Yox, daha qalxa bilməyəcəkdi, deyəsən. Ürəyi
çox bərk döyünürdü. Ona elə gəlirdi ki, burada
hava çatışmır. Allah eləməmiş, birdən ürək
tutmasından elə pilləkəndəcə yıxılıb qalardı. Yaxşı,
bunun nə fərqi var ki? Yox, fərqi var. Elə bilərdilər
bura oğurluğa gəlibmiş. Rüsvay olardı...Bu gün tamam başqa bir gün idi. Ayrılıq günü...
Bu gün hər iki ailənin üzvləri əvvəlki günlərə nisbətən yataqdan tez qalxmışdılar. Hamı yır-yığışla məşğul idi. Gedənlər
yol çantalarını hazırlayırdılar. Nəyi aparacaqlar, nəyi
aparmayacaqlar... Qalanlar da öz əşyalarını toplamalıydı. Çünki
bu mənzildən birdəfəlik köçəcəkdilər. Günorta saat birdə ev
sahibəsi gəlib mənzili təhvil alacaqdı və hər iki ailə elə buradan
hava limanına yola düşəcəkdi.
İbrahim artıq yerindən durandan üç-dörd siqaret çəkmişdi.
Heç bir iş görmədən, gah otaqları gəzir, gah eyvana çıxırdı.
Qəribə kədər bürümüşdü ürəyini. Bilmirdi bu istəkli
qohumlarından ayrılığa görədir, yoxsa özünün qaranlıq gələcəyinə görə.
Otaqları gəzdikcə, nədənsə, hamıya bir-bir göz qoyurdu.
Anası səhər yeməyi süfrəsindən duran kimi özünə aid olan
xırda-xuruş şeyləri bir torbaya yığmağa başlamışdı. Dinib-danışmırdı. Gözləri də yol çəkirdi, sanki... İbrahim onun bu
anlarda nə düşündüyünü anlaya bilmədi. Və vaxtı da yox idi bu barədə baş sındırmağa...
Fəridə soyuducuda qalmış azacıq ərzağı da yığışdırıb götürdü.
Sonra pal-paltarları qablaşdırmağa başladı. Tez- tez ah çəkirdi.
İbrahim gördü ki, Cəmilə özünün və uşaqlarının geyilmiş
paltarlarını bacısına verir:
- Fəriş, biz bunları bir də niyə özümüzə yük edib Kazana
aparaq, təzə paltarlardır, geyərsiz.
Fəridə ona etiraz etmədi:
- Hə, nə olar ki! Çox sağ ol.
Bəli... Deməli, Cövdət Rafetin, Arzu da Kamilənin köhnəsini
geyəcək. Amma, doğrudan da, nə olar ki! Xalalarının uşaqlarıdır.
Cəmilə də Fəridənin doğmaca bacısıdır. Yenə sağ olsun Cema!
Sağ olsun ki, Akifin paltarlarını vermədi İbrahim üçün...
Cövdət də. Arzu da yamanca dilxor idilər. Sözsüz ki, nə bu
mənzildən, nə də qohumlardan ayrılmaq istəmirdilər. Cövdət tez-tez Rafeti, Arzu isə Kamiləni yanlayırdı. Nəsə xısınlaşırdılar.
Hə... Bunlar qalanlar idi. Gedənlər isə çox da kədərlənənə
oxşamırdılar. Akif işgüzar görkəmdə kimlərəsə telefon açmışdı.
Yəqin onları Moskvada, ya Kazanda qarşılayacaq adamlarla
danışırdı. Rafet də bayaq təyyarənin Bakıdan nə vaxt qalxacağı
barədə Raymonda adlı qıza məlumat verirdi. Hələ Kamilə... Canı
ölməmiş Kama... Danışdığı, deyəsən, oğlan idi. Deyirdi ki,
axşamüstü Kazanda olacağıq, vaxt tapıb görüşərik.
Gedənlərdən təkcə Cəmilə qəmli görünürdü. O da İbrahim
kimi hərdən məqsədsiz hərlənirdi ortalıqda. Gah Akifə, gah da
uşaqlara tapşırıqlar versə də, sanki qeyri-ixtiyari edirdi bunları.
Yaman dalğın idi.
Birdən dedi ki, rəfiqəsi Sveta üçün suvenir almaq yaddan
çıxıb. Üzünü İbrahimə tutdu:
- İbrahim, sənə qurban olum, məni tez Mərkəzi univermağa
apara bilərsən?
