Başladım... Bilmirəm haradan başlayım, amma başladım. Bəzən insanlar düşünürlər ki, həyat sadədir. Axı belə deyil. Göründüyündən çox daha qarışıqdır. Mən kəntdən şəhərə gələrkən hər şeyin yaxşı olacağını düşünürdüm. Düzdür biz New Yorka gəlmişik. Bura çox fərqlidir. Mən sevginin olduğunu düşünmürdüm, həyatım adi şəkildə keçirdi, ancaq düşüncələrim fərqli idi. Mən avtobusda ikən yuxuya getmişdim. Gözlərim qapalı idi, ancaq eşidirdim. Keçdiyimiz küçələri, avtobusun hər ləngərində, hər hava dəyişəndə mən bunları hiss edirdim. Sanki yuxudaymış kimi ətrafı görürdüm. Artıq biz çatdıq. Anam yavaşca mənə " Qalx Edward artıq çatmışıq" dedi. Mən bilirdim ki, çatmışıq, ancaq yenə də anamın mənə deməsini gözləyirdim. O gün avtobusda qızlar gördüm. Onlara mən fərqli gəlmişdim, ancaq mən onları adi görürdüm. Bilmirəm, ancaq mən onlarda məni cəzebəcək bir şey yox idi. Mən New Yorkdan kənarda böyüməyimə baxmayaraq, mən qızlarla gəzmək, əylənmək istəmirdim. 15 yaşımda bir qızı əvvəlcə tanıyıb sonra sevdim. O məndən yaşca böyük idi, amma mən məğlub olmamaq üçün çalışırdım. Düşünmürdüm ki, xeyr deyəcək. Hər ehtimala qarşı yeni versiyalar yaratmışdım. Hər cavaba hazır idim, ancaq mən bir söz belə olsun deyə bilmədim. Nə sevdiyimi, nə bəyəndiyimi deyə bilmədim. Bəlkə mən desəydim həyatım xoşbəxt olardı, amma mən deyə bilmədim. Bütün oğlanların istədiyi, ancaq mənim sevdiyim bir qız idi. Adi deyildi, fərqli idi. Mən onu sevirdim. Adi qızlar kimi bəzənməklə, dodaq boyasıyla işi olmazdı. Nə idisə, o idi. Mənim kimi yanlızlığı çox sevərdi. Həm əyləncəli idi. Qorxmadan acıbibəri yeməyə çox atıb yeyər, əlini kəsməkdən çəkinməzdi, maraqlanardı, axtarardı, mövcudluqları qəbul etməzdi. Mümkün olsa, ətrafı düşünmədən gecə parkta qala bilərdik. Bilmirəm niyə deyə bilmədim. Qözlərimizi qırpmadan birlikdə ölümə gedə bilərdik. Bilmirəm axı mən niyə deyə bilmədim. Düşünürdüm ki, həyat bi