Aqata Kristi
"Baş Nazirin Oğurlanması"
İndiki müharibə (1-ci dünya müharibəsi) və onun problemləri keçmişdə qalmış işlərdir, güman edirəm milli böhranın olduğu bir vaxtda dostum Puaronun oynadığı rolu arxayınca, risk etmədən dünyaya bəyan edə bilərəm. Bu sirri yaxşı saxlayıblar. Onun barəsində mətbuata bir söz də belə olsun çatmayıb. Amma həmin sirrə ehtiyac keçib gedib. Düşünürəm ki, İngiltərə böyük bir fəlakətini belə məharətlə ötüşdürdüyünə görə gözəl zəka sahibi, qəribə dostuma, heç olmasa borclu olduğunu bilməlidir.
Bir axşam nahardan sonra dostumgildə oturmuşdum. Tarixin üzərində ətraflı dayanmayacağam. Bunu demək kifayətdir ki, bu, İngiltərənin düşmənləri "danışıqlar yolu ilə sülh" şüarını tutuquşu kimi təkrar etdikləri bir vaxtda baş vermişdir. Yararsız olduğum üçün ordudan tərxis olunmuşdum və səhhətimlə bağlı iş tapmışdım. Axşamlar nahardan sonra Puaroya baş çəkmək, dostumun sərəncamında olan maraqlı işlər barəsində onunla söhbət etmək adətim olmuşdu.
Ingiltərənin baş naziri cənab Devid MakAdamın həyatına qəsd etmək cəhdi haqqında səs-küyə səbəb olan xəbəri onunla müzakirə etməyə can atırdım. Qəzetlərdəki bu məlumat, ehtimal ki, senzuradan diqqətlə keçmişdi. Baş nazir ağlasığmaz bir halda canını qurtarmışdı. Güllə ancaq onun yanağını yüngülcə yaralamışdı. Daha heç bir məlumat verilməmişdi.
Düşünürdüm ki, qanunun belə kobud şəkildə pozulması bizim polisin rüsvaycasına ehtiyatsız hərəkət etməsi nəticəsində mümkün olmuşdur. Yaxşı başa düşmüşdüm ki, İngiltərədə alman casusları belə bir uğur qazanmaq üçün daha çox risk etmək arzusunda olacaqlar. "Döyüşən Mak", mənsub olduğu partiya ona bu ləqəbi vermişdi, var gücü ilə genişlənməkdə olan pasifistlərin təsirinə qarşı qətiyyətlə mübarizə aparırdı. O, İngiltərənin nəinki baş naziri, o, İngiltərənin özü demək idi və onu öz nüfuz dairəsindən uzaqlaşdırmaq –Britaniyaya sarsıdıcı və iflicedici zərbə endirmək demək idi.
Puaro boz kostyumunu balaca süngər parçasıyla təmizləməklə məşğul idi. Heç zaman Herkyul Puaro kimi şıq geyinən olmazdı. Təmizkarlıq və səliqə-səhman dəlisiydi.
Indi benzin iyinin havanı bürüdüyü bir vaxtda o, heç də bütün diqqətini mənə yönəldə bilməzdi.Bir dəqiqədən sonra səninlə olacağam, dostum.
- Bircə yağ ləkəsindən başqa hamısını təmizləmişəm. Yağ ləkəsi xoşagələn şey deyil. Mən onu belə təmizləyirəm. O, süngəri əlində yellətdi.
- Yenidən bir siqaret yandıraraq gülümsündüm.Maraqlı bir şey var?- bir-iki dəqiqədən sonra ondan soruşdum.
- Mən günəmuzd işləyən bir qadına – siz ona nə deyirsiniz?- ərini tapmaqda kömək edirəm. Çətin işdir, xüsusi nəzakət tələb edir. Məndə belə fikir yaranıb ki, ərinin tapılmasından razı qalmayacaq. Sən nə deyirsən buna? Mənim özümə gəldikdə, mən kişiyə rəğbət bəsləyirəm. O, gözüaçıq adamdır.
Güldüm.
Axır ki, bu yağ ləkəsi getdi! Indi sizin ixtiyarınızdayam.
Sizdən soruşmaq istəyirəm ki, MakAdama qarşı sui-qəsd barədə siz nə fikirdəsiniz?
Uşaq işidir! –Puaro cəld cavab verdi. -çətin ki adam buna inansın. Tüfəngdən atəş açasan, amma məqsədə nail olmayasan. Bu keçmişin üsuludur.
Bu dəfə məqsədə çatmağa az qalmış imiş –ona etiraz etdim.
Puaro hövsələsizcəsinə başını yellətdi. Cavab vermək istəyirdi ki, sahibəsi qapıdan başını içəri salıb ona xəbər verdi ki, aşağıda iki centlmen onu görmək istəyir.