profiria (vampir xesteliyi)

345 8 4
                                    

Vampir xesteliyi (porfiria)
Vampirizm əfsanəsinin meydana çıxma səbəblərindən biri də sağ adamların (katalepsiya xəstəliyinə düçar olanların, klinik ölüm, eləcə də "minimal ölüm" vəziyyətinə düşənlərin və s.) diri dəfn olunması, eləcə də porfiriya xəstəliyidir.
Katalepsiya xəstəliyinə tutulmuş şəxs qıcolma zamanı özündən asılı olma ya raq hərəkət etmə qabiliyyətini tam itirərək bir dəfə aldığı bədən duruşu vəziy yə tini dəyişdirə bilmir. Xəstə sanki "donur". Maraqlısı isə odur ki, belə xəs tə lər normal insanlar üçün rahat olmayan duruş vəziyyətlərində saatlarla dayana bilirlər. Qıcolma zamanı belə xəstələr görmə, eşitmə və hissetmə duyğu la rı nı itirmə sələr də, fiziki baxımdan hərəkət edə bilmədikləri üçün kömək istəyə bil mir lər. Təəssüf lər olsun ki, orta əsrlər dövründə xalq kütləsi bu xəstəlikdən xəbər siz olmuş, hə min xəstəlik diri insanların ölmədən əvvəl kəfənə bürünməsinə, son nəti cə də isə qəbirdə dirildiyi zənn edilən bu insanların məzardan çıxarılaraq "vampir" damğası vurulub öldürülmələrinə səbəb olmuşdur.
Porfiriya xəstəliyinə gəlincə, Kaliforniya Dövlət Universitetinin tədqiqatçı la rından kimya professoru Wayne Tikkanenin araşdırmalarına görə vampirizm əfsanəsinin meydana çıxma səbəblərindən biri məhz bu xəstəlikdir. Porfiriya xəstəliyi dəri xəstəliyidir. Onun ağır formasını yaşayan insanların qanında dəhşətli genetik pozuntular törəyir, toxumalarda isə piqment mübadiləsi dağınıq xarakter alır. Bu xəstəliyə tutulan şəxslərdə günəşin ultra-bənövşəyi şüaları orqanizmdəki hemoqlobin maddəsinin qeyri-zülalı hissəsini (hemi) zəhərli maddəyə çevirir ki, nəticədə dərialtı toxumanın yeyilib dağılması halı müşahidə olunur. Bu zaman xəstənin dərisi qəhvəyi rəngə çalır, zəifləyir, günəş şüasının azca təsirindən çatla yır, çürüyür və iyrənc qoxu saçır. Prosesin davam etməsi son nəticədə sümüklərin deformasiyasına - ətrafların, eləcə də barmaqların eybəcər formada əyilməsinə gətirib çıxarır. Dözülməz ağrılar xəstəni günəş şüasından gizlənməyə məcbur edir. Gündüz vaxtı onları görmək mümkün olmur. Məlumatlara əsasən belə xəstələr gecə düşdükdən sonra çiy ət və qan ovuna çıxırlar. Çünki onlar qan içərkən ağrını unudur, pozulmuş maddələr mübadiləsi müəyyən qədər bərpa olunduqdan sonra bir müddət sakitləşir, sonra ağrılar yenidən baş qaldırır. Bu məsələ ilə bağlı Wayne Tikkanen deyir: "Hekayələrdə vampirlərin nə üçün gecələr bayıra çıxıb qan içdiklərinin cavabı məhz budur". Davamlı ağrıların şiddətlənməsi nəticəsində qaniçənlər hətta özlərindən fiziki cəhətdən güclü adamları belə ovlaya bilirlər. Bu cür xəstələri yalnız yarımcan vəziyyətə salmaqla və ya öldürməklə susdurmaq olur. Wayne Tikkanen bu xəstəliyin əlamətlərini belə ümumiləşdirir: "Xəstədə anormal qıllanma müşahidə olunur. Dodaqlar quruyub çəkildiyi üçün dişlər ortaya çıxır. Xəstə çox əzab çəkir. Axırda özündən çıxır".

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Jul 21, 2015 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

bilmedikleriniz...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin