu buraxıb onunla getmək üçün ayağa qalxdı.
Amma maraqlı əyləncəni yarımçıq qoymaq istəməyən Akif ona
mane oldu:
- Hara gedirsən?
- Məlihə xala təpəyə gedir..
- Nə olsun!? Mamam özü yolu yaxşı tanıyır. Gəl otur,
oyunumuzu oynayaq.
İbrahim daha deməyə söz tapmadı və könülsüz də olsa, oturub
oyuna davam etdi. Amma heç on dəqiqə keçməmişdi ki, anası
onu səslədi:
- İbrahim, dur bura gəl!
Qalxıb, tüstüsü qonaqlara mane olmamaq üçün kənarda
qurulmuş odun sobasının yanına getdi:
- Hə, ana, nə deyirsən?
Anasının simasında İbrahimin o vaxta qədər görmədiyi qəribə
bir ifadə var idi. Uşaqların oturduğu yerə tərəf boylanıb səsini bir
az qısdı:
- Gizlincə gel Məlihə xalanın dalınca, bax gör təpədə nə edir. İbrahim qulaqlarına inanmadı:
- Niyə?
- Nə deyirəm, onu elə! Get gör neyləyir, gəl mənə de. Ancaq elə
get ki, səni görməsin. Uşaqlar soruşsa, de ki, Bahar xalagildən banka
almağa gedirəm.
- Bəs qayıdanda bankanı əlimdə görməsələr?
- Deyərsən, Bahar xala evdə yox idi. Gedəndə darvazadan çıx ki,
şübhələnməsinlər. Di get!
İbrahim bu söhbətdən bir şey anlamasa da razılaşdı. Hər halda,
bunu deyən başqası yox, anası idi.
- Yaxşı..
Anasından ayrılanda Akifin ona baxdığını gördü. Yalandan Bahar
xalagilə getdiyini deməyə dili gəlmədi. «Bu saat qayıdıram» deyib,
qaçaraq darvazadan çıxdı. İri həyətin ətrafına hərlənib, tövlə tərəfdə,
mal-qaranı örüşə sürdükləri kiçik qapının qarşısından keçdi. Bir az
əwəl Məlihə xala həmin bu qapıdan çıxmışdı.
Bir qədər gedib kolluqların arasından keçən cığıra düşdü. Heç nə
anlaya bilmirdi. Anası Məlihə xalanı niyə güddürməli idi axı? Ancaq
bircə bunu anlayırdı ki, anası deyibsə, deməli, bunu etmək lazımdır.
Gəlib Yovşanlı təpənin başına çatdı. Nə təpədə, nə də ondan
sonrakı yamacda heç kəs görünmürdü. Yalnız beş- altı keçi daha
ləzzətli otlardan tapıb yemək üçün başlarını iri bir kolluğa
soxmuşdular.
Ətrafa boylandı. Bu qadın hara gedə bilərdi axı?.. Yamacla aşağı
enməyə başladı. Burada sıx böyürtkən kollan qarşısını kəsirdi. Sola
dönən cığırı tutub addımladı. Məqsədsiz halda gedirdi. İstədi ki,
Məlihə xalanı səsləsin. Amma bu zaman qocaman palıd ağacının
dibindəki kolluqda hənirti eşidib fikrindən daşındı.
Oğrun addımlarla kolluğun arxasına keçdi və bu zaman rastlaşdığı
qeyri-adi səhnədən diksindi. Axtardığı qadın arxası üstə iki kolluğun
arasında, yaşıl otluqda uzanmışdı. İbrahim onun çılpaq qıçlarını yandan axıra qədər görürdü.
Ağappaq, ətli qıçlarını... Bir də üzü görünürdü qadının. İztirablı
gülüşlə gülən dodaqları, geniş açılaraq səmaya zillənmiş
gözləri...
Onun eyib yerinin görünməsinə mane olan adamın isə birinci
növbədə çılpaq arxası və aşağı sıyrılmış qırmızı trusikı diqqəti
cəlb edirdi.
Qəribə də olsa, bu səhnə ilə rastlaşan İbrahim ilk saniyədə
uşaq düşüncəsiylə onu düşündü ki, deməli, qırmızı rəngdə də
kişi trusiki olurmuş. Çünki, bu vaxta qədər o bu rəngdə kişi alt
paltarı görməmişdi.