Niyə aparmıram ki... - İbrahim çiynini çəkdi - Gəl gedək!
Bu saat mənimlə gedib alarıq - Akif söhbətə qarışdı
Yox. özüm alacam Qoy İbrahim aparsın məni.
- Özün bil. Cema...
Qərara gəldilər ki, Akif bir azdan gedib «Leksus»u təhvil
versin, «Prado»nu isə İbrahım hava limanından qayıdandan
sonra verər.
Aşağı enib avtomobilə əyləşdilər Həyətdən çıxanda Cəmilə
birdən dilləndi:
- Gərək biz bura gəlməyəydık...
- Hara? - İbrahim onu anlamadı.
- Gərək Bakıya gəlməyəydık
- Niyə axı?
- Bilmirəm... Ancaq ürəyim mənə deyir ki, gərək gəlməyəydik.
İbrahim gördü ki, baldızı yaman tutulub. Ona görə də söhbəti
uzatmadı .Yaxşı kı, yollarda tıxac yox idi və beş-altı dəqiqəyə
Mərkəzi unıvermağın qarşısına yetişdilər. Yer tapıb avtomobili
saxladı. Birlikdə univermağa girdilər.
Suvenir hədiyyələr satılan şöbədə Cəmilə heç yubanmaq
istəmədi. Dərhal bir hədiyyə seçib qutuya qoydurdu, bağlatdırdı. İbrahimin əlini cibinə atmasına imkan verməyib, pulu
özü ödədi.
Çıxıb qutunu maşına qoydular. Cəmilə, deyəsən, evə
getməyə tələsmirdi.
- Gəl bir az gəzək, - dedi. - Onsuz da vaxtımız var.
İbrahim hiss etmişdi ki. baldızı sözlü adama oxşayır. Etiraz
etmədi. Kölgəyə bürünmüş səki ilə Qoşa qala qapısına doğru
addımlamağa başladılar.
Cəmilə əyninə ağ rəngli şalvar, ətəkləri şalvann üstünə
sallanan uzunqol köynək geyinmişdi. Bu geyim ona çox yaraşırdı. Çox cəzbedici görünürdü Cema bu gün. Və təkcə bu gün
yox... İbrahim etiraf etməyə başlamışdı ki, baldızı.
ümumiyyətlə gözəldir. Həm də bacısı Fəridədən çox gözəl...
Üz cizgiləri də, bədən quruluşu da, geyimi də, vurduğu ətir də.
yerişi-duruşu da, danışığı da...
Yaman çox istəməyə başlamışdı Cəmiləni. Elə bilirdi ki,
dünyada ən doğma adamı bu saat budur. Özü də anlaya bilmirdi
bunun səbəbini. Nə idi bu?.. İbrahimin bacısı da vardı, anası da,
qızı da. Amma onların heç birini bu saat Cəmilə qədər məhrəm,
yaxın bilmirdi özünə. Ona elə gəlirdi ki, onların heç birinə,
hətta Fəridəyə aça bilməyəcəyi sirlərini Cəmiləyə aça bilər.
Kişinin qadına olan məhəbbəti idi bu? Yox, yox, qətiyyən yox!
Cəmilə sanki bu saat onun həm anası idi, həm bacısı, həm də
qızı... Ancaq daha çox anası. Çünki, özü də bilmədən
uşaqlaşırdı onun yanında. Başını sinəsinə qoyub ağlamaq
istəyirdi. Niyə? Niyə axı? Niyə doğma anasının yox, məhz
Cəmilənin sinəsinə baş qoyub ağlamaq istəyirdi? Bəlkə də ona
görə ki, baldızı onu anlayan yeganə adam idi ətrafında? Axı bu
fikir onun başına haradan yerləşmişdi? Haradan yerləşmişdi ki,
Cəmilə onun ürəyindəkiləri oxuya bilir, onu hamıdan yaxşı
anlaya bilir?..
Heç nə danışmadan gəlib Nizami parkına çatdılar. Adam-insan yox idi burada. Dahi şairin heykəlini dövrələyən mərmər
oturacaqlar boş idi. Bu oturacaqların çox hissəsinə gün
düşürdü. Cəmilə küknar ağacının kölgəsi altda qalan yeri
göstərdi:
- Gəl bir az oturaq burda.
İbrahim oturacağın tozlu olub-olmadığını əli ilə yoxladı.
