Söylə bir nə üçün alırsan canı,
Böylə qazanarmı igid ad sanı?
Hədiyyə etmədin sən bircə anı,
Doxsanda can alıb,yüz eyləmirsən,
Doğrudan,Əzrayıl,düz eyləmirsən.Bilmədən çalacaq əcəlin zəngi,
Doğrunu sən eylə,dəyiş ahəngi,
Kasıbla varlıya qoymadın fərqi,
Sonra da deyirlər,saz eyləmirsən,
Doğrudan,Əzrayıl,düz eyləmirsən.İkiyə böldü insanları Tanrı,
Yarı kasıb oldu,varlı da yarı,
Amma o Əzrayıl pozdu qərarı,
Qumu sovursan da toz eyləmirsən,
Doğrudan,Əzrayıl düz eyləmirsən.Ölümlə üzbəüz duran zamanda,
Gözünə qaranlıq çökən zamanda,
Əzrayıl canını alan zamanda,
Rahatca can verib,naz eyləmirsən,
Doğrudan,Əzrayıl,düz eyləmirsən!!!!!!!
YOU ARE READING
Doğrudan,Əzrayıl,düz eyləmirsən.
PoetryHamının səhvi var.Əzrayıl da səhv edir mi görəsən?