06.10.2020
Şahruz yatmış körpəsinin şirin ətrini içinə çəkib dodaqlarını onun pambıq kimi yanaqlarına toxundurdu:
-Hələlik, Əsmərim!Ata tezliklə qayıdacaq...
Sonra Züleyxanı bağrına basdı:
-Özünüzdən muğayat olun!Mütəmadi əlaqə saxlayacağam.Səni sevirəm...
-Mən də səni...
Dəhlizə çıxdı, atasını qucaqladı.Anasını qucaqladı.Əllərindən öpdü:
-Özünüzə yaxşı baxın!
Ayaqqabılarını geyinib çantasını belinə aldı.Züleyxa qaçıb mətbəxdən bir stəkan su gətirdi.Qabil:
-Yaxşı yol, oğlum!Çatan kimi zəng elə,-dedi.Gülnar:
-Sağ ol, ağıllı balam!Uğur olsun yoluna,-deyə Şahruzu bir də qucaqladı.
-Xudahafiz...-deyə Şahruz qapını açıb bloka çıxdı və əlini yelləyərək pilləkənlə arxa-arxaya düşdü.Bu dəmdə Züleyxa suyu onun ardınca atdı, su pillələrlə ehmalca süzülməyə başladı...
VOCÊ ESTÁ LENDO
İbrahim Mustafazadə-"YADA SAL MƏNİ"
Espiritual"Yada Sal Məni" hekayəsi 44 günlük Vətən müharibəsi(İkinci Qarabağ müharibəsi) dövründə Şahruz adlı gənc arxeoloqun bir axşam tıxacda başlanan və ailəsinə bir məsələni açmağa hazırlaşdığı günləri anladır. Həyatının adi axışında, sevdikləri ilə birli...