Hotel bölüm 9

6 0 2
                                    

Hamısı narahat halda arxasına döndü. Leyla qorxu dolu, titrək bir səs ilə "Athena sən niyə buradasan?". Athena gülərək "İngiltərədə ki işimi bitirdim indidə gəldim qardaşımla birlikdə vaxt keçirək. Bir ay qaldı qardaşımın ad gününə. Ad günündə onunla olmaq istədim o qədər."

Athena kimdir?
Athena Mehdi'nin bacısıdır. Mehdi balacaykən atasının işini anası dəstəkləməmiş onu işinə görə tərk etmişdi. Bu zaman anasının bir uşağı olacağı barədə nə Mehdi'nin nədə ki, atasının xəbəri vardı. Anası uşağı İngiltərədə dünyaya gətirmişdi. Beləliklə anası uşağa tək baxa bilməyəcəyini düşünüb evli bir kişiyə aşiq olmuşdu. Anselo adlı bir kişi ilə birlikdə olmuş ailəsini dağıtmışdı. Anselo əvvəl Athena'nı bilməmişdi. Sonralar isə öz övladı adı ilə onu böyütmüşdü. Anselo düz Qızın 16 yaşı olduqda öz qızı olmadığını öyrənmiş və onları tərk etmişdi. Sonralar anası tərk olunmağa dözə bilməmiş intihar etmişdi. Athena anasının qəbr üstündə ilk dəfə atası və Mehdi ilə tanış olmuşdu. Sonralar qardaşı ilə birlikdə atasının məzarında ağlamış, doğum günlərində birlikdə əylənmiş, gülmüşdülər. Amma indi geç qovuşduğu qardaşını tez itirdiyini öğrənəcəkdi.

Maşının bagajında MEYİT.
Athena ciddi tonla "Nolub Ümüd'ə?" Gülərək "ağlamısan?" Ümüd üzünü çevirdi. Sabit Athena'ya yaxınlaşdı. Əlini onun çiyninə qoyaraq "Athena məni bağışla verdiğim sözü tuta bilmədim." Athena çaşqın bir halda "Nə sözü? Hansı söz? Sən mənə çox söz vermiştin. İndi düşünürəm.. sən mənə verdiyin sözlərdən yalnız birini tutmusan indiyə kimi. Oda hansı bilirsən?" Ayan Narahat halda soruşdu "Hansını tutub?" Athena gülərək "Mən İngiltərə'yə getməmişdən mənə söz vermişdi ki Mehdi'ni gic-gic adam öldürmək işlərinə salmasın. Bu sözünü tutmusan əhsən. :)" Sabit dərin bir nəfəs alaraq Athena'nın qolundan tutdu maşının bagajına yaxınlaşaraq "Bağışla məni tuta bilmədiyim söz elə bu idi. Bilirəm məni bağışlamağın üçün heç bir səbəb yoxdur. Amma əlimdən gələni etdim. İntiqamı yerdə qalmayacaq əmin ola bilərsən!" Athena içindəki qorxunu gizlətməyə çalışaraq "Necə yəni Zarafat eliyirsən? Düzdür Zarafat eliyir! Zarafat elədiyini deyin! Gülün də niyə gülmürsüz!" Hamını bir kənara itələyərək bagaja yaxınlaşdı. Bagajda Mehdi'nin cansız bədənini gördük də Athena'nın dünyası yıxılmışdı. Athena donub qalmışdı. Gözlənmədik bir halda Athena gülməyə başladı. Heç kim heç nə anlamamıştı. Athena'nın gülərkən gözündən bir damla gözyaşı axdığını gördükdə hər şey aydınlaşmışdı. Athena əsəb krizi keçirir di. Lucas o an dözə bilməmiş həmin məkandan uzaqlaşmaq istəmişdi. Lucas Sofiya'ya "Mən getməliyəm üzürlü sayın. Bu hərəkətimi səhv başa düşməyin. İşim var bu səbəblə getməliyəm. Sağolun. Allah rəhmət eləsin." Sofiya sakıt tonla "Mənə niyə deyirsən? Ümüd orada Leyla orada get onlara de?!" Lucas çəkinərək "Hamısı Athena adlı qız ilə məşğul dur. Yalnız sən onlarla iç içə değil kimisən o səbəb dən sənə yaxınlaşdım. Narahat etdimsə üzürlü say." Sofiya başı ilə yox işarəsi edib Ümüd'ə yaxınlaşdı. Ümüd göz yaşlarını gizlətməyə çalışırdı. Sofiya Ümüd'ə daha da yaxınlaşaraq " Gizlətməyə ehtiyac yoxdu, " Ümüd eynəyini çıxarıb Sofiya'ya döndü "Necə başa düşmədim? " Ciddi durmağa çalışırdı. Sanki o özünü buraxsa grupdan birini daha itirəcək di. Lakin bu düzgün deyil. Bunu özüdə bilirdi amma Mehdi'nin ölümü onu çox incitmişdi. Sofiya zəif təbəssüm ilə "Ağladığını deyirəm.. Gizlətməyə ehtiyac yoxdur. Hamı ağlıyır. Bu dəqiqə ağlamağa ən çox ehtiyac duyanlardan birisən!?" Ümüd diqqət yetirmədən soruşdu "Ağlamağa ehtiyac duyan?! Mənim ehtiyacım yoxdu. Mən ağlaya bilmərəm başa düşürsən ağlaya bilmərəm! Mehdi'yə xəyanət etmiş olaram..." Sofiya ciddi ton ilə " Nə Xəyanəti? " Ümüd gözü dolmuş bir formada "Heç nə.. Ağlasaq da gülsək də onunla birlikdə edəcəkdik birlikdə söz vermişdik üçümüz..." Sofiya maraqla " Üçünüz?? Mehdi, sən digər üçüncü kimdi??"