Təmiz idi. Yəqin bir az əvvəl kimlərsə oturubmuş burada.
Əyləşdilər. Cəmilə saatına baxdı:
- Bilirsən bayaq niyə elə dedim, İbrahim?
- Nəyi? - İbrahim bir qədər həyəcanlandı. Kaş ki, baldızı
xoşagəlməz söhbət başlamayaydı.
- Dedim ki, nahaq gəldik Bakıya.
- Hə... Niyə axı?
- Elə bilirsən sənin bu bir ayda nə çəkdiyini bilmirəm
İbrahim? Bilmirəm ki, sənin halal zəhmət hesabına, əziyyətlə
qurduğun, yaşatdığın ailə düzənini pozmuşuq?
- Cəmilə...
- Yox, sözümü kəsmə, mən hər şeyi görürdüm. Onu da
görürdüm ki. Akif hər dəfə hesab verəndə, sizin üçün pul
xərcləyəndə sən pis olurdun. Görürdüm bunları... Sənə toxunurdu kı, savadı da, əsli-nəcabəti də, lap şəxsiyyəti də səndən
xeyli aşağı olan biri sənin üçün, sənin ailən üçün hesab verir,
gözünüzün qarşısında pulları sağa-sola xərcləyir.
- Yox... - İbrahim etiraz etmək istədi.
- Yalan danışma, bu sənə yaraşmır. - Cəmilənin səsi birdənbirə kövrəkləşdi. - Səni bilmirəm, amma anan da, uşaqların da,
mənim doğmaca bacım Fəridə də elə bilirlər ki, mən xoşbəxtəm.
Çox böyük səhv edirlər. Çox böyük! Fəridə bilmir, bilmir ki, o
məndən qat-qat artıq xoşbəxtdir, əslində. Bilmir ki, bəxtəvər
hesab elədiyi bacısı həyata çoxdan tüpürüb. Bilmir ki. bacısı hər
şeyini itirib. Hər şeyini!.. Hətta namusunu da! Namusu ilə
birlikdə mənliyini, insanlığını da...
- Cəmilə!
- Bəsdir, İbrahim, sən allah, özünü elə göstərmə ki, guya
bunları özün hiss etməmisən. O gün Muradın danışdıqlarını ki
eşidirdin. Həm də vaxtımız çox azdır. Sənə qurban olum,
sözümü kəsmə, imkan ver ki, az da olsa, ürəyimi boşaldım.
Bəzən təmiz bir adam axtarırsan ki, onunla səmimi danışıb
qəlbini incidən dərdləri yüngülləşdirəsən. Bir azdan çıxıb
gedəcəm buradan. Və bir də daha heç vaxt gəlməyəcəm
Azərbaycana. Kazanda da elə adamım yoxdur ki, ürəyimi
boşaldım ona. Ətrafımda bircə nəfər də məni anlaya biləcək
adam tanımıram. Ona görə də imkan ver, danışım.
- Yaxşı, nə istəyirsən danış! - İbrahim razılaşıb bir siqaret
yandırdı.
Cəmilə azacıq susub dodaqlarını gəmirdi. Sonra başını aşağı
dikib, İbrahimin üzünə baxmadan dilləndi:
-Məni taleyim bədbəxt elədi...
- Taleyin nə elədi ki sənə?
-Onu elədi ki, mən Akifin arvadı oldum.
- Yaxşı, bəs Akif neylədi sənə? - İbrahim səsini bir qədər
qaldırdı.
- Hirslənmə. - Cəmilə kədərli halda gülümsədi. - Xahiş etdim
axı, imkan ver ürəyimi boşaldım. Mən birinci və axırıncı dəfə
yalnız sənə danışıram bunları. Niyə? Ona görə ki, axırda sənə
vacib sözüm olacaq.
- Danış, eşidirəm..
- Deməli, evləndik Akiflə. Pis yaşamırdıq. Təxminən sizin
indiki vəziyyətinizdə idik. Şəxsən mən razı idim dolanışığımızdan. Onun bir məhəllə yoldaşı Kazana getmişdi. Həmin bu
Muradın əmisi oğlu Nadirin restoranında aşbaz işləyirdi. O
oğlanın təkidi ilə biz də Kazana getdik. Nadir Akifə restoranda
ofisiantlıq işi verdi. Bir il elə yaşadıq. Akif çox istəyirdi ki,
restorana rəhbərliyi ona tapşırsınlar. Amma Nadir razı olmurdu.
