Sevgi və nifrətin mübarizəsi

14 0 0
                                    

Əziz oxucular, sizi çox gözlətdiyim üçün məni üzrlü hesab edin. Ümid edirəm "Qisas" ın yeni bölümünü bəyənərsiz😊
Fikirlərinizi paylaşsanız çox sevinərəm🙏Hər birinizə xoş oxumalar❤

Nigarın Rəsulla olan dostluq münasibəti , bu sözlərdən sonra daha da möhkəmlənəcəkdi. Çünki, Nigarın eşitdiyi bu sözlərə çox ehtiyyacı vardı. Söz yox Raufdan qorxacaq bir qız deyildi. Amma nə qədər də cəsur olsa da Nuraya zərər gəlməsini isdəməzdi. Nigar doğurdan da Nurayı çox isdəyirdi. Hətta keçən dəfə onun Elvinə görə tökdüyü göz yaşlarını görəndə ürəyi sızıldamışdı. O da qalsın ona görə Nuraya nəsə olsa, özünü bağışlamayacaqdı . İndi Rəsulun dedikləri ona güc vermişdi. Ən azından özünü yalnız hiss etməmişdi.

Elvin Nurayın atasıyla zənglə danışdıqdan sonra, geri qayıtdi.Dəhlizin tinindən çıxan kimi Rəsulun Nigarın əlini tutduğunu gördü. Rəsul onu görən kimi tez əlini çəkdi və Nigardan uzaqlaşıb nə edəcəyini bilmədiyi üçün divara söykəndi. Nigarda özünü toplayıb yanağındakı yaşları sildi. Elvin telefonu Rəsula uzadanda :
-Hə necə oldu? Danışa bildin?-dedi Rəsul.
Elvin:
-Hə , danışdım. Hal -hazırda bura gəlməyi fikirləşirlər-dedi.
Rəsul:
-Bir azdan Nurayda özünə gələcək. Onsuzda qorxulu bir şey yoxdur. Nigarda bayaqdan narahatdı .Gözünün yaşı da ovucundadı də.
Elvin imalı bir baxış atıb Rəsula heç nə demədi sadəcə başını təsdiq əlaməti olaraq yellədi.


2 saat sonra...
Nuray özünə gəlmişdi. Qolunda serum taxılı vəziyyətdə uzanmışdı. Ailəsi də yanına gəlmək üçün çoxdan yola çıxmışdı. Nurayın ailəsi çox da böyük deyildi. Atası, anası və bir də balaca qardaşı vardı. Ancaq bir- birinə çox bağlı ailəydilər . Atasının 52 yaşı , anasınınsa 41 yaşı vardı. Aralarında olan böyük yaş fəqinə baxmayaraq sevgiləri hələ də ilk gündəki kimi özünü qoruyub saxlamışdı. Atasının adı Akif, anasının adı isə Zərifə idi. Balaca qardaşı Həmzə , Nurayın 10 yaşı olanda dünyaya gəlmişdi .
Həmzə bacısına qarşı çox həssas olduğu üçün ona heç nə deməmişdilər. Sadəcə vacib işləri olduğu üçün Bakıya getməli olduqlarını , onu da qayıdana qədər sevimli qonşuları olan Xalidə xalanın yanında qalmalı olduğunu demişdilər.
Nigar Nurayın yanından 1 saniyə belə olsun ayrılmırdı .
-Nigar , get heç olmaya çay falan iç . Ya da hava al mənə görə narahat olma-dedi Nuray.
-Sən bilirsən mən bu gün nə qədər stres çəkmişəm?-səsi titrədi- sənə nəsə olacaq deyə çox qorxdum-dodağını büzərək başını inkar işarəsi olaraq sağa sola yelləyib-yox,sənin yanından heç yerə getmək isdəmirəm. Mən bu qapıdan çölə addım belə atmaq istəmirəm.
-Məncə qorxu və stresin yersiz yerə olub-Nuray Rəsula baxış atıb gülərək-hara ölürəm ?Mən sənin başının bəlasıyam əl çəkən deyiləm səndən-deyib güldü.
-Eee...bəsdi də. Hər şeyi zarafata salırsan-yanağını silə- silə Nigar dedi.
-Məncə də bir az hava alsan daha yaxşı olar -Rəsul dedi.
-Mənim rahat olmağımı isdəyirsənsə get bir az hava al . Özünü topla. Məndə rahat olum , məni incitmə.- Nuray dodağını büzüb yazıq -yazıq ona baxdı.
-Elə baxma ...Offf, yaxşı . Amma tez gələcəm. Nəsə olsa mənə zəng et yaxşı?
-Yaxşı narahat olma.-Nuray gülümsədi.
-Məndə sənlə gəlirəm-Rəsul dedi-onsuz Elvin gələcək bir azdan.