Bu an hər kəs evə keçmişdi evə həkim çağırmışdılar. Athena'nın halı pisləşmişdi. Ümüd söhbətdən qaçış yolunu tapmışdı sanki. Əlini Sofia'nın çiyninə qoyub "Sofiya bunu öyrənməməyin sənin xeyrinədir. Bu məsələni çox qurdalama!?". Sofiya zəif təbəssüm ilə Ümüd'ə "Niyə? Səndən uzaqlaşaram deyə qorxursan?" Ümüd'ün sözləri boğazında taxılı qaldı. Sofiya diqqət çəkici bir gülüş ilə evə yaxınlaşdı. "Qorxma o üçüncü şəxs kim olsa da səndə günah axtarmaram." Ümüd heç nə demədi. Gözlərini uzaqlaşdırıb eynəyini düzəltdi. Sofiya qapını araladı, ayaqqabılarını çıxarıb bir qırağa qoydu və içəri daxil oldu. Üzündə ki, Narahat edici təbəssüm yerini kədərli bir gənc qıza dəyişdi. Ümüd Sofia'nın dediklərini düşünürdü. Bu an Ayan həyətə Həkim'in gəlişini yoxlamağa gəldi. Ümüd'ün gözlərində ki, narahatlıq çox asan formada oxunurdu. Amma o indi Ümüd'ə yox Athena'ya nəzarət etməli idi. Ümüd aradan çıxdı. Evin arxasında Mehdi, Sabit və Ümüd'ün birlikdə qurub yığışdırdıqları bir ağac ev var idi. Və ora bu üçlüdən başqa kiminsə girməsi qadağan olmuşdu. Uşaqlıqları barədə hər şey o evdə idi. Ümüd gərgin addımlarla ağac evə yaxınlaşdı. Ama sanki getmək istəmirdi. Ayaqları onu getməyə məcbur edirdi. Yavaş və kədərli addımlarla evin qapısına yaxınlaşdı. Əlini qaldırdı. Qapının qolu köhnəlmişdi. Uzun müddət bu evə gəlmədikləri açıqca anlaşılırdı. Ümüd aşağı əyildi. Qapının ağızında ki asılqandan açarı götürdü asılqanın yanında asdıqları şəkli tamamilə unutmuştu sanki. Şəkildə üç dost birlikdə idilər. Məktəbdən ayrıldıqlarında gəzməyə şəhərin küçələrinə atılmışdılar. Bu hadisə Mehdi'nin planı idi. Bu səbəblə artıq daha dəyərli bir şəkil hesab olunmalı idi. Ümüd açardan istifadə edərək qapını araladı. Bir-iki saniyə içəri girməyə özündə cəsarət axtardı. Ətrafına baxındı. Nə etdiyini sorğuladı. Sonunda bir cavab tapa bilməyib içəri girməyə məcbur oldu. İlk addımda geri çəkildi. Sanki bu hərəkəti ona yanlış gəlirdi. Mehdi'yə aid nə isə görməyə cəsarəti yox idi. Bir necə dəqiqə gözlədikdən sonra artıq cəsarətini toplamış görünürdü. İçəri addım atdı. Bir addım daha. Və artıq ağac evinin mərkəz hissəsində gözləri yaşla dolmuş bir vəziyyətdə dayanmışdı. O mətbəxdən bir səs eşitdi. Yavaş addımlarla mətbəx otağına yaxınlaşdı. Mətbəxin qapısını araladı. İçəri keçdi. Masanın üzərində balaca bir kağız parçası gördü. Ümüd təəccüblə kağızı əlinə aldı. Kağız yaş və büzülmüşdü. Sanki kim isə bunu yazarkən ağlamış hər an vazkeçmək istəyi ilə kağızı buruşdurmuşdu. Ümüd gərgin vəziyyətdə kağızı əlinə aldı. Kağızın büzüşmüş hissələrini əli ilə aralayaraq göz yaşlarını sildi. Kağızı açdığı anda arxadan bir nəfəs hiss etdi. Qapıda onu izləyən peşman üz ifadəsi ilə ona baxan biri. Ümüd işinin bitdiyini düşünərək arxasını döndü. Ümüd'ün gözlediyi son insan idi. Ümüd "Sən.. Burda. Nə işin var.. Qorxmursan?"

-Onu oxumadın?

Ümüd "Nə? NƏYİ OXUMADIM? Bu kağızı sən yazmısan? Niyə? Sənə görə oldu və birdə kağız parçası gönderirsən?

-Deməli oxumamısan.. Lap yaxşı indi o kağızı mənə ver!

Ümüd ciddi tərzlə kağızı açdı "Görək nə etiraf etmisən?!"

Salam Ümüd. Bilirəm hər şey üçün gecdir. Bunu o gün orada etməliydim ama özümdə o cəsarəti tapa bilmədim. Bağışla. Ama mənə Kömək etməlisiz. Sən və Athena. Beləliklə hər şeyi.. Ən azından digərlərini.. xilas edə bilərik. Mənimlə bir olacaqsan? Elədirsə səndən tək xahişim var CouseDeidre'yə zərər vermə. Onlar hələ uşaqdır. Onlardan zərər gəlməyəcək inan mənə. Nemesis barədə mənimlə birlik olacaqsan? Ümüd bu bir çox insanın gələcəyinə təsir göstərəcək!!Növbəti şəxs----

Qətl SirriHikayelerin yaşadığı yer. Şimdi keşfedin