1.Alya💎

14 3 1
                                    


Eşq nə idi?

"İki qəlbin eyni anda bir-biri üçün atması" deyə oxumuşdum bir kitabda. Bu, yetərli bir açıqlama idimi? İki qəlb bir-biri üçün atınca, bunun adı sadəcə eşq olarmı? Yaxşı bəs nifrət? Nifrət nə idi o zaman? İki qəlb nifrətlə ata bilməzdi bir-birinə? Ya da belə soruşsam: "İki ürək nifrətlə dolu ikən, bele ehtimallar daxilinde ola bilermi"

_"Eşq, iki ruhun bir-birini tapma və anlayışın zirvəsinə çatma arzusudur." - Rainer Maria Rilke_

"Həyatda bizi nəyin gözlədiyini heç vaxt dəqiqliklə bilə bilmirik. Xoşbəxtliyin açarı olaraq gördüyümüz bir hadisə bəzən ən böyük müsibətimiz, bədbəxtlik gözü ilə gördüyümüz bir hadisə isə böyük bir yeniliyin xəbərçisi ola biler ve bız bunu yonlendıre bılmerık.

🤍Gündəlikdən

Sevgi üzərində qurulmayan evliliklərə nifrət edirəm. Bunun əsas qismini təşkil edən isə cəmiyyətimizdə olduqca yayğın olan görücü üsulu evliliklərdir deyə düşünmüşəm hər zaman. Dünyada heç bir şey məcburi deyil, olmamalıdır da. Əgər birini sevmirsinizsə, onunla qurulan bir ailə həyatı ən yaxşı halda saxta xoşbəxtlik gətirə bilər yalnızca. Saxta bir duygu ne qeder ehemıyyetlı ola bılerkı. 

Mən Alya Əlizadə, bu həyatda qelbının sesını dınleyerek yasamagı ustun tutan  və iradəmin xaricində heç bir şeyə özünü məcbur hiss etmədən böyümüş 21 yaşında gənc bir qız. Mənə görə həyat mənim seçimlərimdən ibarət, mənim həqiqətlərimlə dəyərli idi.

Desəm ki, bu düşüncə forması sadəcə özümlə bağlıdır, böyük haqsızlıq etmiş olaram. Bu cür düşünməyimdə valideynlərimin, ən əsası anamın rolu böyükdür əlbəttə. Rəfiqələrimin anaları onlara hər zaman belə deyərdi: "Ağıllı ol", "Sən qızsan, özünü ağır apar", "yavaş gül", "yerini bil". Mənim isə anam mənə bunların yerinə hər zaman sadəcə bu sözü deyib: "Qəlbinin səsinə qulaq as, qızım, o səni mütləq doğruya aparar." 

🤍

Alya bu fikirləri yenı tuttugu gündəliyinə yazmaqla məşğul ikən birdən qapı çalındı. O düşündü ki, yəqin bu gələn atasıdır. Lakin qapını açmaq üçün otaqdan çıxanda, bacısı Leyla və anası çoxdan atasını qarşılamışdı. Alya da atası ilə salamlaşdıqdan sonra anası ondan çayın altını yandırmasını xahiş etdi və birlikdə salona keçdilər.

Leyla balaca vaxtından istiqanlı qız idi, valideynləri nə zaman söhbət etsə, o da onlarla oturub müzakirəyə qoşular, bəzən də qohum-əqrəbanın qeybətini edərdi. Alya isə evin böyük qızı idi. Ailəsini çox sevsə də, söhbət etmək yerinə daha çox öz işləri ilə məşğul idi. Bir də qardaşı Rauf var idi. Rauf yaşca Alyadan 2 yaş böyük olsa da, bacısının sözünə çox hörmət edir və ona cəmiyyətimizdə qəbul olunmuş tipik qardaş davranışlarının əksinə dost kimi davranırdı. 

Möhtəşəm görünən bu ailənin əlbəttə ki, problemli günləri də az olmamışdı. Amma bu problemlər çoz zaman, özləri ilə yox, hər kəsin ən az bir dəfə xəyanət gördüyü qohum-əqrəbalarla bağlı olurdu. 

Alyanın valideynləri ilk ailələrinə çox bağlı idi. Əlbəttə ki, bu normal qarşılana bilərdi, çünki hər bir insan öz ailəsini qurmadan öncə bir ailənin fərdi olur və təmənnasız sevginin nə demək olduğunu da məhz orada öyrənir. Amma alyanın fıkrıce bu dəyərlər öz ailəni qurduqdan sonra müəyyən qədər ikinci plana düşməli və yeni qurulan ailə ön plana keçməli idi.

Alya'nın atası Əli övladlarını çox sevən, onları qayğı ilə böyüdən bir ata idi. Lakin valıdeynlerını ıtırdıkden sonra bacı və qardaşlarına çox qiymət verir,  övladlarına da onları sevməsi üçün zaman-zaman israr edirdi. Özü nə qədər xəyanət görsə də, bunu övladlarına yansıtmaq istəmirdi, çünki onun üçün ailə demək hər şeye rəğmən bağlılıq demək idi.

Amma heç kimsə bu bağlılıqların bir gün onların həyatının düyünü olacağını bilə bilməzdi...