Onda bir gün Akif məni həmin xahişlə Nadirin yanına göndərdi.
Gedib danışdım onunla. Xahiş elədim ki, restoranın idarəsini
Akifə versin. Bizimkiləri də tanımırsan? Bir az yarı-yaraşığı olan
qadının birinə işi düşübsə, mütləq ondan elə qadın kimi istifadə
etməyə çalışacaq. Mənə eyhamla təklif elədi ki, onunla olum.
Mən də razılaşdım...
- Niyə, Cəmilə? - İbrahim sanki nalə çəkirdi. - Niyə razılaşdın?
Səni nə məcbur edirdi buna? Kim məcbur edirdi?
Cəmilə ah çəkdi:
- Düz deyirsən, mən onunla razılaşmaya da bilərdim. Məni
məcbur edən yox idi.
- Bəs niyə?!
- Çünki mən hələ onun yanına getməmiş tüpürmüşdüm hər
şeyə. Həyata da. Akifə də, özümə də!..
- Niyə axı?
- Çünki Akif məni Nadirin yanına göndərəndə yaxşı bilirdi ki,
xahişimin müqabilində o əclaf mənə nə təklif edə bilər...
- Bu ola bilməz axı'? - İbrahim kəskin etiraz etdi. - Qətiyyən
ola bilməz. Sən səhv düşünmüsən Akif barədə. Necə oxuya
bilərdin axı onun ürəyini?
- Sən arvadını elə iş üçün yad kişinin yanına danışığa
göndərərsən?
- Yox, mən heç vaxt göndərmərəm. Amma hamı eyni
qeyrətin, eyni əxlaqın sahibi deyil. Deyirsən Akif səni göndərib,
inanıram. Mən onun özünü də tanıyırdım. Anasını... - Duruxub
bir anlıq fasilədən sonra sözünü dəyişdi. - Ailəsini də
tanıyırdım. Bilirəm ki, o göndərər. Amma bu o demək deyil
ki,sənin dediyin məqsədlə göndərsin səni...
Cəmilə ikrahla gülümsədi:
- İbrahim, mənim saf ürəkli qardaşım, birincisi o məni şefinin
yanına göndərəndə nə düşündüyünü baxışlarından,
davranışından çox gözəl anlamışdım. İkincisi... Mən səhər
getdim o adamın yanına və bütün günü onunla oldum. Axşam
evə qayıdanda isə Akif məndən yalnız bir şey soruşdu. Soruşdu
ki,nə oldu, Nadir razılaşdı, ya yox? Anladın indi?
- Hə... - İbrahim deməyə başqa söz tapmadı.
- Şükür allaha ki, anladın! - Cəmilə başını silkələdi. - Nadir
onda mənimlə razılaşmışdı. Restoranın idarəsini Akifə tapşırdı.
Amma bununla iş bitmədi. Akif yenə neçə dəfə məndən istifadə
elədi. Addım-addım irəli getdi, özünə iş qurdu, varlandı. Nə
qazandısa hamısını mənim hesabıma qazandı. Murad ora
gələndə məni onunla tanış etdi. Yeri bir az da möhkəmləndi.
Amma mən daha nə onu ər sayırdım, nə də özümü normal insan.
Bircə şey düşünürdüm ki, itirdiyim namusumun, mənliyimin
əvəzində heç olmasa bu dünyadan nəsə qoparım. Nələrdənsə
zövq alım..
- Zövq ala bilirsənmi? - İbrahim onun sözünü kəsdi.
- Ancaq cismani zövq ala bilirəm. Məsələn, yediyim yeməkdən, içdiyim içkidən, o gün Murad danışırdı ha, elə riskli
işlərdən, seksdən... Mənəviyyatım isə ölüb elə bil.
Mənəvi zövq ala bilmirəm həyatdan. Nə sevə bilmədim bu zalım
dünyada, nə sevilə bilmədim. Nə normal analıq sevinci duya
bildim, nə ailə sevinci...
Saatına baxdı. Sonra gözlərini Nizaminin hündür və əzəmətli
heykəlinə dikib susdu. Gözləri yaşarmışdı...
- Sən danışdın, mən də qulaq asdım. - İbrahim təmkinlə
dilləndi. - Əslində mən yaxşı yeznə olsam, bilirsən nə etməliyəm?
