1.İLK GÜN

416 9 10
                                    

-Tez ol,Nigar . İlk gündən gecikməyək.
Nigar:
-Offf,ilk gün demə. Üstümüzün halına bax.
Nuray:
-Bezdim. Yolun ortasında oturub ağlayacam.
Nigar:
-Yaxşı ,yaxşı özünə gəl, Nuray. Elə bil bayaq gecikirik deyən sən deyildin. Tez ol ən azı üstümüz yağış,palçıq olsada ilk gündən dərsə gecikmiş tələbə kimi tanınmarıq.
Saata baxdım dərsin başlamasına 15 dəqiqə qalmışdı. Nigar haqlı idi. Tələsməli idik. Bu gün bizim tələbə olaraq ilk dərs günümüzdü. Nigarla instagramdan tanış olmuşduq. Bakıya kirayə üçün ev axtaranda Nigarda gəlmişdi . Həmin gün görüşmüşdük və eyni evi kirayələmişdik. Universitet ilə evimiz arasındakı məsafə 30 dəqiqəlik idi . Bu gün isə tərslikdən yolun yarsında güclü yağış yağmağa başladı. Bizdə başdan ayağa islanmışdıq. Universitetə çatanda zəng hələ vurulmamışdı içəri daxil olanda ayağım sürüşdü. Gözlərimi ani gələn qorxu və utanc hissi ilə yumdum. Yerə düşəcəyim anı gözləyirdim. Amma birdən kiminsə məni tutduğunu hiss etdim. Gözümü açanda əsmər , yaraşıqlı və 21 yaşlarında olan bir oğlanın məni tutduğunu gördüm. Çox utanmışdım kəkələyə - kəkələyə :
-Ayy , şey mən... mən üzr istəyirəm.
Oğlan mehribancasına gülümsədi və nəsə demək isdəyirdi ki, bir qız yaxınlaşdı. Mənə gözucu saymazyana baxış atdı. Oğlanın qolundan tutub:
-Elvin,305 ci otaqdadı dərsimiz. Tez ol gəl. Gecikməyək.
-Puah. İfritə.-deyərək Nigar səsli şəkildə reaksiyasını bildirdi.
-Ay Nigar, baş qoşma.Gəl cədvələ baxaq görək bizim dərsimiz neçənci otaqdadı.
Cədvələ baxarkən məlum oldu ki, bizim də dərsimiz 305- ci otaqdadır.Bəli, məlum şəxslər də bizim qurup yoldaşımızmış. İlk dərsimiz İnsan anatomiyasıdır. Müəllim hər birimizlə tanış oldu. Həmin bayaqkı qıcıq qızında adı Ayselmiş. Aysel və Elvin universitetə qəbul olmamışdan əvvəl sevgiliymişlər. Elə buna görə də Aysel bayaq mənə tərs -tərs baxıbmış. Guya öz aləmində qısqanır . Amma bilmir ki,nə Elvin nə də Aysel məni maraqlandırmır. Məni sadəcə Azərbaycan Tibb Universitetini uğurla bitirib savadlı həkim olmaq maraqlandırır.
Tənəffüsdə Nigarla bufetdə oturmuşduq. Qurup yoldaşlarımızı və müəllimləri müzakirə edirdik. Birdən gözüm yan masada oturan oğlanlara sataşdı. Bu oğlanlar bizim qurup yoldaşlarımız idi. İçlərindən biri gözünü çəkmədən mənim qarışmda oturan Nigara baxırdı.
-Nigar, Rauf gözünü çəkmədən sənə baxır bayaqdan. Xəbərin olsun -deyərək Nigara göz vurdum.
Nigar utandı. Utandığı üzünü qızarmağından çox bəlli idi. Buda mənə həzz verdiyi üçün bir az da Nigara sataşmaq isdədim.
-Bu arada,çox yaraşıqlıdı. Gözləridə yaşıl rəngdədi. Sən demişdin ki rəngli göz oğlanlara simpatyan var. Hər şey ne üst-üstə düşür. Məncə bu bir işarədir.
Nigar lap qulaqlarının dibinə qədər qızardı.
-Eee ,bəsdidə Nuray.
Güldüm.

Güldüm

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Nuray. 18 yaşı var

 18 yaşı var

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Nigar.18 yaş

18 yaş

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Elvin. 22 yaş

 22 yaş

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Aysel.21 yaş

21 yaş

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Rauf.22 yaş

QİSAS - 18+Hikayelerin yaşadığı yer. Şimdi keşfedin