•••
Hər şey o gün başladı
Yeni bir həyat,yeni bir yaşam və yeni güçlər...
Mən Vedaliya. 16 yaşındayam və normal həyat tərzi yaşayıram,ən azı ad günümə qədər normal yaşayırdım.Həm məktəb oxuyub,həm də part time ofisant işləyirdim.Məqsədlərim vardı,bir döyüşçü olmaq istəyirdim amma oxumaq fikrim də var idi.Nitqim normal idi,ədəbiyyatla aram normaldı amma əsasən riyaziyyata önəm verirdim.
3 yaşıma qədər olan heç bir uşaqlıq şəklim yox idi,övladlıq olduğumu düşünürdüm amma zarafata bağlayırdım və önəm vermirdim,çünki övladlıq belə olsam bu mənə təsir etməzdi.Anam hissiz,duyğusuz olduğumu deyərdi,bəlkə də həqiqətən elə idim.
Ad günümə 1 həftə qalıb deyə sevinəcək deyildim,çünki 1 yaş daha artdı və bunun heç bir əhəmiyyəti yoxdur mənim üçün.17 yaşıma keçəcəkdim,mənə həmişə 17 yaşın önəmli və çətin yaş olduğunu deyərdilər,bəlkə də elə idi ya da hər insan eyni deyil və hər kəsin yaşayışı fərqlidir,bəziləri üçün 17 yaş çətin ola bilər,hər nəysə.Hər səhər o nifrət etdiyim səslə oyandım,telefonumdan həyəcan siqnalını söndürdüm və istəmsizcə yatağımdan qalxdım.Yatağımı səliqəyə salmağı heç sevməsəmdə etdim.Lazimi işləri gördükdən sonra məşqə başladım,başda da qeyd etmişdim ki,idmançı,döyüşçü olmaq istəyirəm amma məşq üçün zala ehtiyacım yoxdur,həm də zal lazımı pulu saxlayıb evə xeyirim dəysə daha yaxşıdır.Onsuzda,o pulu ailəm deyildə,özüm öz maaşımla verə bilərdim,lakin işlə məşqi bir gətirmək olmazdı.Yeməkdən sonra çantamı götürüb məktəbə getdim.Yolda qulağımda qulaqlıq ilə gəzərkən biri çiynimə toxundu,qulaqlığı çıxarıb çevirləndiyimdə bu Arya idi,uşaqlıq dostum.5 yaşımda bu məhəllənin aşağısında olan parkda görmüşdüm onu və digərlərini.Eyni məhəllədə qalıb,eyni məktəbdə oxuyurduq,hətta Lukas'la eyni blokda qalırıq.Ansaldo ilə eyni sinifdəyik.4-lü qrupumuz var.Ancaq bir yerdəyik.Qarşıdakı skamyada Ansaldo ilə Lukas oturmuşdu.
Ansaldo aramızdakı ən əyləncəli,zarafatcıl,səmimi birisidir.Dərslərlə arası yoxdur,ancaq əylənməklə məşğuldur,heç kindar biri deyil.Cüdo ilə məşğuldur amma kənardan baxılanda heç cüdoçu birinə oxşamır.Yaşıdımdır hətta ad günlərimiz brlə eynidir.
Arya ən sakitimizdir.Bizim psixoloqumuz da sayılar,dərslərlə arası çox yaxşıdır.Sadəcə,bizlə olanda əylənə bilir.Hətta onun bizləykən necə əyləndiyini görsələr təəccüblənərlər,çünki insan onu asosyal,hər kəsdən uzaq,pis biri kimi görür.17 yaşı var.
Lukas ciddi,soyuqqanlı,əsəbi bir tipdir.Amma bizə qarşı heç vaxt əsəbi göstərməyib,insanlara da göstərməməyə çalışır amma damarına basırlar.Məktəbə arada gedir,ailəsi çox varlıdır amma buna baxmayaraq bu var dövləti heçə sayır.O öz gələcəyini özü qurmaq istəyir,həm oxuyur,həm də işləyir.Ailəsi işləməsinə qarşıdır amma o ailəsini nə qədər də sevsə,işləmək istəyir.18 yaşı var amma hələ məktəb oxuyur,aramızdakı ən böyüyü odur.