Qadının üstündəki kürən adamın üzü görünməsə də. İbrahim
onu köynəyindən dərhal tanıdı. Açıq qəhvəyi rəngli cins
parçadan tikilmiş belə köynəyi kənddə ancaq Yasəf geyinirdi.
Özünü tamam itirdiyi üçün bu cütlüyə lap yaxınlaşmışdı. Nə
edəcəyini bilmirdi. Bir tərəldən onu qəzəbləndirən qısqanclıq,
bir tərəfdən isə uşaqlıq təcrübəsizliyindən doğan güclü maraq
hissi qəlbinə hakim kəsilmişdi.
- Gəlib bizi görən olmaz ki? - Məlihə xala birdən qeyri- adi
ahənglə səsləndi.
- Yox, heç kəs gəlməz bura. - Yasəf cavab verdi. Onun da
səsi həmişəki təbii səsindən fərqlənirdi. Sanki bu dəqiqə çox ağır
bir yük qaldırmışdı və buna görə də tövşüyürdü.
- Deyirəm, o gədə gələr birdən. İbrahim... Hara gedirəm,
dalımdan əl çəkmir.
Bunu da qadın dedi və qəfildən ayaq üstə dayanıb ona baxan
İbrahimi gördü. Elə həmin anda da, sanki yuxudan ayılmış
İbrahim geri dönüb qaçmağa üz qoydu.
Xəcalətindən nə edəcəyini bilmirdi. Onların üstlərinə çıxdığı
üçün az qala özünü günahkar sayırdı. Həm də hər ikisinə nifrət
edirdi onların. Məlihəyə də, Yasəfə də!..
Qaçaraq həyətə gəldi. Dovğa qazanını sobanın üstündən
yenicə yerə qoymuş anasının sual dolu baxışlarını görüb ona yaxınlaşdı. Gördüyü mənzərəni açıb anasına danışa bilməzdi.
Bu mümkün ola biləcək bir şey kimi görünmürdü ona. Odur ki,
yalan danışmağa məcbur oldu:
- Təpədə olurmuşdu. Dedi sən get, mən də bu saat gələcəm.
- Tək idi?
-Hə...
Anası məzəmmətlə başını buladı:
- Yaxşı, get işinlə məşğul ol. Ya da get bir az alça dər, gətir qoy
masanın üstünə.
Bu tapşırıq İbrahimin lap ürəyindən oldu. Çünki, belə
vəziyyətdə uşaqların yanına getmək istəmirdi. Qorxurdu ki, Akifin
üzünə baxa bilməsin. Atası ilə Zakir əmi isə yenə çay içə-içə nərd
oynayırdılar.
Dinməz-söyləməz həyətin aşağı hissəsindəki alça ağacına
doğru getdi. İri, qırmızı alçalardan dərib köynəyinin ətəyinə
yığmağa başladı. Ona elə gəlirdi ki, indicə rastlaşdığı səhnəni
aşkarda yox, yuxuda görüb. Bu necə ola bilərdi axı?!. Məlihə
xalanın Zakir əmi kimi əri vardı. O Yasəf köpək oğlunun da arvadı
vardı. Zakir əmi Yasəfdən yaxşı idi. Amma Məlihə xala da Yasəfın
arvadından çox yaxşı idi. Deməli, Yasəf Məlihə xalaya tamah sala
bilərdi. Ancaq bəs Məlihə xala niyə belə edirdi? Heç nə anlaya
bilmirdi İbrahim, heç nə!..
Başını qaldıranda Məlihə xalanın yuxarıdakı kiçik qapıdan
həyətə daxil olduğunu gördü. Eyni nazlı yerişlə, amma bu dəfə bir
az ürkək addımlarla addımlayırdı. Sobanın yaxınlığından keçəndə
anasının yanında, demək olar, heç dayanmadı. Birbaş ona tərəf
gəlirdi. İbrahim özünü tamam itirdiyi üçün ətəyinə yığdığı alçaları
yerə boşaltdı.
Məlihə xala gəlib ona çatdı. İbrahim başını aşağı dikmişdi.
Qadının üzünə baxa bilmirdi.
- Anana nəsə dedin? - qadın bacardığı qədər mehriban ahənglə
soruşdu.
İbrahim başını yırğaladı. Bunun «yox» demək olduğunu
anlayan Məlihə xala onu bir əliylə qucaqlayıb özünə sıxdı:
- Çox sağ ol, deməli əsl kişisən!
