Hotel bölüm 10

2 0 0
                                    

Ümüd "Növbəti şəxs--". O cəld bir addımla kağızı Ümüd'ün əlindən qapdı. Ümüd bir daha gözünün yaşını sildi. Dərin bir nəfəs alaraq "Növbəti öləcək şəxs kimdir?"

-Səni əlaqələndirmir!

Ümüd əsəblə və göz yaşları içərisində "Mənimlə birlik olmaq, başkalarını xilas etmək istəmirdin? İndi nəyə görə fikrini dəyişirsən?! Ölmək üçün gəlmisən buraya???"

-Bu elədiyim həm düzgün həm də yanlış gəlir.. ağlım qarışıqdı. Bir tərəflə ən çətin günümdə məni xilas edib ona borclu olduğumu deyən ən yaxın dostum. Digər yanda isə mənə təmənnasız sevgisini bağışlayan bir ölü. Mən hansı tərəfi seçməliyəm heç nə bilmirəm.

Ümüd sanki bu etibarsız qarışıqlığı anlayırdı. Çünkü, o və Mehdi'də eyni hissi yaşamışdılar.. Nemesis'i o xəstəxanada alovlar içərisində buraxdıqda. Bir hefte sonra geri dönmək istəmişlər lakin buna cəsarət edə bilməmiş. Yoldan keçən bir gəncdən xahiş etmişlər. O gənc soruşduqda isə Nemesis o yanğında "öldü" cavabını almışdılar. Bu ikili həmişə bu peşmançılıq hissi ilə yaşamışdı. Ümüd'ün bu qadına olan nifrəti az da olsa soyumuşdu sanki. O sakin güvən hissi oyadan səs tonu ilə "Sənə dostuna xəyanət et deyə bilmərəm. Buna haqqım yoxdur. Lakin sənində savunmasız halda qandırılaraq öldürülən dostumu unutmağına icazə verə bilmərəm. Mehdi'nin son sözü nə idi xatırlayırsan?"

- Mən nə deyə bilərəm ki o an əlimdən gələn sadəcə bağırmaq, ağlamaq idi. Və məndə bunu etdim..

Ümüd'ün yaşıl rəngli gözləri yerini mavi rəngə təslim etmişdi. Ümüd'ün artıq gözyaşlarını silmək fikri yox idi. Hər şeyi açıq yaşayırdı bu dəfə. "Mehdi'nin son sözü "Sevdiyim qadın sizə əmanət Sabit, qoyma yanıma gəlsin!" İdi və sən qatil olduğunu bilərək o qadını seçəcəksən?! Qatil olmağı keçdim, Deyirsən ki səni ona borclu hiss elətdirir. Bu dostluq yox Sanki sən onun qulluqçususan kimi səslənir. Onun boş işlərini həll edən qulluqçu. Sən bunu özünə yaraşdırırsan? MALLORY sən de Mehdi yoxsa Ağ Meduza daha MƏSUMDUR!?

-Mehdi'nin son sözü həqiqətəndə bu idi?.. səncə Mehdi nə istəyərdi?..

Ümüd üzünə düşən saçını çekərək "Əmin ol Mehdi sənin o qadınla birlikdə olmağını istəməzdi."

-Əminsən? Mehdi.. Ümüd onun üçün çox darıxıram. Hər gün ondan bir mesaj gözləyirəm. Buna baxmayaraq hər gün içimdə ki alovun səbəbkarı ilə üz-üzə gəlirəm. Ümüd mənə kömək edəcəksən??..

Ümüd "Əgər qərarından gələcəkdə peşman olmayacaqsansa mən həmişə varam!!"

         Athena'nın halı pisləşmişdi.
                          Xəstəxana

-Yaxşıdır. O nəyə görə belə oldu ki? Qan dəyərləri biraz aşağıdır. Deyəsən gözəl xanım kim iləsə küsülüdür eləmi? Yemək yeməyib. Ama sağlamlığı təhlükəyə atmaq olmaz..

Athena yerindən dikəldi. "Bəsdir bu qədər yatdım! Qar..daş..ıma.. no..l..du.."
Ayan qorxaraq "Aylin indi yox nolar, Bax vəziyyətin yaxşı deyil biraz keçsin sonra."

Aylin Alya(Athena'nın həqiqi adı."Athena ləqəbdir") "Yox Ayan olmaz!" Yerindən qalxamağa cəhd göstərərkən bir anda həkim vuran iynənin təsiri ilə geri yatağa uzandı.. Biraz Mehdi'nin adını təkrarladıqdan sonra yuxuya getdi.. Leyla yaxşı görünmürdü. Sanki xəstəliyi özünü büruzə verməyə başlamışdı. Ayan çəkinərək "Sabit indi nə edəcəyik? Aylin'in vəziyyəti məlumdur. Leyla xəstəliyi özünü göstərməyə başladı. Ümüd ortalıqda yoxdur! Sabit nolar bir yolunu tap..". Ayan və Sabit bir yol tapa bilmirdilər. Sabit son qərar ilə Ümüd'ü axtarmağa çıxdı. O heç düşünmürdü ki, Ümüd ağac evdə olar. Çünkü o evə sonuncu dəfə iki il əvvəl getmişdilər. Qız məsələsi olmadıqca o evə getmirdilər. O dəfə Ayan barədə danışmaq üçün yığmışdı oğlanları. Grubu yığan Sabit idi.

Zilla - Nemesis Mallory'inin yaxşı olduğunu düşünmürəm. Bəlkə ona bu qətlin səbəbi olmadığını deyəsən?

Nemesis(Ağ Meduza) - Yox narahat olma o hələ də mənimlədir. O Məzarlıqda məni seçdi Nəzrin!

Zilla - Nemesis sənə deyirəm yaxşı şeylər olmayacaq. Hiss edirəm ki artıq Sofiya'da intiqamın dan vazkeçib. Artıq başqa bir şeylə məşğuldur. Və Lucas'ı artıq Sofia'nın yanına nəzarətə göndərmişəm.

Nemesis - Lucas'ı necə razı saldın?

Zilla - O artıq öz sirrimdir.

Nemesis - Yaxşı elə olsun. Ama Mehdi dramı bitmədən Ayan ölməlidir! Bunu unutma!! Ümüd'ə toxunmayın! Onu özüm həll edəcəm!!

Zilla - Yaxşı amma mən yenə də Nəzrin'ə nəzarət edəcəm.

Nemesis - Boşa vaxt itkisi olacaq ama özün bilərsən.

Ümüd və Mallory

Mallory - Heç kimə bu barədə danışmayacaqsan?? Elədirsə plan qurmağa başlayaq!..

Ümüd - Heç kimə danışmayacam amma mən haradan bilə bilərəm ki, sən məni oyuna gətirməyəcəksən?!.

Mallory - Yox narahat olma. Məndən sənə zərər gəlməyəcək..

Ümüd Mallory'inin gözlərinə baxaraq "yüz faiz??" Dedi. Mallory gözlərini uzaqlaşdırdı. Ümüd sakit amma acınacaqlı səs tonu ilə "Mallory əgər səninlə bir yolda gedəcəyiksə... Bir-birimizə güvənməliyik--". Mallory sözünü kəsdi "Adım Nəzrindir. Başqa nə öyrənmək istəyirsən soruş cavab verim..." Ümüd güvən dolu baxışlarla"İndi mən əminəm ki, Sən bu işi həqiqətən istəyirsən. Ağ Meduza'dı nədi onun yanında deyilsən." Nəzrin dərindən bir nəfəs alaraq " Nemesis." Ümüd çəkinərək "Nemesis?" Nəzrin ciddi tonla "Hə... Nemesis. Ağ Meduza deyə tanıdığınız adamın həqiqi adı!" Ümüd'ə bu ad tanış gəlmiş olsada diqqətə almadı, yenə... Mallory " Sizinlə nə isə problemi var kimi görünür. Keçmişdə nələr yaşamısınız bilmirəm amma Mehdi o keçmişin qurbanı oldu!" Ümüd göz yaşlarını sildi. "Bizim keçmişdə onunla əlaqəmiz olmayıb. Onu yenilərdə tanımışıq". Mallory Ümüd'ün gözlərinin içinə diqqətlə baxaraq "Yüz faiz?.." dedi. Ümüd'ə bu cümlə yad deyildi. Bu cümlə əzəldən bəri istifadə etdiyi və sevdiyi bir cümlə idi. Ümüd bu sözü ilk dəfə Mehdi'yə demişdi. Ümüd üzünə düşən saçını çekərək "Mallory sən nə etməyə çalışırsan? Sənin məqsədin nədir?"

Mallory gözlərini qaçırdı. Öncə ki qərarlılığı yox olmuşdu sanki. Mallory çəkinərək "Səninləyəm Ümüd". Ümüd'ün gözlediyi cavab bu deyildi. Təəccüblə Mallory'ə baxırdı. Gözlənmədik bir halda qapı döyüldü. Ümüd'ün və Mallory'inin içini bir qorxu bürümüş. Bir anlıq sükut çökmüş, bədənini bürüyən o hərəkətsizlik bütün dünyanı bir dövrana çəkmişdi. Sanki həyat durmuşdu o an. Sonra bir səs eşidildi. Bu səs yad deyildi. Amma çox tanışda deyildi. Səsin sahibini Mallory anladı amma səsini çıxartmadı. Ümüd cəld və sürətli addımlarla mətbəxə keçdi. Tez üzünü yudu. Bunun səbəbi heç kimin ağladığını görməməsi istəyi idi. Amma nəyə lazımdır ki, artıq onu o vəziyyətdə Mallory görmüşdü. Ümüd Mallory'inin qolundan çəkərək onu yataq otağına saldı. Mallory'ə əli ilə sus işarəsi edərək geyim otağında ki paltar şkafını göstərdi. Mallory səssizcə otağa keçdi və şkafı açdı. Mallory'inin gözləri yaşlarla doldu. Şkaf Mehdi'nin eşyaları, geyimləri ilə dolu idi. Mallory şkafa girəcək cəsarəti özündə tapmadı. Və şkafın arxasında yataq ilə pəncərə tərəfə gizləndi. O görünmürdü amma yenə də rahatlamaq vaxtı deyil. Qapıda kim isə var və dayanmadan qapını döyür.

Ümüd dərin nəfəs alaraq qapıya yaxınlaşdı. Qapını açmaq istəməsə də buna məcbur idi çünkü döyən şəxs qapını qırada bilərdi. Bu zaman  Mehdi'nin əmanətinə zədə gələrdi. Ümüd yavaşça əlini qapının qoluna yaxınlaşdırdı. Tutdu. Qapını açdı. Araladı. Səs yox idi. Ümüd'ün içini qorxu bürümüşdü.

Mallory'inin gözləri yaşlarla doldu. Qorxu ilə otağa göz gəzdirirdi. Səssizlik sonu Mallory başını qaldırdı yuxarıdan nəfəs hiss edirdi. Mallory'inin içindəki qorxu artdı. Ümüd və yanında bir şəxs ona baxırdı.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Oct 27 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Qətl SirriHikayelerin yaşadığı yer. Şimdi keşfedin