1

32 4 6
                                    

   1-Cİ FƏSİL
  Anasının çox saylı təkidiylə qalxmışdı yatağından. Heç həvəsi yox idi məktəbə getməyə. Amma axı bu gün onun üçün, əslində, ən xoşbəxt gün olmalı idi?! Bu gün son zə-ng günü…   Artıq bitir uşaqlıq. Həyatının yeni səhifəsinə başlayacaqdı. Onu qarşıdan çox gözəl hadisələr gözləyir- di. Adətən, on birincilər məktəbin son günü sevinclə bəra- bər kədər hissi də keçirirdilər. Amma İncinin indi məktəb-filan heç vecinə deyildi.   O, başqa şey barəsində düşünür-dü. Düşüncələri bir-birinə qarışmışdı.  Bilmirdi ki, Həsən-in xəyanəti barədə düşünsün, ya atasının anasına qarşı et- diyi xəyanət barədə.   Ya  atasının pula satdığı şəxsiyyəti? Və atasının rüşvət sevgisinin qurbanı olan istedadlı, amma maddi cəhətdən kasıb olan şagirdlərin psixologiyası…                          Atası aşağıda idi. Onun düşməsini gözləyirdi.   Qorxudan tir-tir əsirdi. Yəqin, qorxurdu ki, qızı hər şeyi danışacaq anasına. Amma İnci hələ bu halda deyildi. Depressiyadan çıxmaq istəyirdi. Səhər yeməyinə oturmadan evdən çıxdı. Dünənki gözlənilməz iyun yağışının ardından,    deyəsən, hava açılmışdı. Gün çıxmışdı.    Müntəzəm olaraq,   qara
“BMW” markalı maşın qapılarının ağzında onu  gözləyir- di. Həsənin üzünü görmək istəməsə də maşına mindi. Hə- sənin üzündəki tədirgin üz ifadəsi aydın hiss olunurdu: “Dünən bizə gəlmisən. Ana dedi. Deyir,   yağışın    altında  heç nə demədən geri qayıtmısan.” – nə qədər  hiss    etdir- məməyə çalışsa da səsindəki titrəyiş hiss olunurdu.             “Hə. Gəlmişdim.” – qısaca cavab verdi.                                   “Bəs nə oldu? Niyə geri qayıtdın?” – özü, bəlkə də, çox yaxşı bilirdi səbəbini. Amma hələ qabaqdan gəlmişlik e- dirdi.                                                                                  “Məşq etməliyik bir dəfə. Gecikirik. Sür məktəbə.”
“Dayan görüm hələ. Niyə cavab vermirsən sualıma?” – səs tonunu qaldırdı.
“Nə qışqırırsan? Ya qabaqdan gəlmişlik edirsən? Özünü tülkülüyə qoyma. Sən özün yaxşı bilirsən niyə getdiyimi.”
“İnci…” – səs tonu azaldı. Gözlərini İncidən ayırıb, müh-ərriki işə saldı. Artıq səsi çıxmadı, heç İnci  də  dinmədi. Səssiz-səmirsiz maşının pəncərəsindən yola baxırdı. Am- fikri yolda – maşınlarda deyildi. Tamamilə başqa yerdə i- di ağlı. Nəysə  heyifsilənirdi. Kaş anası onu   oyatmazdı. Son zəng tədbirinə də getməzdi. İçində pis bir hiss vardı. Sanki məktəbə yox, ölümə gedir. Heç kəsi görmək istəm-irdi. Heç kəsi  eşitmək  istəmirdi.   Həyat onu pis yerdən vurmuşdu. O bu qədər yükü daşıya biləcəkdimi? Dözə bi-
ləcəkdi bu qədər ağrı-acıya? Özü-özünü sorğulayırdı, am- ma heç bir nəticəyə gələ bilmirdi. Əgər atasının xəyanəti-ni anasına desəydi, ailələri dağılacaqdı. Əgər atasının rüş-vətxorluğunu  şikayət etsəydi, onda da qınanacaqdı. Bəs Həsən? Bunların içində onu ən çox sarsıdan Həsənin onu aldatması idi. Həm də bir neçə ay əvvəl ən yaxın rəfiqəsi olan Şəmslə. Axı niyə? Axı niyə həyat ona hər tərəfli zər-bə vurmuşdu?! Həm də eyni anda… Elə bu düşüncələrlə məktəbə çatdılar. Məktəb həyəti on birincilərlə dolu idi. Deyəsən, artıq məşqlərə başlamışdılar. “Məktəb illəri” mahnısını oxuyurdular. Karaoke versiyasını. Uşaqlarla be- lə qənaətə gəlmişdilər ki, bütün mahnıları öz səslərilə ifa etsinlər.                                                                       Məktəb həyətinə giriş edən  kimi müəllimə İnci və Həsə-  nə yoldaşlarına qatılmağı göstəriş etdi. İnci nə qədər laqe- yd olsa da istəksizcə cərgəyə qoşuldu. Şəms də bu  cərgə-də idi. Demək olar ki, eyni cərgədə idilər, amma araların- da beş nəfər var idi. Həsən Fəridin yanına keçdi. İndi İnci də, yalandan da olsa, ağzını tərpədib nəysə  mızıldanmalı idi. Amma heç həvəsi yox idi buna. Düzdür, o da çox istə-yirdi son zənginin möhtəşəm keçməsini, lakin nə yazıq ki, son zamanlar yaşadıqları onun xoşbəxtliyinə mane olurdu.
On beş dəqiqə sonra məktəb sahibi olan atası - Harun Əl- əkbərov məktəbə giriş etdi. Məktəb binasına daxil olarkən gözü qızının üzərində idi. Sonra nə düşündüsə geri qayıdıb 