"Noldu,məktəb yadına düşdü?" Dedi Arya
"Hə,1-2 aydır getmirdim,çox darıxmayın deyə gəldim" dedi Lukas.Ansaldo'nun zarafatları,Arya'nın anamız kimi danışıqladı ilə dərsə getdik. Dərsdə ancaq yatdım,kitab oxudum ya da musiqi dinlədim,sevmədiyim dərslər idi deyə amma evə gələndə mütləq həmin dərslərə baxırdım,nə də olsa summativlər var."Universitetə girəndən sonra hər şey rahat olacaq" deyən insanları anlamıram,heçnə rahat olmayacağını bilirik hər birimiz amma ixtisasınada bağlı ola bilər.
Mənim belə sadə həyatım var ikən o gün gəldi.Heç sevməzdim ad günlərini onsuz,bu dəfə nə əcəbsə ailəm tən-təraqlı keçirmək istədi.Mənə heç bir əhəmiyyət kəsb etmədiyinə görə razı oldum.Ailə içində keçiriləcəyini fikirləşirəm.15 Dekabr
00:00-da təbrik gözləyəcək biri deyiləm,yirğun oluram deyə istər-istəməz tez yatıram.Bu yorğunluq sayəsində səhərə qədər düşündürən fikirlərdən uzağam.Niyəsə bu dəfə yatmamışdım,qrupdan mesaj gəldi,mesajı gördüyüm an girdim qrupa.Mesajı gördüyüm an,kimdən gəlir gəlsin tez cavab verməyə çalışan biriyəm,telefon həmişə səssizdə olur deyə həmişə tez cavab verə bilmirəm.Ad günümü 3-də təbrik etdilər və çox gözəl sözlərlə.O birisi otaqda olmasına baxmayaraq anamda mesaj atdı.Kontakta əlavə elədiyim birindən də mesaj aldım.Profili qara idi,biosunda heçnə yazılmamışdı və bu vaxta qədər heçnə paylaşmamışdı.Girdim,yazdığı təbrik mesajını oxudum,təşəkkür edib,kim olduğunu soruşduğumda "İnistagram istifadəçisi" adı yazıldı hrsabına,blokladı məni.Hər nəysə bir önəmi yox idi amma sağ olsun təbrikinə görə.Yorğun idim amma yuxum gəlmirdi,ancaq özümü yatmağa zorladım.Səhər o iğrənç səsdən əvvəl oyandım.Gün normal keçirdi.Məktəbə getdim,çıxdım işə getdim,işdən 6-da çıxdım bu gün tez buraxdı.
Qış ayları idi deyə hava tez qaralmışdı,işdən çıxanda bizim uşaqlar məni qarşıladı.Lukas ilk dəfə idi,ailəsinin ona aldığı maşını sürmüşdü.Onlarla birlikdə sahil kənarına getdik.Çox gözəl bəzədilmişdi amma mənim üçün bununda əhəmiyti yoxdur,boş-boş bəzədilir sonra hamısı zibilə atılır.Mənim üçün edilən hər şeyə çox önəm verirəm.Unutqan biriyəm deyə ya şəklini çəkirəm,ya da telefonuma qeyd edirəm.Mən parti,şənlik həvəskarı deyildim,hətta heç mənlik belə deyildi amma gözəl keçdi.Ad günü hədiyyələri,tort,bəzəklər,təbriklər amma mənim üçün əhəmiyyətli olan təbrik idi.Evə keçmək üçün ailəm hazırlaşdılar mənsə bir az bizimkilərlə gəzəcəkdim,sonra məni evə ötürəcəkdilər.Naragat hiss edirdim amma səbəbsiz yerə.
Gecə vaxtı bir skamyada 4-müz birlikdə oturmuşduq,ilk dəfədir normal söhbət edirdik.Sonra məni evə ötürəcəklərdi.Küçənin başında qədər ötürdülər,oradan evə 10 metr var idi təxmini.Adımlamağa başladığımda o narahatlıq hissi artdı və sanki nəsə olacaqmış kimi hiss yarandı.Birdən başıma nəyləsə vurulmasının ağrısını hiss etdim,sonrası yoxdur.
•••
YOU ARE READING
17 YAŞ
FantasíaAd günündən sonra əsil həyatı başlayan Vedaliya bu həyatda insanlıq eçün savaş verir