Səni burada, camaatın gözü qarşısında döyməliyəm.
Cəmilə gözləri yaşlı halda gülümsədi:
- Vallah incimərəm. Döy nə qədər istəyirsən. Heç olmasa,
bilərəm ki, məni ürəkdən özünə yaxın bilən var, doğma bilən var.
Yoxsa hamı cibimə baxırdı kənddə. Hiss edirdim ki, özümün
halım maraqlandırmır heç kəsi. Nə qardaşımı, nə ata-anamı...
- Yox, döyməyəcəm. - İbrahim başını buladı. - Ona görə kİ,
bİr az da olsa, anladım səni. Anladım ki, doğrudan da, üzdən
göründüyü kimi bəxtəvər deyilsənmiş. Yazığım gəldi sənə...
- Anladığına görə çox sağ ol...
- Bilirsən, Cəmilə, sizinlə keçirdiyim bu bir ayda həyatın nə
qədər acımasız olduğunu, az da olsa, anlamağa başlamışam. Hiss
edirəm ki, düşüncələrimdə də xeyli dəyişiklik olub. Mən daha heç
kəsi qınaya bilmərəm.
- Onu düz eləyirsən. Heç kəsi qınamaq lazım deyil. Heç Akifi
də!.. Səndən xahiş edirəm, əgər mənə az da olsa hörmətin varsa,
heç nəyi üzünə vurma onun. Nə edəsən, həyat belədir. İnsan öz
xasiyyətini, öz kimliyini özü müəyyənləşdirmir ki! Gendən gəlir
hər şey. Bir də düşdüyün mühit formalaşdırır səni. Akifə nə
keçibsə valideynlərindən keçib. Amma onları da qınamaq olmaz,
çünki onlar da öz valideynlərindən yaranıblar...
İbrahimin telefonu səsləndi. Zəng vuran Fəridə idi:
- Sizin bir suvenir almağınız nə uzun çəkdi?
- Gəlirik, - dedi.
Sonra isə telefonu cibinə qoyub Cəmiləyə baxdı:
- Getmək lazımdır. aeroporta gecikə bilərik. Sən mənə nəsə
deyəcəkdin...
- Hə... - Cəmilə yenə saatına baxdı. - Düzünü bilmək istəsən,
sənə görə narahatam. Yəni ailənizin bundan sonrakı yaşayışı üçün
narahatam. Fəridə mənim bacımdır. Çox istəyirəm onu. Amma o
qadındır. Həm də, baxıram ki, heç nə görməyib həyatda. Heç nə
anlamır. Ona görə də səninlə danışıram. Bax, İbrahim, həyat
çoxmərtəbəli bir binaya bənzəyir. Lap bu bir ayda yaşadığımız
onaltımərtəbəli bina kimi... İnsanlar onun müxtəlif mərtəbələrində
yaşayırlar. Doludur mərtəbələrin hamısı insanla... Mümkün deyil
ki, hamını ən yuxarı mərtəbələrə yığasan, ya hamı aşağı mərtəbələrə doluşsun...
Bu dəfə İbrahim saata baxıb baldızının sözünü kəsdi:
- Bu fəlsəfi söhbətləri dünən-srağagün eləyəydin də!
Təyyarəyə gecikə bilərsiz axı!?
- Əşi cəhənnəm olsun təyyarə də! - Cəmilə əlini yellədi. -
Dedim axı, bir də bu tərəflərə gəlmək fikrim yoxdur. Qulaq as,
fikrimi sənə düzgün anlada bilim.
- Hə, danış, amma bir az qısa.
- Bax, siz aşağı mərtəbədə yaşayırsınız...
- Üçüncü mərtəbədə, - İbrahim dəqiqləşdirdi.
- Ay sağ ol! Olsun üçüncü mərtəbə. Amma ikidə, birdə
yaşayanlar da var... Və eyni zamanda dörddə, beşdə, nəhayət on
altıncı mərtəbədə yaşayanlar var. Siz üçüncüdə yaşayırsınız. Əgər
birdən-birə çox yuxarı mərtəbəyə qalxsanız mütləq başınız
hərlənəcək, özünüzü itirəcəksiniz. Yaşaya bilməyəcəksiz
yuxarıda. Dediyim odur ki, elə öz mərtəbənizdə qalın. Başınızı
salın aşağı, mehriban yaşayın. Bax, sənin sədaqətli arvadın,
nurani anan, gül kimi təmiz uşaqların var. Lazım deyil yuxarılara
göz dikmək. Bilirsən, bu dünyada yuxarılara qalxdıqca mütləq
nəyinisə verməlisən, nəyindənsə keçməlisən. Elə bir şeyindən
ki, sənin insanlığını ifadə edən zərrələrdir o şeylər və birləşib səni əsl insan edir. Məni düz
başa düş, mən demirəm ki, yuxarıda yaşayanların hamısı arını-namusunu, insanlığını itirib. Yox! Qətiyyən belə demək olmaz.