musiqi müəlliməsi – Sevil müəllimədən İnciyə beşcə də- qiqəlik icazə aldı. İnci onunla danışacaqlarını bildiyinə görə onunla heç danışmaq istəmirdi. Amma uşaqların yanında inkar etmək istəmədi atasına. İstəksiz addımlarla atasının arxasınca – direktor otağına irəlilədi. Atasının ota- ğı elə birinci mərtəbədə idi.                                                     
Otağa girən kimi Harun qızını qucaqlamağa cəhd etdi, am- ma İnci tezcənə atasını geri itələdi:
-Yaltaqlığa ehtiyac yoxdur, ata. Bilirəm ki, anama heç nə demədim deyə belə edirsən. Amma çox da rahat olma.
-Qızım, niyə belə edirsən axı? Axı mən səni də, ananı da…
-Yox, - İnci Harunun sözünü kəsdi, - sən nə məni, nə də anamı çox istəmisən. Sən ancaq…
-Qızım, qurbanın olum, belə danışma. Mən bir qələt etmiş- əm, amma hər şeyi yoluna salacağam.
İnci əsəbi halda gülməyə başladı. Sonra səsini qaldırdı:
-Nəyi yoluna salacaqsan? Nəyi?
“Qızım” – deyə Harun İncini sakitləşdirmək istəyirdi.
İnci son sözlərini deyib atasının otağından çıxdı:
-Səni əsla, əsla bağışlamayacağam. Özümü toparladıqdan sonra anama da danışacağam hər şeyi. Onu, bizi aldatmağı-na göz yummayacağam. Nifrət edirəm sənə! Nifrət!
Atasının kabinetindən çıxanda saat 9 olardı. Tədbirin başlanmasına hələ iki saat vardı. Məktəbin həyətində hələ də gur səslər eşidilirdi:
“Dünya hələ bizim üçün nağıldı…
Min arzuyla alışırdıq, yanırdıq.
Özümüzü biz hamıdan ağıllı,
Özümüzü nə bəxtəvər sanırdıq…”
  İndi İncinin içində daha da qəribə hisslər var idi. Sanki indi ayıldı. Bu gün məktəbə vida günüdür. Bitir artıq uşaq- lıq. Onu qarşıda daha ali bir məktəb gözləyir – həyat məktəbi. Həyat məktəbi adi məktəbə bənzəmir axı. Sevinc- lə bərabər acı da hər daim bizi izləyir. Yenilər qazanmaqla bərabər itkilər də olur. Amma itkilərlə bərabər insan balası-nın törətdiyi vəhşiliklər…
Həyat məktəbi çox ağırdır. Bəzən ayaqda qalmaq üçün hər şeyini verirsən, amma əslində heç nəyinin olmadığının fərqinə varırsan…
Həyat məktəbini elə başa vurmaq lazımdır ki, nə vicdanın sızlasın, nə şəxsiyyətin… Nə də insanlığın… İnsanların ək-səriyyəti reinkarnasiyaya inanırlar. Amma, yəqin, onlar da özlərinə təsəlli verirlər bu elmi və dini sübutu olmayan terminələ… İnsan dünyaya bir dəfə gəlir. Yaşamaq haqqı insana sadəcə bir dəfə verilir. Yaşadığın müddət boyu elə həyat sürməli, elə işlər görməlisən ki, insanlar səni həmişə
xoş xatirələrlə ansınlar… Məclislərdə adın çəkiləndə hər kəs ruhuna rəhmət diləsin…
  Bir az sakitləşdikdən sonra yoldaşlarının yanına keçdi. Və bu dəfə bir az da olsa həvəslə oxumağa başladı.                            Yarım saatdan sonra artıq son məşqləri etdik. İndi sıra for- maları geyinməkdə idi. Hamı yığışıb məktəbin binasına daxil olacaqdı ki, birdən açılan atəş səsindən diksindilər. Bəli, az öncə çox yaxından silah səsi eşidildi. Hər kəs qorxu  içində, çığıra-çığıra binaya girdi. Tez qapını bağladılar. İnci pəncərəyə baxanda sarsıldı. Məktəbə silah- lə hücum olunmuşdu. Bir azdan odlu silah qapını parçaladı. Vahimə dolu anlar idi. Şagirdlər müəllimlərin köməyi ilə arxa qapıya yönləndirilir, bəziləri gizlənməyə yer axtarırdı-lar. İnci Həsəni gözləri ilə axtardı, amma , deyəsən, qala- balıqda yoxa çıxmışdı. İnci də qorxurdu. Birdən digər silahlı şəxs onların yolunu kəsdi. Bu lap dəhşət idi. Qaça bilənlər qaçır, qaça bilməyənlər isə gülləbaran olurdular. Çox dəhşətli mənzərə vardı. Hər kəsin çığırışı bir – birinə qarışmışdı. İnci tez qaçıb pəncərələrin birindən yerə atlamaq istəyirdi. Bunu bacardı. Amma sonra pəncərədən gördüyü mənzərə onun üçün, bəlkə də, ən ağır mənzərə idi. Şəms… Uşaqlıq dostu… Digərləri kimi qaçıb canını qurtarmaq istəyirdi ki, arxadan iki güllə dəydi. Yerə yıxıldı. O an çox sarsıldı İnci. Geri qayıdıb uşaqlıq dostunun yanı- na getmək istədi, mümkünsüz olsa da elə hiss edirdi ki, bəl- kə, onu xilas edə bilərdi. Amma xəbərsizdi ki, bir azdan özü də uşaqlıq dostunun yanına gedəcək…


SON ZƏNG Where stories live. Discover now