🤍
Bir çərşənbə günü idi:

"Sabahları çalan zəng səsindən nifrət edirəm."

Alya yuxudan oyanıb əl-üzünü yudu və universitetə getmək üçün hazırlamağa başladı. Günə çətin başlasa da, universitetə getməyi sevirdi. Təbii ki, bunun səbəbi şagirdlər arasında ayrıseçkilik edən müəllimlər və saxta səmimiyyət göstərən qrup yoldaşları deyildi. O, bu günki əməklərinin qarşılığını alacağı günü gözləyir, boş zamanlarında da kitabxanaya gedirdi. Çunku her zaman tekrarladıgı bır cumle var ıdı.  anlayarsa ınsanı kıtablar anlayar ısanlar sadece yargı masınıdır.

Amma bütün bunlardan savayı, bir səbəb daha vardı. Hər gün getdiyi kitabxanaya, hər gün onunla eyni vaxtda gələn, onunla eyni qəhvəni sifariş verib qarşı oxuma masasına əyləşən biri var idi. Alya heç bu oğlanın adını da bilmirdi, amma 2 ildir çalan saat 7:00 zənginə alışa bilməyən qız, o oğlanı orada görməyə alışmışdı.

Alya eşq duyğusunu sadəcə beynində canlandırmış bir qız idi, daha öncə heç kimə qəlbinin ritmini dəyişdirməmişdi. Bildiyi və əmin olduğu tək bir şey var idi: O da bir gün həyatına qəbul edəcəyi şəxs incə ruhlu, kitabsevər və heyvan dostu biri olacaqdı. Çünki onun zənnincə kitabları və heyvanları sevən biri, bir qadını da qüsursuz sevə bilərdi.

"Qüsursuz bir insan axtarmaq axmaqlıq olardı, amma qüsursuz bir eşq hər sevenın haqqı idi." 🌟

Bir neçə gün sonra 🤍
Bu gün Alya hər zamankından daha rahat oyanmıştı, çünki gecəni vaxtında yatmış, eyni zamanda arzularına çatdığı bir yuxu görmüşdü.

Bu gün sanki hər şey daha parlaq, daha mənalı görünürdü. Gündəlik səhər rutinlərini yerinə yetirərək, universitetə getmək üçün hazırlıq gördü. Əl-üzünü yudu, saçlarını darayıb topladı və ən sevdiyi mavili paltarını geyindi. Bu rəng ona həmişə özünü güclü və özünə inamlı hiss etdirirdi.

2 ci dərs saatı bitmiş, və digər dərsə keçiş üçün fasilə verilmişdi. Alya bu vaxt ərzində kitabxanaya doğru addımladı. Rəfdən bir kitab aldı və biraz daha ətrafda gəzməyə devam etti. Amma xeyli zamandır uzaqdan izlədiyi gənci görə bilmədi. Niyəsə bu əhvalını birazca korlamışdı.

Bu naməlum gəncin varlığı ona sakitlik və rahatlıq gətirirdi. Kitabların arasında itən zaman, bu oğlanın nəzərindən qaçmayan baxışlarını hiss edir, sanki yaşıdları arasında hiss ettiyi təkliyi onun varligi ilə təsəlli edirdi. Alyanın zənnincə Onların arasında dilsiz bir anlaşma vardı, sanki heç bir sözə ehtiyac olmadan bir-birini başa düşürdülər.

Alya kitabxanada bir az vaxt keçirdikdən sonra, bir neçə saatlıq dərslərə qatıldı. Dərsin mövzusu ona maraqlı olsa da müzakirələrə qoşulmaq istəmədi, ümumiyyətlə danışmaqdan çox dinləməyi sevirdi.

Dərslərin bitimində yenidən kitabxanaya qayıtdı, keçən həftə burdan götürdüyü kitabları yerinə yerləşdirib, yeni ev tapşırığı üçün müəllimin dediyi bir neçə kitabı axtarmağa başladı. Bir kitab alıb masaya əyləşdi ki, çox keçmədən həmin oğlanın da qarşısında əyləşdiyini gördü. Bu dəfə sadəcə Alya yox oğlan da ona tərəf, üzündə xoş bir təbəssümlə baxırdı.

Və o gün ilk kəz bu gənc qızın qəlbinin ritmi hər zamankından daha fərqli səslənirdi.
Alya isə sadəcə qəlbinin səsi haqqında düşünür, və bu duyğuların hər kəsin öyərək danışdığı eşqlə əlaqəli olub olmadığını anlamağa çalışırdı.

Alyanın bilmədiyi tək şey bu hisslərin adı deyildi. Çünki o axşam evlərində baş verəcəklərdən də xəbərsiz idi.
.

Salam her kesə🌼
Necəsiz?☘️
Nələr edirsiz?🌟

Kitabımızın ilk bölümü yayınlanır və mən həqiqətən çox sevincliyəm🌸

Alya xarakteri barədə nə düşünürsünüz?

Sizcə kitabxanadakı gənc oğlan və Alya arasında olan həyəcan devam edəcək mi?

İlk bölümün yazım dili haqqında fikirləriniz nədir?




Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Nov 04 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Qəlbimin SəsiHikayelerin yaşadığı yer. Şimdi keşfedin