QARANLIQDA QAN İZİ

408 25 8
                                    

Axşam tez yatdığıma görə bu gün bir az gec oyanmaq istəyirdim. Çox yatıb,çox dincəlmək istəyir- dim. Həqiqətən də dincəlməyə çox ehtiyacım var idi. Çünki, bir həfə bundan qabaq mən və bizim çalışqan işçilərimiz bir məmurun oğlunun işi ilə bağlı çox əziyyətlər çəkdik. Amma biz bilirdik ki, günah məmurun oğlundadır. Məmurun yaxşı dostlarının olması öz sözünü dedi. Mən axıradək getmək istəyirdim və mənə dedilər ki, özünü diri-diri alova atma. Mən qulaq asmağı daha səmərəli gördüm. Məmurun oğlu da sərbəst qaldı. O, bir cavan oğlanı bıçaqla vurmuşdu. Sonda isə dəlil çatışmamazlığından məmur balası sərbəst buraxıldı. Bunalar bu dövr üçün səciyyəvi hal idi və kənardan olduqca sadə görünürdü. Doxsanıncı və ondan öncəki illər hamının yaddaşında "qarışıqlıq dövrü" kimi qalmışdı. İndi danışdığım vaxtlar isə doxsanıncı ildən əvvəlləri əhatə edir. Həmin vaxtda kimin yaxşı dostları və fərasəti var idisə bir dövlət vəzifəsində iş tapırdı. Sonra isə tez varlanmaq üçün bu qarışıqlıqdan istifadə edib öz çəkilərindən də ağır pulların talehi ilə oynayırdılar. Təbii ki, bunlar mənim yadımda qalanlardır. Bu gün isə mənə daha vacib olan çoxlu dincəlmək və istirahət idi. Amma bu mümkün olmadı. Səhər məni yuxudan təlaşlı bir zəng oyatdı. Saata baxıb gördüm ki, saat yeddinin yarısıdır. Mən tez qalxdım və telefonu götürdüm:
- Alo, kimdi səhər vaxtı məni rahat yuxumdan oyadan?
- əsəbləşdiyim üçün bir az da hirslə dedim.
Telefondan qorxu dolu bir səs gəldi:
- Cənab Sərdarov, mənəm Nazim.
- Nə olub Nazim? - bir az çaşqın halda soruşdum. O, bizim idarənin işçilərindən idi və nəsə vacib bir şey olmasaydı zəng etməzdi.
- Dünən axşam Eldarı yaşadığı küçədə vurublar.Onu bu gün yalnız səhər vaxtı tapıblar.Xahiş edirik tez bura gələsiniz. Mən heç bir sual vermədən telefondan səsi gələn Nazimi dinləyirdim. Sanki yerimdə donmuşdum. Mənim uşaqlıq dostumu vurmuşdular. Düzdür o, məndən bir neçə yaş kiçik idi amma biz çox yaxın dost idik. Hələ də inana bilmirəm.Başqa heç bir çıxış yolum qalmır. O, ölüb və mən yalnız onun ailəsinə hansısa köməklik göstərə bilərəm. Bir az susub sakitlik içində boğulmaq istədim amma alınmadı. Sonra mən saata baxdım.Saat yeddiyə qalmışdı on dəqiqə. Nazimin mənə etdiyi zəngdən sonra düz iyirmi dəqiqə keçmişdi. Anladım ki, mən şok vəziyyətindəyəm. Özüm-özümə qarşı gəlmək üçün getdim üzümə bolluca su vurdum. Sanki bir az ayılan kimi oldum. Bu məndə belə təsir bağışlayırdı. Mən bir az cəld olmalı olduğumu anladım. Tez paltarımı geyindim. Güzgüdə özümə baxanda sanki çaşmış hala düşdüm. Üzümü qırxmaq istədim ancaq sonra fikirimi dəyişdim. Bundan artıq vaxt itirmək olmazdı. Mən tez evin kənarından taksi tutub Eldarın yaşadığı kəndə üz tutdum.
Yolu iyirmi dəqiqə ərzində qət edə bildik. Mən taksi sürücüsünə "göy beşlik" uzatdım amma o almadı. Yol boyunca keçən danışığımızda sürücü öyrəndi ki, mən polisəm və indi də bir oğlan ölüb ora gedirəm. Yəqin ona görə də o, məndən pul almadı. Yəqin bilməyənlərə maraqlıdır ki, "göy beşlik" nə olan şeydir. O zamanlar-doxsanıncı illərdə möcud olan pullardan biri də beş manat idi. Bir tərəfində Leninin şəkli, digər tərəfində məbləğ. Yadımda deyil amma deyəsən pulun üzərində SSRİ-yə daxil olan dövlətlərin adları yazılmışdı. İndiki pullarsa həmin pullardan çox fərqlənir. İndi pulların üstündə milli musiqi alətlərimiz, ornamentlərimiz və s. təsvir olunub. Bu da indiki zamanda bizim milli qürurumuzun, tariximizin qorunması üçün çox vacibdir. Deməli hər şey yaxşılığa doğru inkişaf edir. Bunların hamısını oxuyanların bəzilərinin məlumatları olmayacağını güman edərək yazdım. Hər şey isə hələ öndədir və mən bütün bunları tam təfərrüatı ilə çatdırmağa çalışacam

Qaranlıqda Qan İziHikayelerin yaşadığı yer. Şimdi keşfedin