Hotel işçilərinə yemək vaxtı idi. Hamı işini təzəcə tamamlamış və yeməkxanaya enmişdi. İşçilərdən biri,yataq otağını yır-yığış edən şəxs hələ aşağı enməmişdi. Bir otağa daxil oldu hər yer qan içərisində idi. Qadının qışqırığı yeməkxanadakilərin yuxarı gəlməsinə səbəb oldu. Yuxarıdakı səhnə hamını şok eləmişdi. Lakin 2-3 şəxs var dı ki,bu səhnə qarşısında heç bir söz demədən otaqdan geri çıxdı. Xadimələr mızıldana-mızıldana təmizləyib,yır-yığış etdilər. Yeni müştəri gəldi. Mühafizəçiyə yaxınlaşıb rezerv kartını göstərdi. Mühafizə yerində dayanan şəxs tərs baxışlar ilə kartı götürdü. Bir xanıma yaxınlaşdı. Kartı ona uzadıb dedi : "Bir dəqiqə bunu yoxladıb gələ bilərsən?" Xanım başı ilə təsdiqləyib kartı götürdü və oradan bir qədər uzaqlaşdı. Bir yarım saat müşteri gözləməli oldu. Kartı geri gətirdikdə xanım mühafizəçinin qulağına nə isə pıçıldadı arxasınca gələn müdür ilə hər şey açıqlandı. Müdür cümləsinə belə başladı : "Üzr istəyirik sizi bir qədər yeməkxanamızda qonaq etməli olacağıq, ona görə ki..." Biraz fikirləşib davam etdi. "Sizdən əvvəl ki müştərimiz otağı darma dağın etdiyinə görə işçilərimiz hələ də otağı təmizləməyə çalışırlar". Müştəri şübhəli baxışlarla əvvəl müdürü sonra isə işçiləri başdan-aşağı süzdü (gözdən keçirdi). Sonra isə yeməkxanaya keçdi. Bir masaya əyləşdi. 5-10 dəqiqə sonra masanın üzərisi ləziz yeməklər ilə dolu idi. Lakin müştəri nə canlı konsertə diqqət edirdi, nə də ləziz yemək qoxusuna,onun fikri otaqda idi. Müştəri beynində nə isə planlaşdırıb ayağa qalxdı, və tualetə sarı yönəldi. Bir işçinin gözü onun nəzarətindəydi. Bir işçi digərinə yaxınlaşıb nə isə tapşırdı. Nəzarətçi yerindən uzaqlaşdı.Müstəri cəld hərəkətlərlə tualetdən çıxıb yerindən tərpənən işçinin yoxluğunu fürsət bilib yuxarı, otağa yaxınlaşdı. Müştəri işçidən düşən kartı götürmüştü və bu onun işini asanlaşdırdı. Kartı qapının üstündə ki mexanikaya yaxınlaşdırdı. Qapı artıq açılmışdı. Lakin o otağın qapısını aralamadan arxasında bir nəfəs hiss etdi. Arxasında cavan sarışın bir oğlan dayanmışdı. Oğlanın yaşıl gözlərində bir sirr yatırdı, eynəkli, zəif kıvrılmış dodağı ona ciddi bir ifadə bəxş edirdi. Oğlan bir müddət dayandı, sonra eynəklərini çıxarıb nə isə pıçıldadı. Qız heç nə anlamamışdı. Sonra addım səsləri eşidildi ardınca donquldanma səsləri gəldi. Sarışın gənc cəld bir hərəkətlə qızın qolundan tutaraq otağa girdi və qapını bağladı. Qız arxasına döndükdə gənc ona əli ilə sus işarəsi edərək geyim otağına daxil oldu və qızı çağırdı. Paltarların arasında gizləndilər. Bir neçə dəqiqədən sonra otağa biri daxil oldu. O yad dildə danışırdı. Gənc onun dilini anlayırdı. Gənc dodaqaltı tərcümə etməyə başladı " Burada kimisə qətlə getiriblər" Qız dözə bilmədi və kim olduğunu soruşdu.Gənc adının Ümüd olduğunu və bura gizli bir iş üstünde göndərildiyini dedi. Və qıza "sıra səndə" deyərək eynəyini sildi. Qız danışmağa başladı. "Adım Leyla'dır,25 yaşım var.Buraya istirahət üçün gəlmişəm." Ümüd Leyla'nın gözlərinə baxaraq "yüz faiz?" Dedi. Leyla gözlərini qaçırdı. Ümüd eynəyini taxıb çantasını açdı içərisindən bir telefon və bir silah çıxardı.Silahın cəphanəsini doldurdu və əlinə aldı, telefonu alıb nə isə nömrə yığdı. Telefonu qulağına qoydu. "Bəli otaqdayam siz haradasız?" "Başa düşdüm,binanın arxasına keçin kartı iplə göndərəcəyəm" "yox yanımda heç kəs yoxdur!" "Təcili hərəkətə keçmək lazımdır!" Leyla ağzını açacaqkən oğlan əli ilə qızın ağzını örtdü. Telefonu qapatdıqdan sonra qız təəccüblə soruşdu "Mən buradayım,nəyə görə heç kim yoxdu dedin?" Ümüd nəzəri baxışlarla Leyla'ya "Sən kimliğini gizlədirsən,mən niyə səni aşkar etməliyəm ki?" Qız gözlərini süzərək uzaqlaşdı. Ümüd pəncərəyə yaxınlaşdı və onu açdı. Aşağıya baxdı gözlədiyi şexslər oradaydı. Çantasından bir ip çıxardı Leyla'ya baxaraq "kartı ver" dedi. Qız istəksizcə kartı cibindən çıxarıb oğlanın qarşısına atdı. Ümüd heç nə deməyib kartı götürdü kartı ipə bağlayıb, pəncərədən aşağı saldı. Aşağıda kı şəxslər kartı götürdükdən bir müddət sonra hotelin mühafizəçiləri onları gördü. Adamlar qaçmağa başladılar, Ümüd "İş ləngidi" deyərək yatağa oturdu. Leyla bir kənarda dayanmıştı. Ümüd əli ilə Leyla'nı yaxına çağırdı. Leyla bir kresloda oturub sual verdi. "Səni bura dəqiq olaraq kim göndərib?, məni niyə buraxmırsan?" Ümüd yatağa uzanaraq "Müdürüm?!,Səni niyə buraxmıram?!" Leyla tənqid edici bir tərzlə "Hə niyə buraxmırsan?" Ümüd gülərək "Mənlik problem yoxdur,istəyirsən get amma..." Yerində dikələrək."Unutma ki, heç kim arxasında iz qoymaq istəməz!". Silahını çəkib ona istiqamətlədi. Leyla qorxaraq "Vallah heç kimə, heç nə demərəm. Burax geldim". Ümüd ələ salıcı bir tərzlə "Sən məni gic hesab edirsən?,mən neçə belə sənin kimiləri..." Qız sözünü kəsdi "Neynəmisən?! Öldürmüsən?!" Oğlan heç nə demədi iki dəqiqə sonra qız sükutu pozdu. "Məndən nə isdiyirsən?" Ümüd əsəbi halda "Məndən uzaq olmağını, ilk iş günümdə bir zibil çıxmasaydı olmazdı elə bil. Səndən istədiyim nədi bilirsən? ÖLMƏYİNİ İSTİYİRƏM bildin !??". Bir daha silah qıza istiqamətləndi.