Artıq iki ay idi ki, Həmidovların malikanəsindən körpə səsləri eşidilirdi.
Avrora isimli bu körpə illərdir uşaq həsrəti çəkən Əsmər və Aidə böyük sevinc gətirmişdi. Hamiləlik dövrünü riskli ağrılarla keçirən Əsmərə uşağı dünyaya gətirmənin həyatı üçün təhlükəli olacağını demişdilər, amma illər sonra ikinci uşaqdan da imtina edə bilməzdilər. Xoşbəxtlikdən nə uşağa nə də anaya heçnə olmamışdı.
Avroranın gəlişinə ata və anası qədər, digər ailə üzvləri də sevinmişdi. Ayaqlarını itirib, təkərli stula məhkum qalan Rzanın üzündə gülümsəməyə səbəb olan yeganə şey bu balaca körpə idi. Eləcə, Avroranın xalası Səma və onun nişanlısı Rəsul da. Malikanə böyük olduğu üçün bütün bir ailə birlikdə rahat şəkildə yaşayırdı.
Amma Avrora özünü yaxşı aparmırdı, gecələr dayanmadan ağlayaraq ailəyə əziyyət verirdi. Dəfələrlə psixoloqa müraciət olunmasına baxmayaraq uşağın niyə ağladığı məlum olmayıb. Ana südü içməkdən imtina edən iki aylıq körpə? Avrora nə olub sənə?- İblislər!
İblis? Deməli bu idi balaca körpəni rahat qoymayan? Falçı doğrumu deyirdi? O uşağın ətrafında iblislər var idi?
- Axmaq! O uşağın özü iblisdir!
Hə, falçılar çox pul almaq üçün bilmirlər hansı yalana əl atsınlar.
- Balaca iblisi öldürün! Öldürün onu!