Bu vaxt Elvin qapını açıb içəri girdi. Rəsulla Nigarda palatadan çıxırdılar. Elvin qaşılarını çataraq Nurayın yanında olan stulda oturdu. Nuray isə üzünü yana çevirib uzanmışdı. Ağlında hey düşünürdü ki, Elvin necə oldu onun ardınca gəldi. Beynində cavablanmayan suallar vardı. Birdən üzünü Elvinə tərəf çevirdi . Bu vaxt o da Nuraya baxırdı. Nuray ağzını doldurdu ki, nəsə desin birdən dayandı və dodaqlarını dişlədi. Elvin nəsə demək istədiyini hiss etdi. Kəskin baxışlarla gözlərini onun gözlərindən çəkmədən sual dolu nəzərlərlə ona baxırdı. Nuray:
-Eee...Mən...mən çox təccübləndim ki, sən niyə mənim ardımca - Nurayın sözünü kəsən Elvin yerindən cəld qalxıb onun çənəsinə yapışdı və dedi:
-Sən axmağın ölüsü yox, dirisi mənə lazımdı. Ordan uzaqlaşdığını görmüşdüm , azacağını bilirdim . Ona görə səni təqib elədim.-deyib Nurayın çənəsini buraxdı. Oda Çənəsi ağrıdığı üçün əliylə çənəsini ovuşdurdu . Elvin isə əlini cibinə aparıb fotoaparatı çıxarıb Nurayın uzandığı çarpayıya atdıb:
-Bunu sən atıb qaçanda götürdüm . -dedi -Amma əsla mənə təşəkkür etmə. Nə də düşünmə ki mənə can borcun var. -Nuraya tərəf əyilib bir əlini çarpayısının bir tərəfindən, digəri ilə də digər tərəfdən tutub qucaqlamış kimi dayandı, gözlərini onun gözlərinə zilləyib sözünə davam etdi-mən hələ sənə yaşatmalı olduqlarımı yaşatmadan sənin ölməyinə əsla razı ola bilmərəm.
Hər ikisi göz- gözə, nəfəs- nəfəsə dayanmışdılar. Bu saniyələr hər ikisi üçün çətin anlar yaşadırdı . Çünki, Nuray ona nifrət edən insanı sevirdi. Elvinsə onu sevən insana nifrət edirdi. Hər ikisi bir -birinə qarşı əks duyğular hiss edirdilər. Nurayı içdən -içə aşiq olduğu insanın ona kin bəsləməsi məhv edirdi. Elvin isə nifrət etdiyi qadının ona bəslədiyi sevgiylə sanki, daha çox güclənirdi.
Həyatın qanunu belədir. Sevgi ya qarşılıqlı , ya da qarşılıqsız ola bilər. Amma bəzəndə duyğulardan biri sevgi olan da, digəri nifrət də ola bilirmiş. Bu zaman sevgiylə nifrət arasında bir mübarizə yaranır. Belə mübarizədə nifrətin qalib gəlmə ehtimalı çox olur. Çünki nifrətin saxtası olmur . Amma sevginin saxtası olur . Elvinlə Nurayın mübarizəsində isə kimin qalib gələcəyini bizə zaman göstərəcək.

5 saat olmuşdu ki , Nuray xəstəxanada idi. 3 gün qalmalı olduğunu biləndən qanı qaralmışdı . Çünki, indidən sıxılmağa başlamışdı. Telefona çoxlu bildiriş və zənglərin gəlməsinə rəğmən telefona baxmamışdı. Elvin , Rəsul və Nigar getmişdilər. Əslində, Nigar getmək isdəmirdi Nurayın təkidiylə getmişdi. Atası və anası yanında olduğu üçün Nigara qıymamışdı. İndi isə yoldan yorğun gələn valideyinləri Nurayın yanında mürgüləyirdilər. Nuray başını qatmaq üçün telefonunu alıb açanda ,Səlimin ona zəng etdiyini və whatsappdan nə qədər yazdığını gördü. Öz- özlüyündə düşündü ki, Səlimə xəstəxanada olduğu desə dayanmayıb onu görməyə gələcək. Anasına və atasına isə Səlim barədə hələ bir şey demədiyi üçün çətin vəziyyətdə qalacaq. Buna görə yalan deməliydi. Bunun üçün ona başı qarşıq olduğunu və bir neçə gün onunla danışa bilməyəcəyini və vaxtı olanda ona yazacağını yazaraq bildirdi.

