Qutu kimi kiçik və dağınıq mənzildən qısa müddət içində qurtulacaqdı. Əslində bu dağınıqlığın səbəbi elə özü idi, hətta, ev yiyəsinin mənzilinə təmzilik üçün göndərdiyi xadimə qadının, mənzilindən çıxarkən ona söydüyünü dəfələrlə eşitmişti. Əslində özü də, bu dağınıqlığa səbəb olduğu üçün hər gün özünə söyürdü, ona görə də xadimənin, Sevinc xalanın sözlərinin üstündə çox durmazdı. Həm, Sevinc xala onun üçün ana kimi idi, dili iti ola bilərdi, amma hər zaman onun qayğısına qalırdı. Kirə pulunu ödəyə bilmdəikdə belə, Sevinc gizlincə ona yemək gətirirdi. 62 yaşında, uzun boylu mavi gözlü bir qadın idi, heç evlənməyib. Ölmüş qardaşının uşaqlarına baxmaq üçün ömrü boyu işləyib, indi onlar üniversitetdə oxuyur, arada ona pul göndərirlər.
"Oqtay! Ay Oqtay! İçəridəsən bala? "
Qapıdan Sevinc xalanın səsi eşidildi"Qapı açıqdı Sevinc xala, içəri gir"
Sevinc deyinə deyinə içəri girdi
"A bala, bəyaqdan çağırıram eşitmirsən? Boğazım yırtlıdı axı! "
Oqtay kitablarını bir qutuya yığarkən, Sevinc qıraqdakı taxta stolda oturdu, və başını süpürgəsinin sapına dirəyib, Oqtayı izləməyə başladı
"Əsəbiləşmə xala, məşğuluydum eşitməmişəm. Həm məndə ağıl qalıb heç?Ev yiyəsi də məni sıxışdırıb onsuz"
Ev yiyəsinin sözü açılan kimi, Sevincin qaşları çatıldı
"Vurğun vurmuş yenə nə istəyir səndən? Kirəsin ödəmisən, hələ nə qarnı ağrıyır? "
"Tezdən gəlib şikayətlənirdi ki, bə kitabların hamısı ortalıqdadı, dağıdıb töküb gedirsən"
Sevinc daha da qıcıqlanmışdı, istehza ilə güldü
"Kişinin qızı elə bil özü təmizləyir otaqları,evləri. Dağınıqdı mən bilərəm sən bilərsən, onun quyruğu niyə ağrıyır?"
Oqtay Sevincin bu sözlərinə qarşı ciddiyətini qoruya bilmədi. Sevinc yaylığını düzəldib, diqqətini yenidən Oqtaya çevirdi
"Sən nə dedin?"
Oqtay kitablarını qutulara doldurduqdan sonra, fırçalarını yığmağa başladı, baxışlarını fırçalardan ayırmadan, Sevincin sualını cavablandırdı.
"Nə deyəcəm? İki üç günə çıxıram yığıb yığıştırıb gedəcəm dedim. Gedəcəyimi eşidəndə bilmədi sevincdən neyləsin, az qaldı məni qucaqlaya ki, nə yaxşı cəhənnəm olub gedirsən."
Sevinc kiçik gözlərini daha da qısdı
"Bilirsən o nə əclaf qadındı?"
"Bilirəm, mən bura gələndən bəri, xatırladırsan."
"Neyləyim bala? Hər dəfə elə murdarlıqlar edir ki, adam əsəbdən alışıb yanır. Məndə gəlib sənə danışıram ki, bir gün saçından yapışmıyım o həyasızın. "
"Yenə nə eliyib?"
"2.mərtəbədə yetim bir qız var e? 4 ay qabaq yoldaşı rəhmətə getdi e? Hərbiçi oğlanın yoldaşı da bala,Jaləni deyirəm, keçən gün evinə getdim, gördüm gözü başı şişib qızarıb o qədər ağlayıb ki... "
"Niyə ağlayıb ? soruşmadın?"
"Soruşdum, arvad gəlib bunun yanına deyib gərək çıxasan bu dəqiqə evdən. "
YOU ARE READING
Rəssamın Ölümü
General FictionOqtay Ağayev sənətini itirmiş cavan bir rəssamdır. Sənətini tapmaq üçün yola düşür. Onun sənəti şan şöhrət üçün deyil, onun sənəti,Oqtayın bir parçasıdır, onsuz özünü yarımçıq hissedir. Oqtay Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində...