Mələk üzlü şeytan

26 3 3
                                    

Qışın ilk ayları idi. Yenə də sıxıcı bir dərs günüydü. Zəngin səsi eşidildi və bütün tələbələr universitetin bufetinə axışmağa başladı. Nigar və Nurayda bufetə daxil oldular. Aysel, Elvin və Rauf birlikdə oturmuşdular. Elvin Nuray bufetin qapısından daxil olan kimi onu görmüşdü. Nuraya elə baxırdı ki, sanki gözlərindən alov çıxırdı. Nigar Raufu görüb onlar olan masaya yaxınlaşdı və Raufa:
-Mənimlə gəl, sənə sözüm var- dedi.
Rauf qalxıb Nigarla getdi. Nurayda gedib ayrı masaya əyləşmişdi. Elvinlə göz-gözə gəlməsin deyə onun arxasında olan masaya əyləşdi.
Raufla Nigar həyətdə dayanmışdı. Nigar:
-Mən sənlə davam edə bilməyəcəm. Yani davam etsəkdə bizim bir sonumuz olmayacaq. Ən yaxşısı çox da irəli getmədən bitirməkdir.
-Bitirmək? -ara verib göz süzdürərək-Yaxşı elə olsun. İsdədiyin budursa bitirək.-Rauf ovucunu sıxmışdı. Hirsləndiyini çox bəlli etməmək üçün iri addımlarla Nigardan uzaqlaşdı.
Dərs başlamışdı. Müəllim tələbələrə bildirdi ki, universitet ekskursiya təşkil edir. Amma hələki ətraflı məlumat verilmədiyini ,bu axşam whatsApp qurupunda hər kəsə ətraflı məlumat veriləcəyini qeyd etdi. Dərs bitdikdən sonra Nuray çantasını toplamağa başladı. Dəftər və qələmini çantasına sıxışdırırdı ,Elvində arxadan Nurayın yanından keçərkən ona möhkəm şəkildə çiyiniylə vurub keçdi. Nuray çiynini tutub əsəbi şəkildə qaşını çatdı. Nigarda yanında idi ,amma onunda yığışmağa başı qarışdığı üçün olanları görməmişdi. Nuray çiynini ovuşdura-ovuşdura Nigara:
-Bitirdinsə gedək.
-Aha ,bitdi.
Nigar çantasını çiyninə atarkən sevinclə:
-Çox həyəcanlıyam, görəsən hara gedəcəyik.-qapıdan çıxa-çıxa - Hara olur- olsun, məncə çox əylənəcəyik-dedi.
-Hə,məncədə.
-Sən heç sevinmişə oxşamırsan.
-Yox . Sadəcə yorğunam.
-Hmm. Anladım.
Nuray Nigara yalan demişdi. Elvinin hərəkətlərini və ona baxışını görmüşdü. Bilirdi ki, Elvin ona nifrət edir. Amma nə qədər də yalanlasa da, Nuray çox yaxşı bilirdi ki, Elvindən xoşu gəlir. Elvinin ona qarşı olan nifrəti Nurayı çox incidirdi. Həm də Nurayda bilirdi ki, Elvin onun günahsız olduğunu bilmir. Lakin, bir tərəfdən də Ayselə inanmağı onu heç dinləməməyi Nuraya çox toxunmuşdu. Çünki, dəfələrlə yazmışdı və danışmağa çalışmışdı .
Hava qaralmışdı. Nuray mətbəxdə şam yeməyi hazırlayırdı. Nigarda süfrə qururdu. Çox vaxt yeməyi Nuray bişirərdi, qabları yumağı isə Nigar edərdi. Yemək hazır olanda hər ikisi masaya əyləşdi.

Nigarın boşqabının yanındakı telefonuna bildiriş gəldi

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.


Nigarın boşqabının yanındakı telefonuna bildiriş gəldi. WhatsApp -dan gəlmişdi . Nigar gələn yazını oxumaq üçün telefonu əlinə aldı. Birdən üzündə böyük bir gülüş göründü. Sevincək şəkildə:
-Aaa gəzinti üçün Göygölə gedəcəyik. -dedi.
-Əla , həmişə Göygölə getmək isdəmişəm. -Nuray sevindi.
-Onda yeməkdən sonra özümüzlə aparacaqlarımızı toplayaq. Gəzinti həftəsonu keçiriləcək. İndidən hazır olaq.
-Yaxşı.

NURAY VƏ NİGARIN QALDIĞI MƏNZİL.

QONAQOTAĞI

QONAQOTAĞI

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
QİSAS - 18+Hikayelerin yaşadığı yer. Şimdi keşfedin