3 gün sonra

Nuray sağaldığı üçün artıq Bakıda idi. Otağında uzanmışdı . Yol onu bir az yormuşdu. Nigar isə harasa getmək üçün hazırlaşırdı.
-Nuray, mən çıxıram-qapının ağzında ayaqqabısını geyinərək dedi.
-Gec gələcəksən?-otağından çıxan Nuray dedi.
-Məncə çoxda gecikmərəm.Yaxşı ,sağol mən getdim.
-Yaxşı yol-deyib mətbəxə keçdi. Özünə bir qəhvə düzəltməyə başladı. Bu vaxt qapının zəngi çaldı. Nigarın nəyisə unutduğuna görə geri qayıtdığını düşündü. Qapını açmağa gedə-gedə:
-Yenə nəyi yadından çıxarmısan axı-deyib deyinirdi. Qapını açanda qarşısında bir əlini divara qoyub, digər əlini isə qara cins şalvarının cibinə qoyaraq dayanan Səlimi gördü. Gözlərini təəccübdən böyüdərək baxan Nuray :
-Sənin burda nə işin var?-dedi.
-Səncə? Neçə gündü mənimlə normal danışmırsan . Səsini belə eşitməyi mənə məhrum etmisən. Hiss eləyirəm ki, nəsə olub, amma məndən gizlədirsən.
-Səlim, mən bilirəm sənə qarşı doğru hərəkət etmədiyimi. Gəl içəri. Mən sənə hər şeyi ətraflı danışacam.
Səlim və Nuray qonaqotağındakı divanda yan -yana əyləşdilər. Nuray başına gələnlərin hamsını Səlimə danışdı.
-Sən nə danışırsan, Nuray?Zarafatdı bunlar? Sənin başına nələr gəlib , amma mən bunları indi bilirəm.-Səlim əsəbi halda dedi.
-Mən bilirdim ki, sən narahat olacaqsan. Dayana bilməyib yanıma gələcəksən. Atam və anamın yanında pis vəziyyətdə qalacaqdım. Səni tanımırlar belə.
-Səni mən heç vaxt pis vəziyyətdə qoymaram . Amma sən məni bu hərəkətinlə çox pis qırdın. -Nurayın üzünü əlləri arasına alıb davam etdi-sənə qarşı necə həssas olduğumu bilirsən.
-Mən çox üzr istəyirəm.
-Şşş...-baş barmağını Nurayın dodaqlarına apararaq dedi-sən məndən üzr istəmə. Mən səndən üzr istəməliyəm ki, çətin anında yanında ola bilmədim-deyib Nurayın alt dodağından bir öpüş qondurdu ardından -Səni sevirəm ,Nurayım -dedi-mən sənlə nəfəs alıram. Həyatımın mənası sənsən. Sənə nəsə olsa gərək mən yaşamayım.
Nuray əlini onun saçlarına apardı. Səlimsə onun alt dodağını öpməyə davam edirdi. Bu vaxt Səlimin telefonuna zəng gəlməyə başladı . Zəngi açmağa niyyəti yoxuydu,amma Nuray dodağını ondan çəkərək:
-Zəngi aç bəlkə vacibdir.-dedi.
-Bu dəqiqə səndən vacib heç nə yoxdu mənim üçün.-deyib öpməyə davam edirid. Əlini telefona aparıb kimin zəng etdiyinə baxmadan söndürdü.Amma yenə telefon zəng çalmağa başladı.
-Aç artıq məncə.-Nuray dedi.Səlim əsəbi əsəbi zəngi açıb:
-Nə var ? Niyə durmadan mənə zəng edirsən. Zəngi söndürmüşəmsə, deməli vacib işim var bunun nəyini anlamırsan.-dedi-..... Nə ? İndi necədi? .... yaxşı mən indi gəlirəm.-telefonu söndürüb Nuraya tərəf dönərək əlini onun üzünə aparıb-Mən təcili sürətdə evə getməliyəm. -dedi sonra ayağa qalxaraq-atam ürək xəstəsidi. Vəziyyəti anidən pisləşib.-dedi
Nuray narahat olmuş vəziyyətdə:
-Allah şəfa versin. -dedi- evə gedəndə mənə də xəbər verərsən vəziyyətinin necə olduğunu .
Səlim qapıya yaxınlaşıb ayaqqabısını geyinə -geyinə:
-Yaxşı-dedi-amma səndə bir də belə hərəkət eləmə yaxşı, gözəlim?-Nuray təsdiq əlaməti olaraq başını yellədi-özünə yaxşı bax. Sən mənim üçün dəyərlisən , mənə lazımsan bunu unutma.
Nuray Səlimin boynuna atlayaraq onun yanağından öpdü. Bu vaxt qapının kilidinin səsi gəldi və qapı açıldı. Qapının arxasından Nigar və Rauf göründü. Rauf Səlimi görüb əllərini qoynuna qoyub istehzayla baxmağa başladı. Səlimsə qaşqabaqlı və əsəbi halda:
-Sənin burda nə işin var?-dedi.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: 3 days ago ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

QİSAS - 18+Hikayelerin yaşadığı yer. Şimdi keşfedin