Bax, o Muradı özün gördün. Bayaqkı bənzətməmə görə o bizdən də
yuxan mərtəbədə yaşayır. Buna baxmayaraq, o Akif kimi heç vaxt
arvadını başqa kişinin ayağına göndərməz. Bunu dəqiq bilirəm.
Amma bu o demək deyil ki, o yuxarı mərtəbələrə qalxdıqca heç
nəyini itirməyib. Yox, çox şey itirib o da...
- Nəyini itirib? Qürurunu?.. - İbrahim dözməyib sual verdi.
- Bəlkə də... Pul, var-dövlət qazandıqca qürurunu itirənlər də
olur, vicdanını, mənliyini itirənlər də. Murad pis adam deyil,
əslində. Möhkəm adamdır. Əsli-kökü var. Bu boyda böyük vəzifəyə
qalxıb, demək olar ki. hər şeyi var, amma hələ vicdanını itirməyib.
Bu çox yaxşı! Amma azadlığını itirib axı! Başqalarının gözündə şah
kimi görünməyinə baxma, artıq çoxdan var-dövlətin quluna
çevrilib. Həm də özünün öz əliylə topladığı var-dövlətin. Bu saat
onu vəzifəsindən çıxarsalar, varını-yoxunu əlindən alsalar, inan ki,
məhv olar...
- Yaxşı, mənə nə demək istəyirdin?
- Bəs bayaqdan nə deyirəm? Çalış öz mərtəbəndə sakitcə yaşa.
Özündən yuxarı mərtəbələrə baxma, aşağılara bax. Altdakı
qonşudan danışırdınız, adı nə idi, onlara bax hərdən. Muradın da
yanına gedib ağız açma ona. Nə ona, nə başqasına. Bu vaxta qədər
ailəni necə dolandırırdın, yenə o cür davam elə. Əsas odur ki,
arvadın sənə baxanda əsl kişi görsün qarşısında. Uşaqların sənə
baxanda qürurlansınlar.
Murad müəllimgilin bağındakı qonaqlıqda belə bir söhbət
olmuşdu. Akif İbrahimi ev sahibinə tərifləyib ona kömək etməsini
istəmişdi və Murad müəllim də İbrahimi sınayıcı nəzərlərlə süzüb
demişdi ki, yanıma gələrsən, baxarıq.
İbrahim normal bir təhsili olmayan baldızının həyat barədə fıkirləriylə qismən razılaşırdı. Amma bu son bir ayda çox şey
görmüşdü və anlamışdı ki, onun yaşayış səviyyəsi düşündüyündən
çox aşağıdır. Ağır-ağır dilləndi:
- Mən səninlə tam razı deyiləm. Cəmilə. Bir yerdə dayanıb
durmaq da olmaz axı. Gərək bu gün çalışasan ki, dünənkindən daha
yaxşı yaşayasan. İrəli getmək üçün mübarizə aparasan. Həyatın
mənası mübarizədə deyilmi?
Cəmilə dərindən köksünü ölürdü:
- Mən demirəm ki, irəli getməyə çalışma!? Taksi işlədirsən? Lap
yaxşı, işlət. İmkanın varsa, bir az da artıq işlə. Sən də. Fəridə də,
qənaət etməyi bacarın. Bir azdan o maşınını satıb ucuz
«Merscdes»lərdən alarsan. Onu taksi kimi işlədərsən. Evdə
çatışmayan əşyaları alarsınız. Uşaqlar da böyüyüb bir yana
çıxacaqlar. Bir azdan görəcəksən ki, Cövdət də işləyir, evə pul
gətirir...
İbrahimin telefonu yenə zəng çaldı. Bu dəfə Akif idi:
- Bacanaq, təyyarəyə gecikirik ha!..
- Bu saat gəlirik. Akif, narahat olma, - dedi.
- Bax, görürsən!? - Cəmilə güldü. - Mənə zəng vura bilmir.
