Qurbanovlar ailəsi 6 üzvdən ibarətdir.
Əhməd- Qurbanovlar ailəsində ata rolunu canlandıran personajdır. 48 yaşı var. Əxlaq və namusu ön planda tutan, lakin qadın və kişi ayrıseçkiliyi edən personajdır. Əsəbi və heç bir halda məmnun ola bilməyən bir insan tipidir. Öz xeyrini güdən bir düşüncə quruluşu var.
Tahirə- Qurbanovlar ailəsində ana rolunu canlandıran personajdır. 44 yaşı var. Əxlaq və namusu ön planda tutan və ailədə ən çox yük üstünə düşən personajdır. Zəhmətkeş, mehriban, lakin qeybətcil bir personajdır.
Teymur- Qurbanovlar ailəsində ilk oğul və ən böyük övlad. 22 yaşı var. Əxlaq və namusdan dəm vuran, ancaq əksər əxlaqsızlığı edərək özünü hər situasiyada haqsız olsa belə, haqlı görən və əsəb pozan bir personajdır.
Nigar- Qurbanovlar ailəsində ilk qız və ikinci övlad. 20 yaşı var. Ailədə ikinci ana rolunu üstünə götürən, mehriban, xoş və səmimi bir personajdır. Müasir düşüncəlidir.(Safe place🫶🏻)
Leyla- Qurbanovlar ailəsində ikinci qız və üçüncü övlad. 18 yaşı var. Qiybətcil, hamının pisliyini istəyən, arzu və istəkləri oğlan olan və öz həmcinsini alçaldan bir personajdır.
Vüsal- Qurbanovlar ailəsində ikinci oğul və dördüncü övlad. 17 yaşı var. Ailə tərəfindən ən çox qınanılan, sakit, öz dünyasında yaşayan, yardım etməyi sevən və müasir düşüncəli bir personajdır.
Burada heç bir surət ya ən pis, ya da ən yaxşı olaraq qruplaşdırılmayıb. Hekayənin gedişində hər bir tipin mənfi və müsbət cəhətləri göstəriləcək və yaşadıqları hadisələr nəticəsində əldə etdikləri təcrübə və baxış bucağı mövzusuna toxunulacaqdır.
ŞİMDİ OKUDUĞUN
Bir Ailənin Çöküşü
General FictionƏsasları sevgi bərabərliyi və qarşılıqlı hörmət üzərində qurulmayan bir ailənin sonu necə bitə bilərdi ki?