Qadının sağ döşü onun başına sıxılmışdı. Başqa vaxt olsaydı,
bu ilıq təmasdan özünü xoşbəxt hiss edərdi. Amma indi çimçəşib
geri çəkildi. Yasəfin çılpaq arxası və qırmızı trusiki gözləri
önündən getmirdi. Məlihə xalanın isə üzünə baxa bilmirdi hələ.
Yalnız onun səsini eşidirdi:
- Bilirəm, bu saat məndən acığın gəlir. Ancaq bir vaxt
gələcək, məni anlayacaqsan...
Bunu deyəndən sonra geri qayıtdı Məlihə xala. Anasının
yanına gedib, onunla arxayın söhbət etməyə başladı...
İbrahim sonradan çox çalışdı ki, qadının o son sözlərinin əsl
mənasını dərk eləsin. Nəyi anlayacaqdı axı vaxt gələndə? Məlihə
xalanın kişisiz dayana bilməməsini? Ya onun öz ərini yox,
Yasəfi sevdiyini? Ancaq yox, bilirdi ki, bunların heç biri deyil
Məlihənin nəzərdə tutduğu...
Sonrakı günlər yenə hər şey qaydasına düşdü. Amma indi
Yasəf onlara çox az gəlirdi. İbrahim də daha Məlihə xalaya
pərəstiş-filan etmirdi. Gününü Akiflə keçirirdi. Onunla, Ömərlə
çaya çimməyə gedirdilər tez-tez.
Məlihə xala isə hərdən yenə təkbaşına Yovşanlı təpəyə
çıxırmış...
Bir gün o yenə həyətdən tək çıxanda İbrahimgil təsadüfən
həyətdə idilər. Çaydan tez qayıtmışdılar. On-on beş dəqiqə keçdi
və İbrahimin anası Akifi yanına çağırdı:
- Akif, oğlum, get anana de gəlsin, Bahar xalagilə gedəcəyik.
- Mamam haradadır, Münəvvər xala? - Məsələdən xəbərsiz
olan Akif soruşdu.
- Yovşanlı təpəyə getdi. Ya orada olacaq, ya bir az aşağıda.
İri palıd ağacı var ha, o tərəfdə.
Ev sahibi ilə nərd oynayan Zakir əmi bu sözləri eşidib güləgülə ucadan dilləndi:
- Məlihənin o təpədən yaman xoşu gəlib, deyəsən'
- Get oğlum, get çağır gəlsin, - anası Akifə dedi.
- Bu saat - Akif də öz növbəsində İbrahimə üz tutdu. - Ibiş,
gəl gedək çağıraq.
- Yox, İbrahimi başqa yerə göndərəcəm, - qadın etiraz etdi.
Akif ona tabe olaraq həyətin kiçik qapısından çölə çıxdı. Anası
İbrahimi heç bir yerə yollamadı və o birdən məsələnin nə yerdə
olduğunu anlayıb bərk həyəcanlandı. Bildi ki, anası Akifi oraya
qəsdən göndərir.
Bir azdan Akif pərt halda qayıdıb gəldi və:
- Mamamı tapa bilmədim, - dedi.
Az sonra anası da gəldi və Akif ondan harada olduğunu
soruşmadı. İbrahim isə heç vaxt bilmədi ki, Akif də onun kimi
Yasəfin çılpaq arxasını və qırmızı trusikini görüb, ya yox... Və bir
də onu bilmədi ki, Məlihə xala oğlunu qucaqlayaraq «Bir vaxt
gələcək, məni anlayacaqsan» sözlərini deyib, ya yox...
Bir həftə keçmiş Akifgil yığışıb Bakıya getdilər. Və bir də heç
vaxt onlara qonaq gəlmədilər. Onlar kənddən gedəndən altı ay
sonra İbrahim atasından eşitdi ki, Zakir əmi avtomobil qəzasına
düşərək ölüb, Məlihə xala isə Akifi Bakıda bibisinin öhdəsinə
ataraq hansısa rayona ərə gedib.
Bir az sonra bibisi də ölmüş, Akif tək qalmışdı. O, bir də altı
ildən sonra gəldi kəndə. Cəmiləni qaçırmağa... Onda artıq
əsgərliyini bitirmişdi. Atası kimi ət dükanında qəssab işləyirdi...

Elxan Elatlı - MərtəbələrHikayelerin yaşadığı yer. Şimdi keşfedin