Qorxur ki, hirslənərəm. Fəridənin qədrini bil, İbrahim. Ümumiyyətlə,
ailənin qədrini bil. Özündən də muğayat ol. Sən o ailəyə çox
lazımsan.
Ayağa qalxdılar. Bir neçə addım atandan sonra yenə Cəmilə
dilləndi:
- Deyəcəksən ki, bu dəli baldızım başımı-beynimi apardı lazımsız
söhbətlərlə. Ancaq, İbrahim, özümdə bir ehtiyac hiss edirdim bunları
sənə deməyə. Çalış ki, dediklərim barədə yaxşı-yaxşı fikirləşəsən.
- Fikirləşəcəm, Cema. - İbrahim candərdi gülümsədi. - Sən də
çalış, öz həyatın barədə fikirləş bir az. Sənin də gül kimi uşaqların
var. Anasan sən...
Cəmilə sanki ona qulaq asmırdı. Birdən dayanıb əlini çantasına
atdı:
- Yaxşı yadıma düşdü, Akif evin pulunu sənə verməyib, hə?
İbrahim duruxdu:
-Nə pul?! Heç nə lazım deyil.
- Necə lazım deyil, sən havayı pul tapırsan bəyəm? Fəridədən
soruşmuşdum, min beş yüz ev sahibinə vermisən, nə qədər də maklerə.
- Çantasından yüzlüklərdən ibarət bükülü çıxartdı. - Al, burada iki min
manatdır.
Qadından, xüsusilə də xətrini çox istədiyi baldızından pul götürmək
İbrahim üçün həqiqətən çox ağır idi:
- Cema, sən allah qurtar! Elə bilin öz evimdə qəbul etmişəm sizi.
- Öz evin deyildi axı!? Akif demişdi ev tut, pulunu verəcəm. Yəqin
unudub. Almasan, Kamanın ölmüşünə səndən ömürlük inciyərəm.
Yanlarından adamlar gəlib keçirdilər. İbrahim pulu alıb cibinə
qoydu. Yaman xəcalət çəkirdi. Amma eyni zamanda onu da hiss edirdi
ki, artıq alışıb xəcalət çəkməyə...
Evə çatanda saat biri ötmək üzrə idi. Akif «Leksus»u təhvil verib
qayıtmışdı. Ev sahibəsi olan qadın salonda oturub İbrahimi gözləyirdi.
Onlar içəri girən kimi Akif əlini salonun ortasına qoyulmuş iri
çamadana uzatdı:
- İbrahim, açarı ver xanıma, gedək. Daha burada dayanmağın
mənası yoxdur. Yolda tıxaca düşsək gecikərik.
İbrahim mənzilin açarını ev sahibəsinə təhvil verdi. Yükləri
götürüb aşağı endilər. Akifgilin ailəsi üçün elə binanın qarşısında bir
taksi tutdu. Öz ailəsi isə «Prado»ya əyləşdilər.
Yollarda heç bir tıxaca-filana rast gəlmədilər və yarım saatdan
sonra artıq hava limanının gözləmə zalında idilər. Akif ağır yükləri
baqaja verdi. İndi vidalaşıb gömrük sahəsinə girməkdən başqa iş
qalmamışdı. Zalda bir qədər dayanmaq qərarına gəldilər.
Arzu Kamilənin əlindən tutsa da xalasına sığınmışdı. Nəmlənmiş
gözlərindən və titrəyən dodaqlarından aşkar, görünürdü ki, ağlamağını
çətinliklə saxlayır. Saxlayır ki, ayrılıq məqamının ən son anında ağlasın. Hava limanının yola salma
mərasimində birinci dəfə olduğu üçün bu son anın nə vaxt və hansı
məqamda gələcəyini bilmirdi.
Cövdət Rafetlə astadan söhbət edirdi. O da çox qəmli idi və tez-tez Akifə baxıb köksünü ötürürdü.
Fəridə, deyəsən, onların hamısından daha çox kədərli idi. Bəlkə
də ona görə ki, mövcud vəziyyəti uşaqlarından daha düzgün
qiymətləndirirdi.
Akifgili yola salmağa Münəvvər arvad da gəlmişdi. Onun nə
hisslər keçirdiyini anlamaq çətin idi. Maraqla ətrafa baxıb hərdən
«Təyyarəyə harada minəcəklər?» kimi suallar verirdi və bu suallar
hər dəfə Rafetlə Kamiləni güldürürdü.
İbrahim Akifin yanında dayansa da gözucu Cəmiləyə baxırdı.
Yəni, doğrudanmı, bir də görə bilməyəcəkdi onu?.. Yaman
öyrəşmişdi ona bu bir ayda. Yaman öyrəşmişdi... Elə uşaqlara da.
Kim nə deyir-desin, elə Akifə də...
Gömrük sahəsinin buraxılış nəzarət girişinə yaxın dayanmışdılar.
Sərnişinlərin çoxu artıq içəri daxil olub qeydiyyatdan keçmişdilər.
Akif saatına baxdı:
- Daha ayrılmaq vaxtıdır, bacanaq. Salamat qalın! Sizinlə bir ay
çox yaxşı vaxt keçirdik. Zəhmətinizi halal eləyin.
- O nə sözdür, əsas zəhməti sən çəkdin.
- Borcumuzdur, - Akif dedi. - Nə vaxt Kazana gəlsəniz, gözüm
üstə yeriniz var.
- Sağ ol, Akif...
Yüngül qucaqlaşdılar. Qəribədir, İbrahim artıq kövrəlməyə
başlayırdı. Lap uşaq kimi... Nə idi bu? Nə olmuşdu ona axı?
Hamı bir-biriylə görüşüb-öpüşməyə başladı. Daha doğrusu,
gedənlər qalanlarla... Fəridə bacısıyla qucaqlaşandan sonra
yaylığıyla gözlərini quruladı:
- Sizin üçün darıxacağıq, Cema! Çalışın hər yay gəlin.
- Allah qoysa! - Cəmilə dedi. - Ancaq çətin ki... İlyasın toyu
olmasaydı bu yay bura gəlməyəcəkdik. Gələn yay da yəqin Avropaya gedəcəyik.
- Nə isə.. Hara getsəniz Allah işinizi avand eləsin. Özünüzdən muğayat olun.
Münəvvər arvad da uşaqları, daha sonra Cəmilə ilə Akifi
bağrına basdı:
- Allah sizi gözdən-nəzərdən saxlasın, ay bala! Allah sizi birbirinizə çox görməsin!
İbrahim uşaqlarla vidalaşmışdı artıq. Təkcə Cəmilə qalırdı.
Tərəddüdlü addımlarla ona yaxınlaşdı və birdən onu bərk-bərk
bağrına basdı. Bu qadın, yəni sevimli baldızı Cəmilə öz gəlişiylə
İbrahim üçün ömründə görmədiyi bir xoş aləm də gətirmişdi və
İbrahim bu saat, sanki, Cema ilə birlikdə həmin aləmlə də
vidalaşırdı.
Cəmilədən çox gözəl, bahalı bir ətrin qoxusu gəlirdi. Onu
qolları arasından buraxmaq istəməyən İbrahim, elə bil, bu
qoxunu özünə hopdurmaq istəyirdi. Çünki bu qoxu Cəmilənin
gətirdiyi həmin gözəl aləmin qoxusu idi və bir azdan çəkilib
gedəcəkdi.
- Bəsdir, qabırğalarımı sındırdın! - Cəmilə güldü.
İbrahim bundan sonra onu buraxıb, gözlərinin yaşla dolmasını
hamıdan gizlətmək üçün üzünü yana çevirdi və astadan:
- Sizə yaxşı yol! - dedi.
Akifgil gömrük sahəsinin girişindən keçdilər. Hava limanı
işçiləri onların sənədlərinə baxıb, üst-başlarını yoxlamağa başladı.
Yola salan ailə qadağan lentlərinin ayırdığı sahənin bu biri
tərəfində dayanıb bu prosesə tamaşa edirdilər. Yoxlama bitəndən
sonra Akif dönüb onlara əl elədi. Cəmilə hamıya son dəfə öpüş
göndərdi.
Onlar gömrük sahəsinin o biri başına doğru gedib görünməz
olanda İbrahim dərindən ah çəkdi:
- Gəlin, biz də çıxıb gedək. Burada gözləməyin mənası yoxdur.
Onsuz da daha onları görməyəcəyik.
ŞİMDİ OKUDUĞUN
Elxan Elatlı - Mərtəbələr
RandomMərtəbələr və ya intiharla bitən ömür... Amma görəsən bu faciəli sonluğu intihar adlandırmaq olarmı?